Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BIOFLUKON 150MG N1 CAP

Məhsul Kodu : 111-03637
5,27 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BİOFLUKON, kapsullar

BİOFLUKON tərkibi

Təsiredici maddələr: 1 kapsulda 50 mq, 150 mq və ya 200 mq flukonazol vardır.

İstifadəsinə göstərişlər

Bioflukon aşağıdakı göb ələk infeksiyalarında istifad ə edilir (" Farmakodinamikası" bölm əsinə baxın). Böyüklər (müalicə məqsədilə): • Kriptokok meningiti (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). • Koksidioidomikoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). • İnvaziv kandidoz.

• S elikli qişaların kandidozu, o cüml ədən orofaringeal, ezofageal kandidoz, kandiduriya, selikli qişaların və dərinin xroniki kandidozu. • Ağız boşluğunun xroniki atrofik kandidozu (diş protezl ərinin istifad əsi zamanı), əgər ağız boşluğunun gigiyenası və ya yerli müalicə yetərli deyilsə. • Vaginal kandidoz, kəskin və ya residivləşən, yerli terapiya uyğun olmadıqda. • Kandidoz balanit, yerli terapiya uyğun olmadıqda.

• Dermatomikozlar, o cüml ədən pəncənin göbələk infeksiyaları (tinea pedis), dermatofitiyalar (tinea corporis), qasıq nahiyəsinin göb ələk infeksiyaları (tinea cruris), əlvan d əmrov (tinea versicolor), dərinin kandidoz infeksiyaları, sistem müalicə göstəriş olduqda. • Dırnağın göbələk infeksiyaları (onixomikoz, tinea unguium), digər vasitələr uyğun olmadıqda. Böyüklər (profilaktik məqsədlə) • Residiv riski yüksək olan xəstələrdə kriptokok meningitinin residivləri. • Residiv riski yüks ək olan İİV -ə yoluxmuş x əstələrdə orofaringeal və ya ezofageal kandidozun residivləri.

• Vaginal kandidozun residivlərinin azaldılması üçün (ildə 4 dəfə və ya daha çox qeyd edildikdə). • Uzun müdd ət neytropeniyası olan x əstələrdə kandidoz infeksiyaların profilaktikası (m əsələn, qanın b ədxassəli tör əmələri olan, kimya terapiyası alan v ə ya Hematopoetik Kök Hüceyr ə Transplantasiyası aparılan xəstələr ("Farmakodinamikası" bölməsinə baxın)). Vaxtında olan yenidoğulmuşlar, körpələr, 0-17 yaş uşaqlar, yeniyetmələr Selikli qişaların kandidozunun (o cüml ədən orofaringeal, ezofageal kandidoz), invaziv kandidozun, kriptokok meningitinin müalicəsi və immun sistemi z əif olan x əstələrdə kandidoz infeksiyalarının profilaktikası. Residiv riski yüks ək olan uşaqlarda kriptokok meningitinin residivinin profilaktikası üçün dəstəkləyici müalicə kimi istifadə edilə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın).

Əkmənin və digər laborator testlərin nəticələri məlum olana qədər müalicəyə başlamaq olar; lakin bu nəticələr əldə edildikdən sonra müalicə buna uyğun olaraq tənzimlənməlidir. Göbələkəleyhinə dərman vasitələrin istifadəsi üzrə rəsmi təlimata riayət etmək lazımdır.

Əks göstərişlər

Dərman vasit əsinin t əsiredici v ə ya dig ər madd ələrinə, digər azol birl əşmələrinə qarşı yüks ək həssaslıq. Qarşılıqlı t əsirinin t ədqiqatının n əticələrinə əsasən günd ə 400 mq v ə ya daha çox dozada Bioflukon qəbul edən xəstələrdə terfenadinin yanaşı istifadəsi əks göstərişdir. Flukonazolun QT intervalını uzadan v ə sisaprid, astemizol, pimozid, xinidin v ə eritromisin kimi sitoxrom P 450 (CYP3A4) vasit əsilə metabolizə olunan d ərman vasit ələri ilə yanaşı istifadəsi əks göstərişdir (“Xüsusi göst ərişlər v ə ehtiyat t ədbirləri” v ə “Digər d ərman vasit ələri il ə qarşılıqlı təsiri” bölmələrinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Birinci trimestrd ə flukonazolun ≤150 mq kumulyativ dozasını alan bir neç ə min hamil ə qadına dair məlumatlarda dölün inkişaf qüsurlarının ümumi riskind ə artım qeyd edilməmişdir. Bir böyük müşahidəli koqort t ədqiqatında, birinci trimestrd ə peroral flukonazolun q əbulu dayaq -hərəkət aparatının inkişaf qüsurlarının riskinin cüzi artması il ə əlaqələndirilmişdir; yerli azollarla müalic ə olunan qadınlarla müqayisədə ≤450 mq kumulyativ doza q əbul edən hər 1000 qadına t əxminən 1 hadisə, 450 mq -dan çox kumulyativ doza q əbul ed ən h ər 1000 qadına t əxminən 4 hadis ə. Tənzimlənmiş nisbi risk 150 mq peroral flukonazol üçün 1,29 (95% etibarlılıq intervalı 1,05 -1,58) və flukonazolun 450 mq -dan çox dozaları üçün 1,98 (95% etibarlılıq intervalı 1,23 -3,17) t əşkil etmişdir. Koksidioidomikozda ən azı üç ay və ya daha çox müddət flukonazolu yüksək dozada (gündə 400- 800 mq) alan anaların körpələrində çoxsaylı anadangəlmə anomaliyalar (o cümlədən braxisefaliya, qulaq displaziyası, ön böyük əmgək, bud sümüyünün əyilməsi v ə radiohumeral sinostoz) barəsində qeydlər vardır.

Flukonazolun istifadəsi ilə bu hadisələr arasında əlaqə aydın deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyini göstərmişdir. Flukonazol standart dozalarda v ə qısa müdd ətli müalic ələrdə, z əruri hallar istisna olmaqla, hamiləlik dövründə istifadə edilməməlidir. Flukonazol yüks ək dozada v ə/və ya uzun müdd ətli müalic ələrdə, potensial h əyati t əhlükəli infeksiyalar istisna olmaqla, hamiləlik dövründə istifadə edilməməlidir.

Laktasiya dövrü Flukonazol ana südünə keçir və plazmadakı konsentrasiyasından daha aşağı konse ntrasiyada olur. Flukonazolun 150 mq standart v ə ya daha az dozada bird əfəlik istifadəsindən sonra ana südü il ə qidalanma davam etdiril ə bilər. T əkrar v ə ya yüks ək dozada istifad əsindən sonra ana südü il ə qidalandırma tövsiyə edilmir. Fertillik/Nəsilartırma qabiliyyəti Flukonazol erkək və dişi siçovulların fertilliyinə təsir göstərməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bioflukonun n əqliyyat vasit ələrini v ə potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Xəstələrə xəbərdarlıq edilməlidir ki, Bioflukonun istifad əsi zamanı başgic əllənmə və ya qıcolma ehtimalı vardır (“Əlav ə təsirləri” bölm əsinə baxın) v ə bu simptomlardan h ər hansı biri qeyd edilərsə, n əqliyyat vasit ələrini v ə potensial t əhlükəli mexanizml əri idar ə etməmək tövsiyə edilməlidir.

BİOFLUKON istifadə qaydası və dozası

İstifadə qaydası Bioflukon daxilə və ya venadaxilinə infuziya şəklində istifadə edilə bilər, istifadə qaydası xəstənin klinik v əziyyətindən asılıdır. Venadaxili istifad ədən peroral istifad əyə keçdikdə və ya əksinə gündəlik dozanın dəyişdirilməsinə ehtiyac yoxdur. Kapsul qida qəbulundan asılı olmayaraq və bütöv şəkildə udulmalıdır. Dozaları Flukonazolun gündəlik dozası göbələk infeksiyasının mənşəsinə və ağırlıq dərəcəsinə əsaslanaraq təyin edilir.

T əkrar dozaların t ətbiqini t ələb ed ən infeksiyalarda, müalic ə aktiv göb ələk infeksiyanın klinik və laborator göstəriciləri aradan qalxana q ədər davam etməlidir. Kifayət qədər davam etməyən müalicə müddəti aktiv göbələk infeksiyanın residivinə səbəb ola bilər. Böyüklər Göstərişlər Dozalar Müalicə müddəti Kriptokokoz Kriptokok meningitin müalicəsi Yükləmə dozası: Birinci gün 400 mq. Sonrakı doza: gündə 200-400 mq.

Adətən ən azı 6-8 həftədir. Həyati təhlükəli infeksiyalarda gündəlik doza 800 mq-a qədər artırıla bilər. Residiv riski yüksək olan xəstələrdə kriptokok meningitin residivinin qarşısını almaq üçün dəstəkləyici terapiya Gündə 200 mq Qeyri-müəyyən müddətə 200 mq gündəlik dozada. Koksidioidomikoz 200-400 mq Xəstədən asılı olaraq 11-24 ay və ya daha uzun müddət.

Bəzi infeksiyalarda və xüsusilə meningeal xəstəliklərdə gündə 800 mq nəzərdən keçirilə bilər. İnvaziv kandidoz Yükləmə dozası: Birinci gün 800 mq. Sonrakı doza: gündə 400 mq. Ümumiyyətlə, kandidemiyada tövsiyə olunan müalicə müddəti qanın əkilməsinin ilk mənfi nəticəsindən və kandidemiyanın əlamətləri və simptomları aradan qaldırılmasından sonra 2 həftədir.

