Sevimlilərə əlavə edin
Paylaşın

Berodual-N 20/50 Mkq 10 ml Sprey

Məhsul Kodu : 111-02106
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
16,40 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BERODUAL®N, inhalyasiya üçün aerosol

Berodual N tərkibi

  Təsiredici maddə:   1 dozanın (1 püskürtmə) tərkibində 21mkq ipratropium bromid monohidrat (20 mkq ipratropium bromidə müvafiqdir), 50 mkq fenoterol hidrobromid vardır. Köməkçi maddələr: susuz limon turşusu, distillə suyu, etanol, azot (təsirsiz qaz). Propellent: 1,1,1,2-Tetraftoroetan (HFA 134a).

İstifadəsinə göstərişlər:

  BERODUAL®N bir bronxodilatator olub, geri dönən məhdud hava cərəyanlı bronxial astma və emfizema ilə müşayiət olunan və yaxud onsuz gedən xroniki bronxit kimi ağciyərin xroniki obstruktiv xəstəlikləri (AXOX) simptomlarının profilaktikası və müalicəsində istifadə olunur.  Bronxial astma və steroid terapiyaya cavab reaksiyası verən ağciyərin xronik obstruktiv xəstəlikləri olanlarda yanaşı olaraq iltihabəleyhinə terapiya da nəzərdə tutulmalıdır. 

Əks göstərişlər:

 BERODUAL®N preparatının Fenoterol hidrobromid və yaxud atropinə bənzər maddələrə qarşı, eləcə də, məhsulun hər hansı bir inqrediyentinə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir. BERODUAL®N preparatının, eləcə də, hipertrofik obstruktiv kardiomiopatiyası və taxiaritmiyası olan xəstələrdə istifadəsi əks göstərişdir. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preklinik məlumtlar, Fenoterol və yaxud Ipratropium preparatlarının hamiləlik müddətində əlavə təsirlərə səbəb olmamasını göstərdi. Bununla belə, dərmanların hamiləlik zamanı istifadəsi ilə əlaqəli adəti ehtiyat tədbirləri, xüsusilə də, birinci trimestrdə gözlənilməlidir.   Fenoterolun uşaqlığın yığılmasına tormozlayıcı təsiri nəzərdə saxlanmalıdır.    Qeyri-klinik tədqiqatlar göstərdi ki, Fenoterol hidrobromid ana südü ilə ekskresiya olunur. Ipratropiumun insanlarda ana südü ilə ekskresiya olunub-olunmaması məlum deyil. Amma inhalyasiya nəticəsində Ipratropiumun körpəyə çox həcmdə keçməsi arzuolunan deyil. Beləliklə, BERODUAL®N preparatını körpəsini əmizdirən analarda ehtiyatla istifadə etmək lazımdır.  Nəsil artımına təsiri Nəsil artımına təsiri ilə bağlı nə İpratropium bromid və nə də Fenoterol hidrobromidin  təsiri haqda bu preparatların kombinasiyası və ya ayrı-ayrılıqda klinik məlumatlar yoxdur.   İpratropium bromid və Fenoterol hidrobromidin fərdi komponentləri ilə aparılmış qeyri-klinik tədqiqatlar əlavə təsirlərin olmamasını göstərdi (“Toksikologiyası” bölməsinə baxın). 

Berodual N istifadə qaydası, dozası

 BERODUAL® N inhalyasiya üçün aerosol. Dozalar tələbata müvafiq olaraq fərdi qaydada tənzimlənməlidir. Böyüklər və >6 yaşda uşaqlara aşağıdakı dozalar məsləhət görülür. Kəskin astma halları Bir çox hallarda simptomların tez yüngülləşdirilməsi üçün 1 püskürtmə kifayət edir. Bir çox kəskin hallarda, əgər tənəffüs 5 dəqiqədən sonra nəzərəçarpan dərəcədə yaxşılaşma müşahidə olunmazsa, bir əlavə püskürtmə də etmək olar.  Əgər 2 püskürtmədən sonra  hələ də yüngülləşmə müşahidə olunmursa, əlavə püskürtmələrə ehtiyac ola bilər.  Belə hallarda xəstəyə məsləhət görülməlidir ki, həkimlə məsləhətləşsin, yaxud dərhal yaxınlıqdakı xəstəxanaya müraciət etsin.   Fasilələrlə və uzunmüddətli müalicəyə (astma halında BERODUAL® N inhalyasiya üçün aerozol) ehtiyac varsa, istifadə olunmalıdır.   Gündə hər dəfə 1 püskürtmə olmaqla maksimum 4 püskürtmə. Ümumi gündəlik doza 6 püskürtmədən çox olmamalıdır.  Uşaqlarda BERODUAL® N inhalyasiya üçün aerozol ancaq tibbi məsləhətə görə və böyüklərin nəzarəti altında həyata keçirilməlidir. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02106

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce