Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq ademetionin (ademetionin 1,4-butandisulfonat şəklində) vardır.
Təsiredici maddəyə və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq;
metionin siklinə təsir göstərən genetik pozulmalar və/və ya homosisteinuriya və/və ya
hiperhomosisteinemiya yaradan pozğunluqlar (məsələn, sistationin beta-sintetaza
çatışmazlığı, B12 vitamin metabolizminin pozğunluğu).
Hamiləlik
Ademetioninin hamiləliyin III trimestrində terapevtik dozalarda istifadəsi zamanı hər-hansı əlavə təsirlər qeyd olunmamışdır. Ademetionin hamiləliyin I və II trimestrlərində yalnız həkimin ana üçün fayda / döl üçün risk nisbətinin qiymətləndirilməsindən sonra istifadə oluna bilər.
Laktasiya
Ana südü ilə qidalandırma dövründə ademetionin yalnız o halda istifadə olunur ki, ana üçün müalicənin ehtimal olunan faydası körpə üçün potensial riskdən üstün olsun.
Dozalanma
Müalicəyə birbaşa ademetioninin peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbulundan başlamaq olar. Eləcə də müalicəni, dərman vasitəsinin sonradan peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbuluna keçidlə ademetoininin parenteral (Adehep inyeksiya məhlulu hazırlamaq üçün liofilizat) yeridilməsindən başlamaq olar.
Başlanğıc terapiya
Ademetioninin məsləhət görülən dozası bədən çəkisinə görə sutkada 10-25 mq/kq təşkil edir. Dərman vasitəsinin başlanğıc dozası sutkada 800 mq (2 tablet) təşkil edir, ümumi sutkalıq doza 1600 mq-ı (4 tablet) aşmamalıdır.
Dəstəkləyici terapiya
Ademetoininin məsləhət görülən sutkalıq dozası 800-1600 mq (2-4 tablet) təşkil edir.
Xüsusi pasiyentlər qrupları
Yaşlı pasiyentlər
Yaşlı və gənc psiyentlər arasında preparatla müalicəyə cavab fərqlərini qiymətləndirmək mümkün deyil (klinik tədqiqatlarda kifayət qədər 65 yaşdan yuxarı pasiyent iştirak etməmişdir). Klinik təcrübədə mövcud məlumatlara görə, yaşlılarda preparatla müalicəyə cavab gənc pasiyentlərdən fərqlənmir.
Yaşlılarda preparatın dozası ehtiyatla seçilməlidir.
Bu kateqoriya pasiyentlərdə müalicəyə preparatın tövsiyə olunan minimal dozası ilə başlanılmalı və qaraciyər, böyrək və ya ürək funksiyalarının pozğunluğu hallarının yüksək riski, yanaşı xəstəliklər və digər dərman vasitələrinin eyni vaxtda istifadəsi nəzərə alınmalıdır.
Uşaqlar
Uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.
İstifadə qaydası
Tabletlər daxilə, bütöv şəkildə, çeynəmədən qəbul edilir.
Tabletlər xüsusi örtüyə malikdir ki, bu da, yalnız bağırsaqda həll olur, bu səbəbə görə
ademetioninin təsiredici maddəsi onikibarmaq bağırsaqda azad olur. Dərman vasitəsinin sorulmasını artırmaq və tam terapevtik effekt almaq üçün tabletləri qida qəbulları arasında istifadə etmək lazımdır.
Tabletləri blisterdən bilavasitə istifadədən əvvəl çıxarmaq lazımdır. Tabletlərin rəngi narınc çəhrayıdan fərqli (blisterdə deşik olduğuna görə) olduqda, onları istifadə etmək olmaz.