Sevimlilərə əlavə edin
Paylaşın

Adehep 400MG N5 Amp

Məhsul Kodu : 111-27626
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
49,90 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Adehep, bağırsaqda həll olan örtüklü tabletlər

Adehep tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində 400 mq ademetionin (ademetionin 1,4-butandisulfonat şəklində) vardır.

Əks göstərişlər 

˗ Təsiredici maddəyə və ya preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq; 
- metionin siklinə təsir göstərən genetik pozulmalar  və/və ya homosisteinuriya və/və ya hiperhomosisteinemiya yaradan pozğunluqlar (məsələn, sistationin beta-sintetaza 
çatışmazlığı, B12 vitamin metabolizminin pozğunluğu).

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Ademetioninin hamiləliyin III trimestrində terapevtik dozalarda istifadəsi zamanı hər-hansı əlavə təsirlər qeyd olunmamışdır. Ademetionin hamiləliyin I və II trimestrlərində yalnız həkimin ana üçün fayda / döl üçün risk nisbətinin qiymətləndirilməsindən sonra istifadə oluna bilər. 
Laktasiya 
Ana südü ilə qidalandırma dövründə ademetionin yalnız o halda istifadə olunur ki, ana üçün müalicənin ehtimal olunan faydası körpə üçün potensial riskdən üstün olsun.

İstifadə qaydası və dozası 

Dozalanma 
Müalicəyə birbaşa ademetioninin peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbulundan başlamaq olar. Eləcə də müalicəni, dərman vasitəsinin sonradan peroral (bağırsaqda həll olan Adehep örtüklü tabletlər) qəbuluna keçidlə ademetoininin parenteral (Adehep inyeksiya məhlulu hazırlamaq üçün liofilizat) yeridilməsindən başlamaq olar. 
Başlanğıc terapiya 
Ademetioninin məsləhət görülən dozası bədən çəkisinə görə sutkada 10-25 mq/kq təşkil edir. Dərman vasitəsinin başlanğıc dozası sutkada 800 mq (2 tablet) təşkil edir, ümumi sutkalıq doza 1600 mq-ı (4 tablet) aşmamalıdır. 
Dəstəkləyici terapiya 
Ademetoininin məsləhət görülən sutkalıq dozası 800-1600 mq (2-4 tablet) təşkil edir. 
Xüsusi pasiyentlər qrupları 
Yaşlı pasiyentlər 
Yaşlı və gənc psiyentlər arasında preparatla müalicəyə cavab fərqlərini qiymətləndirmək mümkün deyil (klinik tədqiqatlarda kifayət qədər 65 yaşdan yuxarı pasiyent iştirak etməmişdir). Klinik təcrübədə mövcud məlumatlara görə, yaşlılarda preparatla müalicəyə cavab gənc pasiyentlərdən fərqlənmir. 
Yaşlılarda preparatın dozası ehtiyatla seçilməlidir. 
Bu kateqoriya pasiyentlərdə müalicəyə preparatın tövsiyə olunan minimal dozası ilə başlanılmalı və qaraciyər, böyrək və ya ürək funksiyalarının pozğunluğu hallarının yüksək riski, yanaşı xəstəliklər və digər dərman vasitələrinin eyni vaxtda istifadəsi nəzərə alınmalıdır. 
Uşaqlar 
Uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. 
İstifadə qaydası 
Tabletlər daxilə, bütöv şəkildə, çeynəmədən qəbul edilir. 
Tabletlər xüsusi örtüyə malikdir ki, bu da, yalnız bağırsaqda həll olur, bu səbəbə görə 
ademetioninin təsiredici maddəsi onikibarmaq bağırsaqda azad olur. Dərman vasitəsinin sorulmasını artırmaq və tam terapevtik effekt almaq üçün tabletləri qida qəbulları arasında istifadə etmək lazımdır. 
Tabletləri blisterdən bilavasitə istifadədən əvvəl çıxarmaq lazımdır. Tabletlərin rəngi narınc çəhrayıdan fərqli (blisterdə deşik olduğuna görə) olduqda, onları istifadə etmək olmaz.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27626

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
Almetik 60MG/300MG N40 Kaps
8,95 AZN -%0
8,95AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce