Sevimlilərə əlavə edin
Paylaşın

Antrolin Rektal 30 g Krem

Məhsul Kodu : 111-21862
İstehsalçı ölkə : Italiya
0 Şərh Şərh
18,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

ANTROLİN, 0,3% + 1,5% rektal krem.

Antrolin tərkibi 

Təsiredici maddə:100 q kremin tərkibində 0,3 q nifedipin, 1,5 q lidokain hidroxlorid vardır. Köməkçi maddələr: ağ parafin, propilenqlikol, orta zəncirli triqliseridlər, makroqol stearat, setostearil spirti, qliserol monostearat, natrium metilparahidroksibenzoat, propilparahidroksibenzoat, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Anal çatların və anal sfinkterdə hipertonus ilə əlaqəli olan proktoloji xəstəliklərin müalicəsində istifadə olunur.

Əks göstərişlər:

 Preparatın tərkibindəki maddələrə (xüsusilə, lidokainə və ya amid strukturlu digər yerli anestetiklərə) və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. Ağır hipotenziya və ya ürək çatışmazlığı. 18 yaşdan aşağı uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Nifedipin və lidokain plasentar baryeri keçir və ana südü ilə ifraz olunur. Aparılan tədqiqatlar göstərir ki, nifedipin teratogen təsir göstərə bilər. Lidokainin dölə hər hansı mənfi təsiri müəyyən edilməmişdir. Buna baxmayaraq, preparatın hamiləlilk və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:

 Kremdən həddindən artıq və/və ya uzun müddət ərzində istifadə etdikdə yüksək həssaslıq reaksiyaları, həmçinin hiperemiya və qanaxma kimi yerli reaksiyalar müşahidə edilə bilər. Müalicəni dayandırdıqda bu simptomlar itir. Preparatın tərkibindəki bəzi köməkçi maddələr barədə xüsusi göstərişlər Rektal istifadə üçün krem preparatın tərkibində natrium metilparahidroksibenzoat və propilparahidroksibenzoat olduğu üçün ləng allergik reaksiyalara səbəb ola bilər. Dərmanın tərkibində həmçinin propilenqlikol və setostearil spirti olduğu üçün yerli dəri reaksiyalarına (məsələn: kontakt dermatiti) səbəb ola bilər. Xəbərdarlıq Klinik tədqiqatlar zamanı preparatın sistem absorbasiyası nəticəsində heç bir mənfi reaksiya qeydə alınmayıb. Rektal istifadə üçün krem ANTROLIN istifadə edilən nahiyənin selikli qişasında ciddi zədələnmə və ya iltihab olarsa, ehtiyatlı olmaq lazımdır, belə ki, bu nahiyələrdə kremdən istifadə zamanı aktiv maddələrin həddən artıq absorbasiyası mümkündür. Diabetli xəstələrdə, qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır. Rektal istifadə üçün krem ANTROLIN yaşlı xəstələrdə, antihipertenziv və β-blokator qrupuna aid olan dərman vasitələri qəbul edən xəstələrdə yalnız həkim nəzarəti altında istifadə olunmalıdır. Müalicəyə başlamazdan öncə və müalicə dövründə arterial təzyiq periodik olaraq yoxlanılmalıdır. Müalicə nəticə vermədiyi təqdirdə (yaxşılaşma olmazsa), kremdən istifadə dayandırılmalı və həkimə müraciət olunmalıdır.

Antrolin istifadə qaydası, dozası

 Antrolin rektal kremi endorektal və perianal istifadə üçün nəzərdə tutulmuşdur. Kremdən ən azı 3 həftə müddətində gündə 2 dəfə istifadə edilməlidir. İstifadə qaydası Sol yan üstə uzanın - qapağı çıxarın və kanyula-applikatoru tuba taxın, kanyula-applikatora az miqdarda krem qoyun və kremi anal dəlikdən düz bağırsağa daxil edin; - tubu elə sıxın ki, kremin miqdarı təqribən bir santimetr olsun (bir santimetr təqribən 2,5-3 qrama bərabərdir).

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21862

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce