Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ALBENZOL 400MG N6 TAB

Məhsul Kodu : 111-24877
İstehsalçı ölkə: Hindistan
5,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ALBENZOL, 400 tabletlər

ALBENZOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır.

İstifadəsinə göstərişlər

Donuz lentvarı qurdunun süfrə formaları tərəfindən törədilən aktiv zədələnmə nəticəsində yaranan parenximatoz neyrosistiserkozun müalicəsi üçün göstərişdir, Taenia solium Qaraciyərin, ağciyərlərin və peritonun it lentvarı qurdlarının süfrə formaları tərəfindən törədilən kistoz-hidatik xəstəliyin müalicəsi üçün göstərişdir, Echinococcus granulosus.

Əks göstərişlər

Benzimidazol törəmələrinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Hamiləlik və hamiləliyin planlaşdırılması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Albendazolun hamilə qadınlarda istifadəsinə dair adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmayıb. Albendazol tabletlərini müvafiq alternativ müalicənin olmadığı hallar istisna olunmaqla, hamilə qadınlarda istifadə etmək tövsiyə olunmur. Reproduktiv potensialı olan qadınlara albendazol tebletlərini təyin etməzdən əvvəl hamiləlik testi keçirmək lazımdır. Reproduktiv potensialı (doğuş potensialı) olan qadınlara tövsiyə etmək lazımdır ki, müalicə müddətində və müalicə dayandırıldıqdan sonra 1 ay müddətində effektiv kontrasepsiya metodlarından istifadə etsinlər.

Əgər bu preparatdan istifadə zamanı pasiyent hamilə qalarsa, preparatın qəbulu dərhal dayandırılmalıdır. Əgər bu preparatdan istifadə zamanı pasiyent hamilə qalarsa, o, döl üçün potensial risk barədə məlumatlandırılmalıdır. Laktasiya dövrü Heyvanlarda albendazol südlə xaric olur. Lakin insanlarda onun ana südü ilə xaric olubolmaması məlum deyil.

Laktasiya dövründə preparatın təyini məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Albendazol nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

ALBENZOL istifadə qaydası və dozası

Albendazol tabletlərinin dozası göstərişdən asılı olaraq dəyişir. Albendazol tabletləri əzilə və ya çeynənə və su ilə udula bilər. Albendazol tabletlərini yemək zamanı qəbul etmək lazımdır. Göstərişlər Pasiyentin bədən kütləsi Doza Müalicə müddəti Hidatid xəstəlik 60 kq və ya daha çox Gündə 2 dəfə 400 mq, yeməklə birlikdə 28-günlük sikl, ardınca 14-dgün albendazolsuz interval, cəmi 3 sikl 60 kq-dan aşağı 15 mq/kq/gün.

Bu doza iki bərabər dozaya bölünərək gündə iki dəfə yemək zamanı qəbul edilməlidir (maksimum gündəlik ümumi doza 800 mq) Neyrosistiserkoz 60 kq və ya daha çox Gündə 2 dəfə 400 mq, yeməklə birlikdə 8 gündən 30 günə qədər 60 kq-dan az 15 mq/kq/gün. Bu doza iki bərabər dozaya bölünərək gündə iki dəfə yemək zamanı qəbul edilməlidir (maksimum gündəlik ümumi doza 800 mq)

Prepared by  T-Soft E-Commerce.