Sevimlilərə əlavə edin
Paylaşın

Aminoplazmal Hepa 10% 500 ml Sistem

Məhsul Kodu : 111-04407
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
31,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

AMİNOPLAZMAL HEPA, 10% infuziya üçün məhlul

AMİNOPLAZMAL HEPA tərkibi

Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 8,80 q izoleysin, 13,60 q leysin, 10,60 q lizin asetat (7,51 q lizinə müvafiq), 1,20 q metionin, 1,60 q fenilalanin, 4,60 q treonin, 1,50 q triptofan, 10,60 q valin, 8,80 q arginin, 4,70 q histidin, 6,30 q qlisin, 8,30 q alanin, 7,10 q prolin, 2,50 q asparagin turşusu, 0,55 q asparagin monohidrat (0,48 q asparaginə müvafiq), 0,80 q asetilsistein (0,59 q sisteinə müvafiq) 5,70 q qlutamin turşusu, 1,66 q ornitin hidroxlorid (1,30 q ornitinə müvafiq), 3,70 q serin, 0,86 q asetiltirozin (0,70 q tirozinə müvafiq) vardır.

İstifadəsinə göstərişlər

Mülayim dərəcədən ağır dərəcəyə qədər qaraciyər ensefalopatiyalı və ya kəskin və ya yarımkəskin qaraciyər çatışmazlığı ilə qaraciyər funksiyasının ağır pozulması olan pasiyentlərin parenteral qidalanma çərçivəsində amin turşularla təchiz edilməsi. Böyüklərdə, yeniyetmələrdə və 2 yaşdan yuxarı uşaqlarda istifadə edilir.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; - amin turşuların metabolizminin anadangəlmə pozulması; - həyat üçün təhlükəli olan ağır qan dövranı pozuntusu (məsələn, şok); - hipoksiya; - metabolik asidoz; - əvəzedici böyrək terapiyası olmadıqda, ağır böyrək çatışmazlığı; - dekompensasiyalı ürək çatışmazlığı; - ağciyərlərin kəskin ödemi; - su-elektrolit balansının pozulması. Bu dərman vasitəsini yenidoğulmuşlarda, südəmər körpələrdə və 2 yaşa qədər uşaqlarda istifadə etmək olmaz, belə ki, onun amin turşu tərkibi bu pasiyent qrupunun spesifik tələbatına tam şəkildə cavab vermir. Aminoplazmal Hepa 10% preparatının tərkibinin xüsusiyyətlərilə əlaqədar dərman vasitəsi, göstərişlərə uyğun istifadə edilmədiyi halda ifadəolunmuş metabolik pozulmaya səbəb ola bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusiyyətləri yoxdur.

AMİNOPLAZMAL HEPA istifadə qaydası və dozası

Dozası Dozanı pasiyentin amin turşulara və mayeyə fərdi tələbatını və onun klinik vəziyyətini (qida statusu və/və ya əsas xəstəliklə əlaqədar olan azotun katabolizminin səviyyəsi) nəzərə almaqla, seçmək lazımdır. Böyüklər Sutkalıq doza 0,8-1,5 q amin turşu/kq bədən çəkisinə ≙ 8 - 15 ml/kq bədən çəkisinə ≙ 560-1050 ml bədən çəkisi 70 kq olan pasiyent üçün İnfuziyanın maksimal sürəti 0,1 q amin turşu/kq bədən çəkisi/saat ≙ 1 ml/kq bədən çəkisi/saat ≙ 1,17 ml/dəqiqə bədən çəkisi 70 kq olan pasiyent üçün Uşaqlar və yeniyetmələr Yenidoğulmuşlar, südəmər körpələr və 2 yaşa qədər uşaqlar Aminoplazmal Hepa 10% preparatının istifadəsi yenidoğulmuşlarda, südəmər körpələrdə və 2 yaşa qədər uşaqlarda əks göstərişdir. Uşaqlarda Aminoplazmal Hepa 10% preparatının istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Hazırkı dövrdə əldə olan məlumatlar qeyd edilib, lakin doza ilə bağlı hər hansı tövsiyə yoxdur.

İstifadə müddəti Bu məhlulun yeridilmə müddəti, amin turşu balansının pozulması aradan qalxana qədər pasiyentin klinik vəziyyətinə uyğun seçilir. İstifadə qaydası Venadaxili istifadə edilir. Yalnız mərkəzi venaya infuziya üçün nəzərdə tutulub.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04407

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce