Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 kapsulda müvafiq 100 mq, 150 mq və ya 200 mq flükonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, jelatinləşdirilmiş qarğıdalı nişastası, maqnezium stearat, susuz kolloidal silisium dioksid, natrium laurilsulfat. Kapsulun örtüyü: jelatin, titan dioksid (E 171); 100 mq-lıq kapsullarda – sarı dəmir oksidi (E 172).
İstifadəsinə göstərişlər Böyüklər:
- Kriptokokk meningiti (Cryptococcal meningitidis)
– beynin göbələk infeksiyası;
- koksidiomikoz (Coccidioidomycosis)
– bronx-ağciyər sisteminin xəstəliyi;
- qan dövranının, daxili orqanların (o cümlədən, ürək, ağciyərlər) və ya sidik yollarının Kandida (Candida) tərəfindən törədilən infeksiyaları;
- selikli qişanın kandidozu- infeksiya ağız, udlaq və protezlə zədələnmiş ağızda selikli qişanı zədələyir;
- genital kandidoz – uşaqlıq yolunun və ya penisin infeksiyası (yerli müalicə məqsədəuyğun olmadığı halda);
- sistem müalicənin istifadəsi üçün göstəriş olduğu hallarda, pəncə mikozları, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu daxil olmaqla, dermatomikozlar, əlvan dəmrov və dərinin kandidoz infeksiyaları;
- digər dərman preparatlarının istifadəsi məqsədəuyğun olmadığı halda, dermatofit onixomikoz. AZOKAN həmçinin aşağıdakı hallarda təyin oluna bilər - Kriptokokk meningitinin geriyə qayıtmasının (residivinin) qarşısını almaq üçün;
- - İİV infeksiyası zamanı inkişaf etməsi üçün yüksək risk qeyd olunan pasiyentlərdə ağız-udlaq və ya qida borusu kandidozunun residivi;
- vaginal kandidozun residivləşməsini azaltmaq üçün (ildə 4 və daha çox hal);
- uzunmüddətli neytropeniya qeyd olunan pasiyentlərdə (məsələn, qanın bədxassəli xəstəlikləri zamanı kimyəvi terapiya qəbul edən pasiyentlər və ya hemopoetik gövdə hüceyrələrin transplantasiyası aparılan pasiyentlər) kandidoz infeksiyaların profilaktikası. Uşaqlar və yeniyetmələr (0-17 yaş həddi) - Selikli qişanın kandidozu - ağızın, boğazın selikli qişasını zədələyən infeksiya;
- kandida (Candida) tərəfindən törədilən və qan dövranında, daxili orqanlarda (o cümlədən, ürək, ağciyərlər) və ya sidik yollarında rast gələn infeksiyalar;
- kriptokokk meningiti-beynin göbələk infeksiyası. AZOKAN həmçinin aşağıdakı hallarda da təyin edilə bilər - Kandida (Candida) tərəfindən törədilən infeksiyaya yoluxmanın qarşısını almaq üçün (əgər Sizin immun sisteminiz zəifdirsə və ya kifayət qədər yaxşı fəaliyyət göstərmirsə);
- kriptokokk meningitinin geriyə qayıtmasınn qarşısını almaq üçün.
Əks göstərişlər:
Aşağıda göstərilən hallarda AZOKAN qəbul etməyin:
- Əgər Sizdə flukonazola, göbələk infeksiyalarının müalicəsi üçün istifadə etdiyiniz digər dərman vasitələrinə və ya AZOKAN -ın digər komponentlərinə qarşı allergiya (hiperhəssaslıq) varsa; Simptomlara qaşınma, dəridə qızartı və tənəffüsün çətinləşməsi aiddir.
