Sevimlilərə əlavə edin
Paylaşın

Asovir 400 Mq N30 Tablet

Məhsul Kodu : 111-25843
İstehsalçı ölkə : Polsa
0 Şərh Şərh
19,76 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Asovir, 200 mq; 400 mq tabletlər 

Asovir tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 200 mq və ya 400 mq asiklovir vardır. 

Əks göstərişlər 

Asiklovirə, valasiklovirə və ya preparatın tərkibinə daxil olan  hər hansı bir komponentə qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləlik və ya laktasiya dövrlərində, hamiləliyə şübhə olduqda və ya ana olmağı planlaşdırdıqda belə preparatın qəbulundan əvvəl  müalicə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik dövründə həkimin təyini ilə ana üçün gözlənilən fayda dölə olan potensial riskdən çox olduqda istifadə oluna bilər. Preparat ana südünə keçdiyinə görə həkimlə məsləhətləşdikdən sonra qəbul oluna bilər. 

İstifadə qaydası və dozası 

Həmişə həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda, həkiminizlə və ya əczaçı ilə qəbul qaydasını bir daha dəqiqləşdirin.  
Preparat daxilə istifadə  üçün nəzərdə tutulub. 
Böyüklər: 
Sadə herpes (Herpes simplex) virusunun törətdiyi infeksiyaların müalicəsi 
Gündə 5 dəfə hər 4 saatdan bir 200 mq (gecələr fasilə verməklə), müalicə müddəti 5 gün. Ağır hallar zamanı müalicə müddətini uzatmaq olar. Müalicəni mümkün qədər tez, infeksiyanın diaqnozundan dərhal sonra başlamaq lazımdır. 
İmmun funksiyası normal olan pasiyentlərdə sadə herpes (Herpes simplex)  virusu tərəfindən törədilən infeksiyaların residivlərinin profilaktikası 
Gündə 4 dəfə hər 6 saatdan bir 200 mq (gecələr fasilə verməklə) və ya gündə 2 dəfə hər 12 saatdan bir 400 mq. 
İmmunçatışmazlığı olan pasiyentlərdə sadə herpes (Herpes simplex) virusu tərəfindən törədilən 
infeksiyaların profilaktikası 
Gündə 4 dəfə hər 6 saatdan bir 200 mq. Nəzərəçarpacaq dərəcədə immunçatışmazlıq zamanı dozanı 400 mq-yə qədər artırmaq olar.  
Suçiçəyi virusunun (Varicella zoster) və kəmərləyici dəmrov virusunun (Herpes zoster) törətdiyi 
infeksiyaların  müalicəsi 
Gündə 5 dəfə hər 4 saatdan bir 800 mq  (gecələr fasilə verməklə). Müalicə müddəti 7 gün . 
Uşaqlar: 
Dəri və selikli qişaların sadə herpes (Herpes simplex) virusu tərəfindən törədilmiş infeksiyalarının 
müalicəsi və immunçatışmazlığı  olan pasiyentlərdə infeksiyaların profilaktikası 
2 yaş və ondan yuxarı uşaqlar – böyüklər üçün tövsiyə olunan doza ilə eynidir; 
2 yaşdan kiçik uşaqlar  –  böyüklərə tövsiyə olunan dozanın yarısı təyin olunur.  
Suçiçəyi  virusunun  törətdiyi  infeksiyaların müalicəsi 
2 yaşdan kiçik uşaqlar  –  200 mq gündə 4 dəfə; 
2-5 yaşında olan uşaqlar  –  400 mq gündə 4 dəfə; 
6 yaş və daha böyük uşaqlar  –  800 mq gündə 4 dəfə. 
Dozalanma pasiyentin bədən çəkisinə əsasən dəqiq müəyyən oluna bilər; 20 mq/kq (maksimal doza 800 mq-yə qədər) olmaqla, gündə 4 dəfə. Müalicə müddəti 5 günə qədər artırıla bilər.  
Böyrək funksiyaları pozulmuş pasiyentlərdə dozalanma 
Asovir-lə müalicə zamanı böyrək disfunksiyası olan pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər.  
Sadə herpes virusunun törətdiyi infeksiyaların müalicəsi 
ağır böyrək çatışmazlığı olan pasiyentlərdə  –  200 mq gündə 2 dəfə. 
Varicella zoster virusunun törətdiyi infeksiyaların müalicəsi 
ağır böyrək çatışmazlığı olan pasiyentlərdə  –  800 mq gündə 2 dəfə; 
orta ağır dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə  –  800 mq gündə 3 dəfə. 
Yaşlı pasiyentlər 
Müalicəyə preparatın kiçik dozaları ilə başlanılmalıdır. Asiklovirin yüksək dozalarını  qəbul edən 
pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər. Böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə 
preparat xüsusilə ehtiyatla təyin olunmalıdır.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25843

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
Delovir 400MG N25 Tb
17,09 AZN -%0
17,09AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce