Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 107 KƏV-dən az olmamaqla, canlı bifidobacterium bifidum bifidobakteriyaları vardır.
Uşaqlarda və böyüklərdə müxtəlif etiologiyalı disbakteriozların müalicəsi və profilaktikası. Uşaqlarda (o cümlədən, vaxtından əvvəl doğulmuş uşaqlarda) preparatı həyatlarının ilk günlərindən istifadə etmək olar. Mədə-bağırsaq traktı xəstəlikləri zamanı, preparat aşağıda göstərilən hallarda istifadə olunur:
- qeyri-müəyyən etiologiyalı uzunmüddətli bağırsaq disfunksiyalarının müalicəsi üçün;
- kəskin bağırsaq infeksiyalarının (kəskin dizenteriyanın, salmonellyozun, eşerixiozun, virus mənşəli diareyaların və oxşar vəziyyətlərin kompleks müalicəsi), stafilokokk etiologiyalı uzunmüddətli bağırsaq disfunksiyalarının və həmçinin, uzunmüddətli bağırsaq disfunksiyaları zamanı kəskin bağırsaq infeksiyalarından sonra rekonvalessentlərin müalicəsi üçün;
- pnevmoniyadan, sepsisdən və digər irinli-infeksion xəstəliklərdən əziyyət çəkən uşaqların (o cümlədən, yenidoğulmuşların və vaxtından əvvəl doğulmuşların) kompleks müalicəsində, onlarda bağırsaq pozğunluqlarının profilaktikası və ya aradan qaldırılması üçün və xoralı-nekrotik enterokolitin inkişaf etməsinin qarşısının alınması üçün;
- ağır premorbid vəziyyətdə olan, vaxtından əvvəl doğulan və ya yarımçıqlıq əlamətləri qeyd olunan, erkən neonatal dövrdə antibiotiklərdən istifadə edən uşaqlarda disbakteriozların müalicəsi və profilaktikası üçün; ağır dərəcəli toksikozlardan, ekstragenital xəstəliklərdən əziyyət çəkən, doğuş zamanı uzunmüddətli susuzluq dövrü keçirən və ya digər patologiya qeyd olunan anaların dünyaya gətirdiyi uşaqlarda; analarında laktostaz, döş giləsi çatları qeyd olunan və mastitdən sağaldıqdan sonra ana südü ilə qidalanmanı bərpa edən uşaqlarda; anemiya, hipotrofiya, raxit, diatez və allergiyanın digər təzahürləri müşahidə olunan həddindən artıq zəif uşaqlarda; göyöskürək xəstəliyi zamanı – xüsusilə, bağırsaq funksiyalarının hər-hansı pozğunluqları qeyd olunduqda;
- südəmər uşaqlar süni qidalanmaya və ya donor südü ilə qidalanmaya erkən keçirildikdə;
- böyük yaşlı uşaqlarda və böyüklərdə bifidofloranın çatışmazlığı və ya olmaması ilə müşayiət olunan mikroflora pozğunluqları fonunda inkişaf edən yoğun və nazik bağırsağın kəskin və xroniki iltihabi xəstəliklərinin (kolitlər, enterokolitlər) müalicəsi üçün;
- uzunmüddətli antibakterial, hormonal, şüa və digər müalicə növünün aparılması ilə əlaqəli meydana çıxan bağırsaq disbakteriozu nəticəsində bağırsaq disfunksiyaları, stress vəziyyətlərinin keçirilməsi və ekstremal şərait zamanı və həmçinin, həmin şəxslərdə disbakteriozun profilaktikası məqsədi ilə. Mama-ginekoloji təcrübədə preparat aşağıda göstərilən hallarda istifadə olunur:
- doğum evlərində ağır epidemioloji vəziyyət olduqda, mastitin profilaktikası məqsədi ilə, “risk” qrupuna daxil olan süd verən anaların (içəri batmış yastı döş giləsi, döş giləsinin ereksiyasının aşağı düşməsi, döş giləsi çatları qeyd olunan qadınlar) süd vəzilərinin yerli işlənməsi;
- “risk” qrupuna daxil olan qadınlarda vaginal sekret təmizliyinin III-IV dərəcəli pozğunluğu;
- stafilokokkların və bağırsaq çubuqlarının (monoflorada və ya assosiasiyalarda) törətdikləri bakterial kolpitlər və həmçinin, hormonal mənşəli senil kolpitlər zamanı.
Preparatın tərkibində saxarozanın olmasını nəzərə alaraq, fruktozaya qarşı anadangəlmə dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaroza-izomaltaza çatışmazlığı kimi irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərə preparatı təyin etmək olmaz. Preparatın tərkibində laktozanın olmasını nəzərə alaraq, laktozaya qarşı anadangəlmə dözümsüzlük, laktaza çatışmazlığı, malabsorbsiya sindromu kimi irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərə preparatı təyin etmək olmaz.
Bifidobakteriyalar normal insan mikroflorasının tərkibinə daxildilər və bu səbəbdən, onların əsasında hazırlanmış preparatları hamiləlik və laktasiya dövründə istifadə etmək olar. Preparat kişi və qadın fertilliyinə heç bir təsir göstərmir.
Preparat, xüsusi diqqət və sürətli reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə (nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə) məşğul olmaq qabiliyyətinə təsir göstərmir.
Bağırsaq xəstəlikləri zamanı bifidumbakterin daxilə, mama-ginekoloji təcrübədə isə yerli (intravaginal) istifadə olunur. Mədə-bağırsaq xəstəliklərinin müalicəsi və profilaktikası Flakonun möhtəviyyatını otaq temperaturunda olan qaynadılmış suda, preparatın 1 dozasına 5 ml (çay qaşığı) su hesabı ilə həll etmək lazımdır. Preparatın həll olunması aşağıda göstərilən qaydada həyata keçirilməlidir: stəkana tələb olunan miqdar su tökmək (flakonun üzərində qeyd olunan dozaların miqdarına müvafiq), qapağı və tığacı çıxarıb flakonu açmaq, stəkanda olan suyun bir qədərini flakona keçirmək, həll olunduqdan sonra (preparat 5 dəqiqədən çox olmamaqla, qeyri-şəffaf homogen asılqanın əmələ gəlməsi ilə həll olunur) flakonun möhtəviyyatını həmin stəkana qaytarmaq və qarışdırmaq lazımdır. Göstərilən qayda ilə həll olunmuş preparatın bir çay qaşığında 1 doza vardır. Həll olunmuş preparatı saxlamaq olmaz. Preparatın tələb olunan dozasını (müvafiq olaraq, çay qaşıqları ilə) yeməkdən 20-30 dəqiqə əvvəl və ya qida qəbulundan 1-1,5 saat sonra qəbul etmək lazımdır. Südəmər körpələrə preparatı, qidalanmadan bilavasitə əvvəl içirtmək olar. Bağırsaq xəstəliklərində: uşaqların həyatlarının birinci yarımilliyində preparatı gündə 2 dəfə hər qəbulda 5 doza, ikinci yarımillikdə və daha böyük uşaqlara gündə 3 dəfə 5 doza təyin etmək lazımdır. “Risk” qrupundan olan yenidoğulmuşlarda preparatın istifadəsini, doğum şöbəsində həyatlarının ilk günündən başlayaraq oradan buraxılana qədər sutkada 2 dəfə hər qəbulda 2,5 doza təyin etmək məqsədəuyğundur. Sepsisdən, pnevmoniyadan və digər irinli-infeksion xəstəliklərdən əziyyət çəkən uşaqlara preparatı, əsas xəstəliyin müalicəsi üçün ümumi qəbul olunan müalicə üsulları ilə kompleks şəkildə gündə 3 dəfə 5 doza təyin etmək lazımdır. Göstərilən qrup uşaqlarda mədə-bağırsaq traktı funksiyalarının pozğunluqları və xoralı-nekrotik enterokolit təhlükəsi meydana çıxdıqda, bifidumbakterinin dozalanmasını sutkada 20 dozaya qədər artırmaq lazımdır. 3 yaşdan yuxarı uşaqlarda və böyüklərdə nazik və yoğun bağırsağın kəskin və xroniki iltihabi xəstəlikləri zamanı preparatı gündə 2-3 dəfə 5 doza qəbul etmək tövsiyə olunur. Ağır dərəcəli xəstəlik qeyd olunduqda, dozanı 2 dəfə artırmaq olar. Bifidumbakterinin istifadəsi ilə aparılan müalicənin davametmə müddəti, xəstəliyin klinik təzahürlərinin ağırlıq dərəcəsi və pasiyentin yaşı əsasında müəyyən olunur və 2-4 həftə təşkil edir, bəzi hallarda isə 3 aya qədər davam etdirilə bilər. Profilaktika məqsədi ilə preparat, 1-2 həftə müddətində gündə 1-2 dəfə 5 doza təyin olunur.
Mama-ginekoloji təcrübədə istifadəsi Zahı qadınların döş giləsinin və areol nahiyəsinin işlənməsi üçün, bir flakonun (5 doza) möhtəviyyatını bir qədər soyuq qaynadılmış suda həll etmək, 2 steril tampona hopdurmaq və 5 gün müddətində, hər qidalanmadan 20-30 dəqiqə əvvəl həmin tamponları döş giləsinin və areolun üzərinə yerləşdirmək lazımdır. Preparatla hopdurulmuş tamponu süd vəzilərinin üzərində qidalanma başalyana qədər saxlamaq lazımdır. Qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri zamanı və “risk qrupuna” daxil olan hamilə qadınların doğuşdan əvvəlki hazırlığı aparıldıqda, vaginal sekretin təmizliyinin I-II dərəcəyə qədər bərpa olunmasına və xəstəliyin klinik simptomlarının aradan qaldırılmasına nəzarət aparmaqla, bifidumbakterini 5-8 gün müddətində gündə 1 dəfə 5-10 doza təyin etmək lazımdır. İntravaginal yolla (uşaqlıq yoluna) yeritmək üçün bifidumbakterini yuxarıda göstərilən qaydada həll etmək lazımdır. Preparatın əldə olunmuş asılqanını steril tampona hopdurmaq və tamponu sıxmadan, uşaqlıq yoluna yeritmək və orada 2-3 saat saxlamaq lazımdır. Zərurət yarandıqda, bifidumbakterinin istifadəsi ilə müalicə kursunu yenidən təkrar etmək olar.