- Əgər Siz astemizol, terfenadin (allergiya üçün antihistamin vasitələr) qəbul edirsinizsə;
- sizaprid qəbul edirsinizsə (mədə pozulmaları üçün istifadə olunur);
- pimozid qəbul edirsinizsə (psixi xəstəliklərin müaliəsi üçün istifadə olunan);
- xinidin qəbul edirsinizsə (ürək aritmiyalarının müalicəsi üçün istifadə olunur);
- eritromisin qəbul edirsinizsə (infeksiyaların müalicəsi üçün antibiotik).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Həkiminizə aşağıdakılar barədə məlumat verin:
- Qaraciyər və ya böyrək probleminiz varsa;
- Ürək aritmiyaları da daxil olmaqla ürək xəstəliklərindən əziyyət çəkirsinizsə;
- Qanda kalium, kalsium və maqneziumun səviyyəsi normaya uyğun deyilsə;
- Kəskin dəri reaksiyaları inkişaf edirsə (qaşınma, dəridə qızarma və ya tənəffüsün çətinləşməsi). Dermatoloji reaksiyalar Flukonazoldan istifadə etdikdə, nadir hallarda Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi, eksfoliativ dəri reaksiyalarının inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Bir çox dərman preparatlarından istifadə etdikdə, QİÇS-dən əziyyət çəkən pasiyentlər ağır dərəcəli dəri reaksiyalarının inkişaf etməsinə daha çox meyllidirlər. Səthi göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə, flukonazolun istifadəsi ilə əlaqələndirilə bilən səpgilər meydana çıxdığı halda, preparatın sonrakı istifadəsini dayandırmaq lazımdır. İnvaziv/sistem göbələk infeksiyaları qeyd olunan pasiyentlərdə dəri üzərində səpgilər əmələ gəldikdə, onların vəziyyətlərinə ciddi nəzarət etmək, bulloz səpgilər və ya multiform eritema inkişaf etdiyi halda, flukonazolun istifadəsini dayandırmaq lazımdır. Köməkçi maddələr Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.Preparatın tərkibində laktoza var. Bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi, nadir irsi xəstəlikləri qeyd olunan pasiyentlərdə göstərilən preparatı istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Tədqiqatlar onu göstərir ki, hamiləliyin I trimestrində flukonazol qəbul edən qadınlarda spontan abort riski artır. 400-800 mq sutkalıq dozada 3 ay və daha çox müalicə almış hamilə qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda müxtəlif anadangəlmə qüsurlar qeydə alınmışdır. Bu qüsurların yaranması ilə flukonazol qəbulu arasında əlaqə aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar flukonazol molekulunun hamiləlik zamanı toksikliyini nümayiş etdirir. Hamiləlik zamanı flukonazol molekulunun təyinatı tövsiyyə olunmur. Flukonazol ana südünə nüfuz edir və qan plazması ilə müqayisədə, ana südündə təqribən eyni konsentrasiyada qeyd olunur. Birdəfəlik ≤ 150 mq flukonazolun istifadəsindən sonra laktasiya davam etdirilə bilər. Daha yüksək və uzunmüddətli flukonazol preparatı istifadə olunarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən zaman nəzərə almaq lazımdır ki, preparatdan istifadə zamanı bəzən başgicəllənmə və ya ürəkbulanma baş verə bilər.
Bu dərman preparatını hər zaman həkimin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda həkiminizlə və ya əzaçı ilə məsləhətləşin. Kapsulu bir stəkan su ilə bütöv udun. Kapsulu hər gün eyni saatda qəbul etmək daha yaxşı olar. AZOKAN yeməklə birlikdə və ya yeməksiz gündə 1 dəfə qəbul edilə bilər. Müxtəlif infeksiyalar üçün adi doza aşağıdakı kimidir. Böyüklər Göstəriş Doza Kriptokokk meningitinin müalicəsi üçün Birinci gün 400 mq, sonra isə gündə bir dəfə 200 mq-dan 400 mq-a qədər; 6 həftədən 8 həftəyə qədər və ya ehtiyac olarsa daha uzun müddət. Bəzən doza 800 mq-a qədər artırıla bilər. Kriptokokk meningitinin geriyə qayıtmasının qarşısını almaq üçün Gündə bir dəfə 200 mq, həkim təyinatına uyğun müddət ərzində. Koksidioidomikozun müalicəsi üçün 200 mq-dan 400 mq-a qədər gündə 1 dəfə; 11 aydan 24 aya qədər. Bəzən doza 800 mq-a qədər artırıla bilər. Candida tərəfindən törədilən daxili göbələk infeksiyasının müalicəsi üçün Birinci gün 800 mq sonra 400 mq gündə bir dəfə. Kandidemiyanın adətən tövsiyə olunan müalicə müddəti, hemokulturanın ilk mənfi nəticələri əldə olunduqdan və kandidemiyanın əlamətləri aradan qalxdıqdan sonra 2 həftə təşkil edir. Ağız, udlaq və protezlə zədələnmiş selikli qişanın kandidozu Birinci gün 200 mq-dan 400 mq-a qədər, sonra 100 mq-dan 200 mq-a qədər; həkim təyinatına uyğun müddət ərzində. Kandidozun müalicəsi üçün doza infeksiyanın lokalizasiyasından asılıdır 50 mq-dan 400 mq-a qədər gündə 1 dəfə, 7-30 gün müddəti ərzində həkim təyinatına uyğun olaraq. Selikli qışaların kandidozunun inkişaf etmə riski yüksək olan İİV-infeksiyasından əziyyət çəkən pasiyentlərdə residivlərin qarşısının alınması 100 mq-dan 200 mq-a qədər gündə bir dəfə və ya 200 mq həftədə 3 dəfə infeksiyaya yoluxma riski olduqda. Genital kandidozun müalicəsi Birdəfəlik doza kimi 150 mq. Vaginal kandidozun residivini azaltmaq üçün (ildə 4 və dah çox hal) Hər 3 gündən bir 150 mq, cəmi 3 doza (1-ci, 4- cü və 7-ci günlər) və sonra yoluxma riski olduqda həftədə bir dəfə. Pəncə mikozları, hamar dəri mikozu, qasıq nahiyəsinin dermatomikozu, dərinin kandidoz infeksiyaları, əlvan dəmrov, dermatofit, onixomikoz İnfeksiyanın yerləşdiyi nahiyədən asılı olaraq 50 mq gündə 1 dəfə, 150 mq həftədə bir dəfə, 300 və 400 mq həftədə 1 dəfə 1-4 həftə ərzində (idmançı ayağında 6 həftəyə qədər ola bilər, dırnaq infeksiyasında isə zədəli dırnaq bərpa olunana qədər). Uzunmüddətli neytropeniya qeyd olunan pasiyentlərdə kandidoz infeksiyaların profilaktikası 200 mq-dan 400 mq-a qədər gündə bir dəfə. Müalicəni gözlənilən neytropeniya inkişaf etməzdən bir neçə gün əvvəl başlamaq və qanda neytrofillərin miqdarı 1000/mm3 -dən artıq olduqdan sonra, 7 gün müddətində davam etdirmək lazımdır. 12 yaşdan 17 yaşa qədər yeniyetmələr Həkiminiz tərəfindən təyin edilən dozaya riayət edin (həm uşaqlar, həm də böyüklər üçün olan dozalanma). 28 gün-11 yaşa qədər uşaqlar Uşaqlar üçün maksimal gündəlik doza 400 mq-dır. Doza uşaqların kiloqramlarla çəkisinə əsasən təyin olunmalıdır. Göstəriş Gündəlik doza Selikli qişanın kandidozu və udlaq infeksiyaları zamanı müalicənin dozası və davametmə müddəti infeksiyanın kəskinliyindən və nahiyəsindən asılıdır Bədən çəkisinin hər kq-na 3 mq (6 mq) (birinci gün bədən çəkisinin hər kq-na 6 mq) Kriptokok meningiti və ya Candida tərəfindən törədilən endemik göbələk infeksiyaları Hər kq üçün 6 mq-dan 12 mq-a qədər Uşaqların Candida tərəfindən törədilən infeksiyalara yoluxmasının qarşısını almaq üçün (əgər onların immun sistemi kifayət qədər fəaliyyət göstərmirsə) Hər kq üçün 3 mq-dan 12 mq-a qədər 0- 4 həftəlik uşaqlarda istifadəsi 3-4 həftəlik uşaqlar üçün istifadəsi: Dozalar yuxarıda göstərildiyi kimidir, lakin hər iki gündən bir təyin olunur. Maksimum doza hər 48 saatdan bir, hər kq üçün 12 mq-dır. 2 həftədən kiçik olan uşaqlarda Dozalar yuxarıdakı kimidir, lakin hər 3 gündən bir təyin olunur. Maksimal doza hər 72 saatdan bir, hər kq üçün 12 mq-dır. Həkimlər bəzən müxtəlif dozalar təyin edə bilərlər. Dərman vasitəsini hər zaman həkimin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadıqda həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Yaşlılar Əgər böyrəklərlə problem yoxdursa, böyüklər üçün olan adi doza təyin olunur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Birdəfəlik istifadə zamanı flukonazolun dozasını korreksiya etmək tələb olunmur. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə (o cümlədən, uşaqlara) preparatın dəfələrlə təkrar yeridilməsi tələb olunduğu halda, göstərişlərdən asılı olaraq, müalicənin birinci günü preparatın 50-400 mq başlanğıc dozasını istifadə etmək lazımdır. Bundan sonra sutkalıq dozanı (göstərişlərdən asılı olaraq) aşağıdakı cədvələ müvafiq hesablamaq lazımdır. Kreatinin klirensi (ml/dəq) Tövsiyə edilən dozanın faizi > 50 100 % ≤ 50 (dializ aparılmadan) 50 % Müntəzəm dializ Hər dializ prosedurasından sonra 100 % Müntəzəm dializ proseduraları qəbul edən pasiyentlər, hər bir dializ prosedurasından sonra, preparatın tövsiyə olunan dozasının 100 %-ni qəbul etməlidirlər. Dializ prosedurası aparılmayan gün, pasiyent kreatinin klirensinə əsasən korreksiya edilmiş dozanı istifadə etməlidir. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə flukonazolun istifadəsi barədə kifayət qədər məlumat olmadığını nəzərə alaraq, bu kateqoriyadan olan pasiyentlərə flukonazolu ehtiyatla təyin etmək lazımdır. AZOKAN qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Dozanı qəbul etməyi unutmusunuzsa, yadınıza düşən andan mümkün qədər tez qəbul edin. Əgər artıq növbəti dozanın qəbul zamanıdırsa, unutduğunuz dozanı qəbul etməyin. Dərmanın istifadəsi ilə əlaqədar olaraq əlavə suallarınız yaranarsa, həkiminizdən və ya əczaçıdan soruşun.