Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

AIREST 50/500 MG N60 CAP

Məhsul Kodu : 111-27125
İstehsalçı ölkə: Türkiye
43,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AİREST, 50/500 mkq KAPSEİR inhalyasiya üçün toz (kapsulda)

AİREST tərkibi

Təsiredici maddə: 1 kapsulda olan inhalasiya üçün tozun tərkibində 50 mkq salmeterol (salmeterol ksinafoat şəklində) və 500 mkq flutikazon propionat vardır.

İstifadəsinə göstərişlər

AİREST-in tərkibində təsiredici maddə kimi salmeterol və flutikazon vardır. Salmeterol, bronxodilatatorlar (bronxgenişləndiricilər) adlanan dərmanlar qrupunun üzvüdür və ağ-ciyərdəki hava yollarının divarlarında əzələlərin tonusunu azaldaraq, onların genişlənməsinə səbəb olur. Flutikazon kortikosteroidlər adlanan dərmanlar qrupuna aiddir və iltihabəleyhinə təsir göstərdiyinə görə ağciyərdəki tənəffüs yollarının divarlarında şişkinliyi və həssaslığı azaldaraq tənəffüs problemlərini aradan qaldırır. AİREST aşağıdakı hallarda istifadə olunur • Astma simptomlarını aradan qaldırmaq və onlara nəzarət etmək məqsədilə.

Astmanın mərhələli müalicəsində üçüncü mərhələdən başlayaraq verilir. • Müntəzəm müalicədə orta və ağır AXOX-u (ağciyərin xroniki obstruktiv xəstəiyi) olan pasiyentlərdə simptomları və tutmaların tezliyini azaltmaq üçün. Əks-göstərişlər Təsiredici maddələr salmeterola və ya flutikazona və ya köməkçi maddə laktozaya qarşı allargiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, mütləq bu barədə həkiminizə məlumat verin. Preparat, yalnız o zaman istifadə edilə bilər ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Laktasiya Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə salmeterol və flutikazonun kifayət qədər istifadə təcrübəsi olmadığından,bu preparatı yalnız həkiminiz laktasiya dövründə onun istifadəsinin zəruri olduğuna qərar verdikdə istifadə edin. Ana üçün müalicənin ehtimalı dəyəri və uşaq üçün laktasiyanın faydasını qiymətləndirib ya laktasiyanın, yaxud preparatdan müalicənin dayandırılması barədə qərar qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

AİREST-in nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri gözlənilmir.

AİREST istifadə qaydası və dozası

Astmanın müalicəsində Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə: Gündə 2 dəfə 1 inhalyasiya (nəfəslə birlikdə ağçiyərlərə çəkmə) (50 mikroqram salmeterol və 500 mikroqram flutikazon). Ağciyərin xroniki obstruktiv xəstəliyində (AXOX) Böyüklər: gündə 2 dəfə 1 inhalyasiya (nəfəslə birlikdə ağciyərlərə çəkmə) (50 mikroqram salmeterol və 500 mikroqram flutikazon). İstifadə qaydası AİREST ağızdan inhalyasion yolla istifadə edilir. Dərman inhalyator vasitəsilə nəfəs aldığınız zaman ağciyərlərinizə çatır.

Ona görə cihazın müştüyü vasitəsilə dərindən və güclü nəfəs almağınız vacibdir. İnhalyasiya cihazının istifadəsi Sizə həkim və ya başqa bir tibb işçisi tərəfindən göstəriləcəkdir. Əgər AİREST bir uşaq üçün verilmişdirsə, onun istifadəsi AİREST istifadə etməyi bacaran bir böyüyün nəzarəti altında aparılmalıdır. Tam fayda əldə etmək üçün AİREST-in müntəzəm istifadəsi tələb olunur.

Özünüzü daha yaxşı hiss etsəniz də, müalicənizi dayandırmayın. Həkiminiz demədən dərmanınızın dozasını dəyişdirməyin. Kapsulları udmayın. Kapsulları yalnız qutunun içərisindəki inhalyator (cihaz) ilə istifadə olunmalıdır.

Bu cihaz AİREST 50/500 mkq kapsair inhalyasiya üçün toz tərkibli kapsullardan istifadə üçün xüsusi olaraq hazırlanmışdır. • Kapsulalardakı toz yalnız inhalyasiya (nəfəs alma) yolu ilə istifadə ediləcəkdir. • Kapsulları istifadə etməzdən əvvəl folqa qablaşdırmadan çıxarın. Kapsulların ıslanmaması üçün barmaqlarınızın quru olmasına diqqət edin.

• Dərmanı istifadə etdikdən sonra ağzınızı su ilə yaxalayın və yaxaladıqdan sonra ağzınızdakı suyu tüpürün. Bunu etmək ağzınızda göbələk infeksiyasının (kandidoz) inkişaf riskini azaldır. • Kapsulları qutunun içərisindəki cihazdan başqa heç bir cihazla istifadə etməyin. • Hər gün eyni vaxtda AİREST istifadə etmək dərmanı nə vaxt istifadə edəcəyinizi xatırlamağa kömək edəcəkdir.

• Həkiminizin göstərişlərinə əsasən müntəzəm olaraq AİREST istifadə etmək vacibdir. • AİREST-dən nə qədər istifadə edəcəyinizlə bağlı suallarınız varsa, həkiminizə və ya əczaçıya müraciət edin. İstifadəyə dair ətraflı məlumat bu içlik vərəqədə mövcuddur. İnhalyasiya cihazının düzgün istifadəsi üçün aşağıdakı qaydalara diqqətlə əməl edin.