Selikli qişaların kandidozunun müalicəsi Orofaringeal kandidoz Yükləmə dozası: Birinci gün 200- 400 mq. Sonrakı doza: gündə 100-200 mq. 7-21 gün (orofaringeal kandidozun remissiyasına qədər). İmmuniteti ciddi şəkildə zəifləmiş xəstələrdə daha uzun müddət istifadə oluna bilər.

Ezofageal kandidoz Yükləmə dozası: Birinci gün 200-400 mq. Sonrakı doza: gündə 100-200 mq. 14-30 gün (ezofageal kandidozun remissiyasına qədər). İmmuniteti ciddi şəkildə zəifləmiş xəstələrdə daha uzun müddət istifadə oluna bilər.

Kandiduriya Gündə 200-400 mq. 7-21 gün. İmmuniteti ciddi şəkildə zəifləmiş xəstələrdə daha uzun müddət istifadə oluna bilər Xroniki atrofik kandidoz Gündə 50 mq 14 gün Selikli qişaların və dərinin xroniki kandidozu Gündə 50-100 mq 28 günə qədər. Həm infeksiyanın ağırlığından, həm də əsas səbəbdən – immunitet zəifliyindən və infeksiyadan asılı olaraq daha uzun müddət istifadə oluna bilər Residiv riski yüksək olan İİV-ə yoluxmuş xəstələrdə selikli qişaların kandidozunun residivinin profilaktikası Orofaringeal kandidoz Gündə 100-200 mq və ya həftədə 3 dəfə 200 mq Xroniki immun supressiyası olan xəstələrdə qeyri-müəyyən müddət Ezofageal kandidoz Gündə 100-200 mq və ya həftədə 3 dəfə 200 mq Xroniki immun supressiyası olan xəstələrdə qeyri-müəyyən müddət Genital kandidoz Kəskin vaginal kandidoz Kandidoz balanit 150 mq Birdəfəlik dozada Göstərişlər Dozalar Müalicə müddəti Residivləşən vaginal kandidozun müalicəsi və profilaktikası (ildə 4 dəfə və ya daha çox qeyd edildikdə).

Hər üçüncü gün 150 mq, cəmi 3 doza (1, 4 və 7-ci gün), sonra həftədə bir dəfə 150 mq dəstəkləyici dozada. Dəstəkləyici doza: 6 ay. Dermatomikoz pəncənin göbələk infeksiyaları (tinea pedis), dermatofitiyalar (tinea corporis), qasıq nahiyəsinin göbələk infeksiyaları (tinea cruris), dərinin kandidoz infeksiyaları Həftədə bir dəfə 150 mq və ya gündə bir dəfə 50 mq 2-4 həftə, pəncənin göbələk infeksiyalarında (tinea pedis) 6 həftəyə qədər müalicə tələb oluna bilər. əlvan dəmrov (tinea versicolor) Həftədə bir dəfə 300- 400 mq 1-3 həftə Gündə bir dəfə 50 mq 2-4 həftə dırnağın göbələk infeksiyaları (onixomikoz, tinea unguium) Həftədə bir dəfə 150 mq Müalicə zədələnmiş dırnaq sağlam dırnaq ilə əvəz olunana qədər davam etməlidir.

Adətən əl və ayaq dırnaqları müvafiq olaraq 3-6 ay və 6-12 ay ərzində böyüyür. Dırnaqların böyümə sürəti fərdi olaraq və yaşla əlaqədar dəyişilə bilər. Uzun müddət davam edən xroniki infeksiyaların uğurlu müalicəsindən sonra dırnaqlar bəzən eybəcər olaraq qalır. Uzun müddət neytropeniyası olan xəstələrdə kandidoz infeksiyalarının profilaktikası Gündə 1 dəfə 200-400 mq Müalicə gözlənilən neytropeniyanın meydana çıxmasından bir neçə gün əvvəl başlanmalı və neytrofillərin sayı 1000 hüceyrə/mm3 həddini keçəndən sonra daha 7 gün davam etməlidir.

