Sevimlilərə əlavə edin
Paylaşın

Bisakodil 10MG N10 Sam (Ukr)

Məhsul Kodu : 111-25610
İstehsalçı ölkə : Latviya
0 Şərh Şərh
1,56 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

BİSAKODİL, rektal şamlar (suppozitoriyalar)

BİSAKODİL tərkibi

Təsiredici maddə: 1 şamın tərkibində 0,01 q (10 mq) bisakodil vardır.

İstifadəsinə göstərişlər

Qəbizliyin qısamüddətli simptomatik müalicəsi, eləcə də, yataq xəstələrində və yaşlı xəstələrdə adət halını almış qəbizlik və xroniki qəbizlik daxil olmaqla; diaqnostik prosedurlardan,, cərrahiyyə və doğuş əməliyyatlarından öncə, eləcə də əməliyyatlardan əvvəlki və sonrakı dövr.

Əks göstərişlər

Əsas təsiredici maddə olan bisakodilə və preparatın digər inqrediyentlərinə qarşı yüksək həssaslıq hallarında preparatın istifadəsi əks göstərişdir. Bağırsaq keçməzliyi. Appendisit və bağırsaqların kəskin iltihabi xəstəlikləri də daxil olmaqla qarın boşluğu orqanlarının kəskin xəstəlikləri. Qarında ürəkbulanma və qusma ilə müşayiət olunan güclü ağrılar müşahidə edilə bilər ki, bunlar da yuxarıda qeyd edilən ağır vəziyyətlərin yaranmasından xəbər verir.

Ağır dehidratasiya. Selikli qişanın zədələnməsi ilə müşayiət olunan anal çatlar və ya yaralı prokt it zamanı istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ana üçün gözlənilən fayda körpə üçün potensial riski üstələdiyi hallar istisna olmaqla, bisakodilin hamiləlik zamanı, xüsusilə hamiləliyin ilk trimester ində istifadəsi tövsiyə olunmur. Preparatın istifadəsi yalnız həkim məsləhətindən sonra mümkündür. Hamilə qadınlar üzərində kifayət qədər nəzarətli klinik tədqiqatlar həyata keçirilməmişdir. Dərman vasitəsinin uzunmüddətli istifadəsi təcrübəsinə əsasən hamiləlik zamanı preparatın zərərli və ya mənfi təsirləri aşkar edilməmişdir.

Ana üçün gözlənilən fayda körpə üçün potensial riski üstələdiyi hallar istisna olmaqla, bisakodilin laktasiya dövrü istifadəsi tövsiyə olunmur; preparatın istifadəsi yalnız həkim məsləhətindən sonra mümkündür. Bisakodilin ana südünün tərkibinə daxil olmasına dair məlumatlar yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bisakodilin nəq liyyat vasitələrini idarə etmə və digər təhlükəli mexanizmlərlə məşğul olma qabiliyyətinə təsirinə dair araşdırmalar aparılmamışdır. Buna baxmayaraq, başgicəllənmə və / və ya bayılma ehtimalı səbəbindən pasiyentlər nəqliyyat vasitələrini idarə etməkdən və digər mexanizmlərlə məşğul olmaqdan çəkinmələrinə dair məlumatlandırılmalıdırlar.

BİSAKODİL istifadə qaydası və dozası

Preparat rektal olaraq istifadə üçün nəzərdə tutulmuşdur. Suppozitoriya stripdən çıxarılmalı və istifadə edilməlidir. Bisakodil yalnız böyüklərdə müalicə məqsədilə istifadə üçündür: 1 suppozitoriya gün ərzində bir dəfə, adətən səhərlər istifadə edilir. Müalicə kursu 7 gündən artıq davam etməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25610

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce