Təsiredici maddə: 1000,0 çaqa.
Befungin xroniki qastrit, mədə -bağırsaq traktının atonik diskineziyası, mədənin xora xəstəliyi zamanı əsasən simptomatik maddə, eləcə də, onkoloji xəstəliklər zamanı simptomatik maddə kimi istifadə edilir.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, 18 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür (xüsusi tədqiqatların olmaması ilə əlaqədar).
Nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən, ehtiyatlı olmaq vacibdir.
Preparat yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır, 3 çay qaşığı preparat 150 ml isti qaynanmış suda həll edilir. 1 xörək qaşığı gündə 3 dəfə 3-5 ay müddətində qəbul edilir. Ehtiyac olduqda, 7-10 günlük fasilə ilə təkrar müalicə aparılır.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-05203 |