Xüsusi qruplar Yaşlılar Doza böyr ək funksiyasından asılı olaraq t ənzimlənməlidir (“Böyr ək çatışmazlığı” -na dair məlumata baxın). Böyrək çatışmazlığı Birdəfəlik doza ilə müalicədə dozanın tənzimlənməsi tələb olunmur. Böyrək funksiyası pozulmuş və flukonazolu daha çox dozada qəbul edən xəstələrə (uşaqlar daxil olmaqla) göstəriş üzrə tövsiyə olunan gündəlik dozaya əsasən ilk doza 50 -400 mq t əyin edilməlidir. Bu ilk yükl əmə dozasından sonra gündəlik doza (göstəriş üzrə) aşağıdakı cədvələ əsaslanmalıdır: Kreatinin klirensi (ml/dəqiqə) Tövsiyə olunan dozanın faizi >50 100% ≤50 (dializsiz) 50% Daimi dializ 100% hər dializdən sonra Daimi dializd ə olan x əstələr h ər dializd ən sonra tövsiy ə olunan dozanın 100% -ni q əbul etməlidirlər; dializd ə olmayan günl ərdə xəstələr kreatinin klirensin ə uyğun olaraq azaldılmış dozada qəbul etməlidirlər.

Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan x əstələrə dair m əlumatlar m əhduddur; buna gör ə, qaraciy ər disfunksiyası olan x əstələrə flukonazol ehtiyatla t əyin olunmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə baxın). Uşaqlar Uşaqlarda gündəlik maksimal doza 400 mq-dan çox olmamalıdır. Böyüklərdə oxşar infeksiyalarda olduğu kimi, müalic ə müddəti klinik v ə mikoloji cavab reaksiyasından asılıdır. Bioflukon birdəfəlik gündəlik doza şəklində qəbul edilir.

Böyrək funksiyası pozulmuş uşaqlar üçün dozalara "Böyr ək çatışmazlığı" bölm əsinə baxın. Böyrək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetikası öyr ənilməmişdir (ilk növbədə böyrək yetişməzliyi tez-tez rast g ələn "vaxtında olan yenidoğulmuşlar" -a aid aşağıdakı m əlumata baxın). Körpələr və uşaqlar (28 gün-11 yaş) Göstəriş Doza Tövsiyələr Selikli qişaların kandidozu İlk doza: 6 mq/kq. Sonrakı doza: gündə 3 mq/kq Tez bir müddətdə sabit vəziyyət yaratmaq üçün birinci gün ilk doza istifadə edilə bilər.

İnvaziv kandidoz Kriptokok meningiti Doza: gündə 6-12 mq/kq Xəstəliyin ağırlığından asılı olaraq Residiv riski yüksək olan uşaqlarda kriptokok meningitin residivinin qarşısını almaq üçün dəstəkləyici terapiya Doza: gündə 6 mq/kq Xəstəliyin ağırlığından asılı olaraq İmmun sistemi zəif olan xəstələrdə kandidoz infeksiyalarının profilaktikası Doza: gündə 3-12 mq/kq Neytropeniyanın dərəcəsindən və davamlılığından asılı olaraq (“Böyüklər”-ə dair dozalara baxın). Yeniyetmələr (12-17 yaş) Xəstənin b ədən ç əkisindən və pubertal inkişafından asılı olaraq müalic ə həkimi hansı dozanın (böyüklər və ya uşaqlar) daha uyğun olduğunu qiym ətləndirməlidir Klinik məlumatlar göstərir ki, uşaqlarda flukonazol klirensi böyükl ərə nisbətən daha yüks əkdir. Sistem t əsirinin müqayis əsi üçün, böyüklərdə 100, 200 və 400 mq-lıq doza uşaqlarda 3, 6 və 12 mq/kq dozaya müvafiqdir. Uşaqlarda genital kandidozlarda flukonazolun istifad əsinə dair təhlükəsizliyi v ə effektivliyi müəyyən edilm əmişdir.

Dig ər pediatrik göst ərişlərdə təhlükəsizliyinə dair hazırda mövcud olan məlumatlar “Əlav ə təsirləri” bölm əsində qeyd edilmişdir. Yeniyetm ələrdə (12-17 yaş) genital kandidozun müalicəsi zəruridirsə, doza böyüklərdə olduğu kimi olmalıdır. Vaxtında olan yenidoğulmuşlar (0-27 gün) Yenidoğulmuşlarda flukonazol yavaş -yavaş xaric edilir. Vaxtında olan yenidoğulmuşlarda bu dozalanmanı d əstəkləyən farmakokinetik m əlumatlar azdır (“Farmakokinetikası” bölm əsinə baxın).

Yaş qrupu Doza Tövsiyələr Vaxtında olan yenidoğulmuşlar (0-14 gün) Hər 72 saatdan bir körpələrdə və uşaqlarda olduğu kimi eyni mq/kq dozada verilməlidir. Maksimal doza hər 72 saatdan bir 12 mq/kq-ı aşmamalıdır. Vaxtında olan yenidoğulmuşlar (15-27 gün) Hər 48 saatdan bir körpələrdə və uşaqlarda olduğu kimi eyni mq/kq dozada verilməlidir. Maksimal doza hər 48 saatdan bir 12 mq/kq-ı aşmamalıdır.

Prepared by  T-Soft E-Commerce.