Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır.
• Genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv verən), vaginal kandidozun residivləşmə tezliyinin azaldılmasinda profilaktik məqsədlə (ildə 3 və daha çox epizodlar).
• Antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə.
• Dəri mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu.
• İmmuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə yayılmış kandidoz.
• Kandidemiya, disseminəolunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yollarının kandidozu).
• Selikli qişaların, eyni zamanda ağız boşluğunun, udlağın, qida borusunun kandidozu, qeyri- invaziv bronx-ağciyər kandidozu, kandiduriya, dəri kandidozu, ağız boşluğunun diş protezləri hesabına yaranan atrofik kandidozu.
• Kriptokokkoz, kriptokokk meningiti və başqa kriptokokklar.
• Sistem kandidozlar.
• Dərin endemik mikozlar.
Preparata qarşı fərdi həssaslıq. Flukonazola qarşı yüksək həssaslığı olan xəstələrdə, preparat yalnız həkimin göstərişinə əsasən və ciddi həkim nəzarəti altında istifadə olunmalıdır. Terfenadinlə (terfenadinin dozası 400 mq-dan artıq olduqda), QT intervalını uzadan və sitoxrom CYP 3A4 P450 ilə metabolizə olunan dərman vasitələri (sizaprid, astemizol, pimozid, xinidin və eritromisin) ilə eyni vaxtda istifadəsi.
Detrazol hamiləlik və lakstasiya dövründə yalnız həkimin göstərişi əsasında təyin oluna bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən şəxslər bəzən başgicəllənmə hallarının olduğunu nəzərə almalıdır.
Detrazolun gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur. Vaginal kandidozda Detrazol 150 mq birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun resedivlərinin qarşısını almaq üçün Detrazol ayda 1 dəfə 150 mq dozada qəbul olunur. Müalicə müddəti fərdidir: 4-12 ay. Kandidozun profilaktikası üçün Detrazol 50-400 mq dozada gündə bir dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur. Pəncə, qasıq nahiyəsi və dəri mikozlarında Detrazol həftədə 1 dəfə 150 mq dozada təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə müalicədən sonra profilaktik məqsədlə Detrazol həftədə bir dəfə 150 mq dozada təyin olunur. Onixomikozlarda Detrazol həftədə 1 dəfə 150 mq dozada, dırnaq sağalana qədər qəbul edilir. Yayılmış kandidoz və digər invaziv kandidozlarda Detrazol ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə klinik effektdən asılı olaraq davam etdirilir. Sistem kandidozlarda Həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir. Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarda Birinci gün 400 mq, sonrakı günlər isə gündə 1 dəfə 200-400 mq təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır. Uşaqlarda qəbul dozaları Selikli qişaların kandidozlarında 3 mq/kq/sut, birdəfəlik zərbə dozası 6 mq/kq-dır. Yayılmış kandidozun və kriptokokk infeksiyasının müalicəsində 6-12 mq/kq/sut doza təyin olunur. Xroniki böyrək çatışmazlığı olan xəstələrdə İlkin zərbə dozası 50-400 mq; KK 50 ml/dəq olan xəstələrdə adi gündəlik doza qəbul olunur; KK 11-50 ml/dəq olduqda isə, gündəlik dozanın 50%-ı və ya iki gündə bir dəfə adi doza qəbul olunmalıdır; hemodializdə olan xəstələrdə isə, hər hemodializdən sonra 1 doza qəbul edilir.