Sevimlilərə əlavə edin
Paylaşın

Delovir 400MG N25 Tb

Məhsul Kodu : 111-25131
İstehsalçı ölkə : Portuqaliya
0 Şərh Şərh
17,09 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

DELOVİR, tabletlər

DELOVİR tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq asiklovir vardır.

İstifadəsinə göstərişlər

- Dərinin və selikli qişaların birincili və residivləşən genital herpes i daxil olmaqla, sadə herpes virusları tərəfindən törədilən infeksiyaların mualicəsi. - İmmun statusu normal olan pasiyentlərdə sadə herpes viruslarının törətdiyi residivləşən infeksiyaların kəskinləşməsinin profilaktikası. - İmmunçatışmazlığı olan xəstələrdə sadə herpes viruslarının törətdiyi infeksiyaların profilaktikası. - Varicella zoster virusunun törətdiyi infeksiyaların mualicəsi (suçiçəyi və həmçinin kəmərləyici dəmrov).

Əks göstərişlər

Asiklovirə, valasiklovirə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Asiklovir tabletlərinin isifadəsi yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riski üstələmiş olanda mümkündür. Gündə 5 dəfə 200mq dozada peroral daxilə qəbul edildikdən sonra asiklovir qan plazmasının muvafiq səviyyəsindən 0,6-4,1% konsentrasiyasında ana südündə toplanır. Belə süd ilə qidalanan uşaq asikloviri gündə 0,3mg/kg bədən çəkisinə muvafiq olaraq həzm edə bilər. Buna görə asikloviri ehtiyyatla təyin etmək lazımdır, risk/fayda nisbətini hesablamaqla.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə zamanı nəqliyyat vasitələrini və mexanizmləri idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.

DELOVİR istifadə qaydası və dozası

Tabletlər daxilə kifayət miqdarda maye ilə qəbul olunmalıdır. 12 yaşdan yuxarı və böyüklər: - Herpes, genital herpes: 200 mq gündə 5 dəfə (4 saatdan bir, gecə 8 saatlıq intervalla) 5 gün. - Residivləşən herpes: 200 mq gündə 5 dəfə və ya 400 mq gündə 2 dəfə. İmmundefisitli şəxslərdə Herpes simplexin profilaktikası: 200 mq gündə 4 dəfə, ağır hallarda (məsələn sümük iliyinin köçürülməsi zamanı) 400 mq gündə 4 dəfə və ya venadaxili yeridilmək üçün uyğun doza tətbiq etmək tövsiyə olunur.

Böyrək çatışmazlığı Herpevir ® böyrək çatışmazlığı olan xəstələrə ehtiyatla təyin olunmalıdır. Hidratasiyanın adekvat səviyyəsinə nəzarət etmək lazımdır. Ağır böyrək çatışmazlığı olan xəstələrə (kreatininin klirensi 10ml/dəq.-dən aşağı) preparat gündə 2 dəfə 200 mq dozada 12 saatlıq intervalla təyin olunur. Varicella zoster (suçiçəyi və kəmərləyici herpes) tərəfindən törədilən infeksiyaların müalicəsi zamanı aydın ifadə olunmuş immunçatışmazlığı və ağır böyrək çatışmazlığı olan xəstələrə (kreatininin klirensi 10ml/dəq.

-dən aşağı) preparat gündə 2 dəfə 800 mq dozada 12 saatlıq intervalla təyin olunur, amma yüngül böyrək çatışmazlığı olan xəstələrə (kreatininin klirensi 10- 25ml/dəq. arası) preparat gündə 3 dəfə 800 mq dozada 8 saatlıq intervalla təyin olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25131

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce