Sevimlilərə əlavə edin
Paylaşın

Atropin Sulfat 1 Mq 1 ml 10 Ampul

Məhsul Kodu : 111-00142
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
2,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Atropin sulfat, inyeksiya üçün məhlul

Atropin sulfat tərkibi

Atropin sulfat tərkibi, 1 ml məhlulun tərkibində 1 mq atropin sulfat vardır. Köməkçi maddələr: 0,1 M hidrogenxlorid turşusu, inyeksiya üçün su.

Atropin sulfat, istifadəsinə göstərişlər

Simptomatik vasitə kimi pilorospazmda, kəskin pankreatitdə, öd daşı xəstəliyində, sidik-ifrazat yollarının spazmlarında, bronxial astmada, bradikardiyada, azan sinirin tonusunun yüksəlməsi nəticəsi kimi tüpürcək, mədə, bronxial, bəzən tər vəzilərinin sekresiyasını aşağı salmaq üçün, həzm traktının rentgenoloji müayinəsini aparmaq üçün (orqanların tonusunun və hərəki fəallığının aşağı düşməsi) istifadə olunur. Preparatı həmçinin, narkozdan və əməliyyatdan əvvəl və cərrahi əməliyyat zamanı, bronxo- və larinqospazmları aradan qaldıran vasitə kimi istifadə etmək olar; vəzilərin sekresiyasını aşağı salır, azan sinirin oyanması ilə əlaqəli reflektor reaksiyaları və əlavə effektləri azaldır. Xolinomimetik birləşmələrlə və antixolinesteraz (o cümlədən, fosfor-üzvi) maddələrlə zəhərlənmələr zamanı spesifik antidot kimi istifadə olunur.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Ürək yığılmalarının tezliyinin artması arzuolunmayan ola bilən ürək-damar sistemi xəstəlikləri: səyriyyən aritmiya, taxikardiya, xroniki ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, mitral stenoz, ağır dərəcəli arterial hipertenziya; kəskin qanaxmalar; tireotoksikoz; hipertermik sindrom; keçməməzliklə müşayiət olunan həzm traktı xəstəlikləri (qida borusunun axalaziyası, mədə çıxacağının stenozu, bağırsaq atoniyası); qlaukoma; qaraciyər və böyrək çatışmazlığı; miasteniya gravis; sidik ifrazının ləngiməsi və ya ləngiməyə meyllilik; beyinin zədələnməsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Uşağa toksik təsirin inkişaf etməsini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Atropin sulfat, istifadə qaydası

Atropin sulfatı dəri altına, əzələ daxilinə və vena daxilinə yeritmək olar. Giriş narkozunda, azan sinir tərəfindən ürək yığılmalarının tezliyinin tormozlanması riskini azaltmaq və tüpürcək və bronxial vəzilərin sekresiyasını aşağı salmaq məqsədi ilə, anesteziyadan 30-60 dəqiqə əvvəl 0,3-0,6 mq dozada dəri altına və ya əzələ daxilinə yeridilir; morfin (10 mq morfin sulfat) ilə kombinasiyada – anesteziyadan 1 saat əvvəl. Antixolinesteraz preparatlarla zəhərlənmə zamanı atropin sulfat preparatını, dəri üzərində qızarma və quruluq, göz bəbəklərinin genişlənməsi və taxikardiya meydana çıxana qədər və tənəffüs normalaşana qədər, hər 20-30 dəqiqədən bir 2 mq dozada əzələ daxilinə yeritmək lazımdır. Orta və ağır dərəcəli zəhərlənmə zamanı atropini 2 gün müddətində (“atropinlə doza həddinin aşılması” əlamətləri meydana çıxana qədər) yeritmək olar. Yaşdan asılı olaraq, uşaqlar üçün birdəfəlik yüksək doza aşağıda göstərildiyi kimi təyin olunur: - 6 aya qədər – 0,02 mq; - 6 aydan 1 yaşa qədər – 0,05 mq; - 1 yaşdan 2 yaşa qədər – 0,2 mq; - 3 yaşdan 4 yaşa qədər – 0,25 mq; - 5 yaşdan 6 yaşa qədər – 0,3 mq; - 7 yaşdan 9 yaşa qədər – 0,4 mq; - 10 yaşdan 14 yaşa qədər – 0,5 mq. Böyüklər üçün dəri altına təyin olunan yüksək dozalar: birdəfəlik – 1 mq, sutkalıq – 3 mq. Yaşlı pasiyentlərə atropin sulfat preparatını ehtiyatla təyin etmək lazımdır. Uşaqlar: Həyatlarının ilk 3 ayını yaşayan uşaqlar atropinə qarşı daha həssasdırlar. Uşaqlar üçün preparatı, “İstifadə qaydası və dozası“ bölməsində göstərildiyi kimi istifadə etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00142

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce