Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Arbidol 100 Mg N20 kapsul

Məhsul Kodu : 111-21190
İstehsalçı ölkə: Rusiya
12,31 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ARBİDOL®, bərk kapsullar.

Arbidol tərkibi 

Təsiredici maddə:1 kapsulda 100 mq umifenovir hidroxlorid monohidrat (umifenovir- hidroxloridə nəzərən) vardır. Köməkçi maddələr:kartof nişastası, mikrokristallik sellüloza, kolloidal silisium dioksid (aerosil), povidon K25 (kollidon 25), kalsium stearat. Bərk jelatin kapsullar №1 Gövdə: titan dioksid (E171)-2,0000%, jelatin 100%-dək. Qapaq: titan dioksid (E171) -1,3333%, “Günəş qürubu” sarısı (E110)-0,0044%, xinolin sarısı (E104)-0,9197%, jelatin 100%-dək.

İstifadəsinə göstərişlər:

 Uşaqlarda və böyüklərdə A və B virus qripi və digər KRVİ-lərin müalicəsi və profilaktikası. Residivləşən herpes infeksiyalarının kompleks müalicəsi. Əməliyyat sonrası infeksion ağırlaşmaların profilaktikası. 6 yaşdan böyük uşaqlarda rotavirus mənşəli kəskin bağırsaq infeksiyalarının kompleks müalicəsi.

Əks göstərişlər:
 Umifenovirə və ya preparatın digər tərkib hissəsinə qarşı yüksək həssaslıq; 6 yaşa qədər uşaq yaş dövrü. Hamiləliyin birinci trimestri. Laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Heyvanlar üzərində tədqiqatlarda preparatın hamiləliyin gedişi, embrion və dölün inkişafı, doğuş fəaliyyəti və postnatal inkişafa heç bir zərərli təsiri aşkar olunmayıb. Arbidol® preparatının istifadəsi hamiləliyin birinci trimestrində əks-göstərişdir. Hamiləliyin ikinci və üçüncü trimestrində Arbidol® qripin profilaktikası və müalicəsində, yalnız ana üçün xeyir dölə olan potensial riskdən üstün olduğu halda istifadə oluna bilər. Xeyir/zərər nisbəti həkim tərəfindən təyin olunur. Laktasiya zamanı Arbidol® preparatının ana südünə nüfuz edib-etməməsi məlum deyil. Arbidol® preparatının istifadəsi zərurəti olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Arbidol istifadə qaydası, dozası

 Daxilə, yeməkdən əvvəl qəbul edilir. Preparatın birdəfəlik dozası (yaşdan asılı olaraq) Yaş Birdəfəlik doza 6 yaşdan 12 yaşa qədər uşaqlar 100 mq (1 kapsul) 12 yaşdan böyük uşaqlar və böyüklər 200 mq (2 kapsul) Doza rejimi (yaşdan asılı olaraq) Göstəriş Preparatın qəbul sxemi 6 yaşından uşaqlar və böyüklər: Qeyri-spesifik profilaktika məqsədi ilə: Qrip və digər KRVİ epidemiyaları dövründə Birdəfəlik dozada həftədə 2 dəfə 3 həftə Qeyri-spesifik profilaktika məqsədi ilə: Qrip və digər KRVİ olan xəstələrlə bilavasitə təmasdan sonra Birdəfəlik dozada gündə 1 dəfə 10-14 gün Qrip və digər KRVİ-lərin müalicəsində Birdəfəlik dozada gündə 4 dəfə (hər 6 saatdan bir) 5 gün Residivləşən herpetik infeksiyanın kompleks müalicəsində: Birdəfəlik dozada gündə 4 dəfə (hər 6 saatdan bir) 5 -7 gün, sonra birdəfəlik dozada həftədə 2 dəfə 4 həftə müddətində Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası: Birdəfəlik dozada əməliyyatdan 2 gün əvvəl və əməliyyatdan sonra 2-ci və 5-ci gün 6 yaşından uşaqlar: Rotavirus mənşəli kəskin bağırsaq infeksiyalarının kompleks müalicəsi: Birdəfəlik dozada gündə 4 dəfə (hər 6 saatdan bir) 5 gün Preparatı yalnız göstərişlərə, qəbul qaydasına və təlimatda göstərilən dozalara uyğun istifadə edin. Preparatın qəbuluna qrip və digər KRVİ xəstəliklərinin ilk əlamətlərinin yarandığı andan və yaxşı olar ki, 3 gündən gec olmayaraq başlayın . Arbidol® preparatını qrip və digər KRVİ-lərin müalicəsi zamanı üç gün ərzində istifadə etdikdən sonra yüksək temperatur (38 ° C və ya daha çox) daxil olmaqla xəstəliyin əlamətlərinin şiddəti qalarsa, onda preparatın qəbulunun məqsədəuyğunluğunu qiymətləndirmək üçün həkimə müraciət olunmalıdır. Qrip və KRVİ müalicəsi zamanı hərarətsalıcı preparatlar, mukolitiklər və yerli damardaraldıcı vasitələr daxil olmaqla yanaşı simptomatik müalicə mümkündür.

Prepared by  T-Soft E-Commerce.