İnhalyatorun istifadəsinə dair təlimatlar Hörmətli istifadəçi, İnhalyator, həkiminizin nəfəs alarkən çətinlik çəkdiyinizə görə təyin etdiyi AİREST inhalyasion kapsulunun içərisindəki dərmanı inhalyasiya etməyiniz üçündür. Bazarda karton qutuda təqdim olunan inhalyator (inhalyasiya cihazı) təhlükəsizlik məqsədi ilə qoruyucu qablaşdırmaya yerləşdirilmişdir. İnhalyatoru istifadə etməzdən öncə şəkildə göstərildiyi kimi qablaşdırmadan çıxarın. AİREST-ı istifadə edərkən, həkiminizin təlimatlarını di qqətlə izləməyi unutmayın.

İnhal yasiya cihazı, AİREST inhalyasiya kapsulunun inhalyasiyası üçün xüsusi olaraq dizayn edilmiş inhalyasiya cihazıdır. Başqa heç bir dərmanı almaq üçün istifadə edilməməlidir. 1. Tozqoruyucu başlıq 2.

Müştük 3. Mərkəzi kamera 4. Deşici düymə 5. Kameranın dibi 1.

Tozqoruyucu başlığı yuxarıya doğru çəkərək onu müştüklə birlikdə tamamilə açın. 2. 2. Blister qablaşdırmadan bir AİREST inhalyator kap - sulu çıxarın (bilavasitə istifadədən öncə çıxarılmalıdır.) və şəkildə (2) gösterildiy i kimi mərkəzi kameraya yerləşdirin.

Kaps ulun kameraya hansi istiqamətdə yerləşdirilməsi önəmli deyil. 3. Müştüyü “çıqqıltı” səsi eşidənə qədər kip bağlayın. Tozqoruyucu başlığı açıq saxlayın.

4. 4. İnhalyaturu müştüyü yuxarı olmaqla tutun və deşici düyməni yalnız 1 dəfə möhkəm basaraq buraxın. Beləliklə kapsulda deşiklər açılacaq və nəfəs aldığı - nız zaman dərmanın buraxılmasını təmin edəcəkdir.

QEYD: inhalyatoru təmizləmək üçün SUDAN İSTİFADƏ ETMƏYİN. Kapsullar həddindən artıq temperaturun təsirinə məruz qalmamalıdır. AİREST inhalyator kapsullarında az miqdarda toz vardır və bu səbəbdən kapsullar yalnız qismən doludur. İstifadə ilə bağlı suallar və cavabları 1.

Kapsulların kiçik hissəciklərə ayrılmasının qarşısını necə almaq olar? Cihazdan istifadə zamanı kapsullar qırıla bilər və nəfəs alarkən ağzınıza və ya boğazınıza kiçik hissəciklər düşə bilər. Aşağıdakıları etməklə bunun qarşısını ala bilərsiniz: • Kapsulları istifadə etməzdən öncə orijinal qablaşdırmasında (blister paketlər) saxlamaqla. • Kapsullarıi 25°C-dən aşağı otaq temperaturunda saxlamaqla.

• Kapsulları rütubətdən qorumaqla. 6. İnhalyatoru ağzınıza qədər qaldırın və dodaqlarını-zı müştüyün ətrafında kip yumun. Başınızı dik tuta-raq, yavaşca və dərindən nəfəs alın; nəfəsalma tezliyini elə tənzimləyin ki, kapsulun titrəyişini eşidə və ya hiss edə biləsiniz.

Ağciyərləriniz dol ana qədər nəfəs alın; nəfəsinizi sizi gərginləşdirməyəcək müddət ərzində saxlayın və bu müddət ərzində inhalyatoru ağzınızdan çıxarın. İndi normal nəfəs alıb-verməyə başlaya bilərsiniz. 5- ci və 6 -cı addımları daha bir dəfə tekrarlayın, bu, kapsulun tamamilə boşalmasını təmin edəcəkdir. 5.

Nəfəsinizi tam olaraq verin. Önəmlidir: Lütfən heç bir zaman müştüyə doğru nəfəs verməyin. 7. Müştüyü yenidən açın.

Cihazı çevirərək istifadə edilmiş kapsulu çıxarın və atın. İçəridə qalan tozları təmizləmək üçün quru bir kağız parçasın - dan və ya yumşaq bir fırçadan istifadə edin. Müştüyü və toz qoruyucu başlığı bağlayın və inhalyatoru yerinə qaldırın. 2.

Kapsulun hissəcikləri zərərlidirmi? Xeyr. Kapsul, zərərsiz qida jelatinindən hazırlanmışdır. Ağzınıza və ya boğazınıza düşmüş jelatin hissəciklərini udmaq olar.

3. Kapsul bölməsində ilişmiş kapsulu necə çıxarmaq lazımdır? Cihazı açın, başaşağı çevirin və yavaşca dibinə vurun. 4.

Dozanın həqiqətən alınıb-alınmadığını necə bilmək olar? • Cihazın içərisindən nəfəs alarkən kapsulun titrədiyini hiss edəcəksiniz. • Ağzınızda laktoza ilə bağlı ‘şəkər dadı’ hiss edəcəksiniz. Boğazınızın arxa hissəsində toz hiss edə bilərsiniz.

Bu normaldır. • Doza alındıqda kapsul boşalmış olacaqdır. 5. Cihazın içərisindəki tozu necə təmizləmək lazımdır?

• Quru kağız parçasından və ya yumşaq fırçadan istifadə edin. • Cihazın qətiyyən yuyulmamasının lazım olduğunu unutmamalısınız.

Prepared by  T-Soft E-Commerce.