Sevimlilərə əlavə edin
Paylaşın

Bromunel 10/5MG N30 Cap

Məhsul Kodu : 111-25624
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
19,28 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BROMUNEL, 10 mq/5 mq kapsullar

BROMUNEL tərkibi

Təsiredici maddə: 1 kapsulda 10 mq montelukast (10,40 mq montelukast natriuma ekvivalent) və 5 mq levosetirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Bromunel allergik rinit və allergik rinitlə müşayiət olunan astmanın müalicəsi və simptomlarının yüngülləşdirilməsi üçün istifadə olunur.

Əks göstərişlər

Bromunelin tərkibindəki hər hansı bir komponentə və ya piperazin törəmələri olan kimyəvi maddələrə qarşı yüksək həssaslıq, kreatinin klirensinin 10ml/ dəq-dən aşağı olması, ciddi böyrək çatışmazlığı, ciddi qaraciyər çatışmazlığı, laktasiya dövrü, bəzi şəkər törəmələrinə qarşı dözümsüzlük.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bromunelin hamiləlik zamanı istifadəsi ilə bağlı kifayət qədər məlumat mövcud deyil. Heyvanlar üzərində aparılan təcrübələr, hamiləlik və ya embrional, fetal inkişaf, doğuş və doğuş sonrası inkişaf mərhələsində təsir baxımından qeyri-kafidir. İnsanlarada yarana biləcək potensial risk öyrənilməmişdir. Heyvanlar üzərində aparılan təcrübələr hər zaman insanlarda yaranabiləcək nəticənin bir göstəricisi olmadığından Bromunelin hamiləlik dövründə istifadə edilib edilməyəcəyinə həkiminiz qərar verəcək.

Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Bromunel laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müqayisəli klinik tədqiqatlarda Bromunelin tərkibindəki levosetirizinin verilmiş dozalarda qəbulu zamanı nəqliyyat vasitələrindən istifadə qabiliyyətinə mənfi təsir aşkar edilməmişdir. Ancaq, levosetirizin istifadə edən bəzi xəstələrdə yuxululuq, yorğunluq və astenik hallar yarana bilər. Bu səbəbdən, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən, pasiyentlər tövsiyə edilən doza həddini aşmamalı və dərmana verdikləri reaksiyanı nəzərə almalıdırlar.

BROMUNEL istifadə qaydası və dozası

Bronxial astmanın müalicəsi: gündə bir dəfə bir kapsul daxilə qəbul edilir. Axşamlar qəbul edilməsi məsləhət görülür. Mövsümi allergik rinit: gündə bir dəfə bir kapsul. Axşamlar qəbul edilməsi məsləhət görülür.

İstifadə müddəti şikayətlərin növündən, müddətindən və tezliyindən asılıdır. Mövsümi allergik rinit üçün 3-6 həftə; qısamüddətli tozcuqlara məruz qalma vəziyyətində isə bir həftəlik müalicə kursu yetərlidir. Bromunel müəyyən miqdarda su ilə birlikdə və bölünmədən qəbul edilməlidir. Bromunel acqarına və ya toxqarnına qəbul edilə bilər.

Tək bronxodilatator istifadə etməklə kifayət qədər nəzarət altına alına bilinməyən xəstələrin müalicə rejiminə Bromunel əlavə oluna bilər. Klinik cavab alındıqda (ümumiyyətlə ilk dozadan sonra) xəstənin bronxodilatator müalicəsi öyrəşə bildiyi qədər azaldıla bilər. İnhalyasion kortikosteroidlə müalicə edilən xəstələrdə Bromunel müalicəsi əlavə klinik fayda əldə edilməsini təmin edir. Kortikosteroidin dozası nisbətən azaldıla bilər.

Doza, tibbi yoxlama altında pilləli şəkildə azaldılmalıdır. Bəzi xəstələrdə, inhalyasion kortikosteroidin dozası yavaşyavaş azaldılmaqla, tamamilə kəsilə bilər. Bu tip xəstələrdə inhalyasion kortikosteroidin əvəzinə dərhal Bromunel ilə müalicəyə başlanmamalıdır. Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın korreksiyya edilməsinə ehtiyac yoxdur, ancaq ciddi qaraciyər çatışmazlığı varsa, Bromunel-u istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Qeyd Bromunel qəbul etməyi unutmusunuzsa, unudulan dozanı bərpa etmək məqsədilə 2 kapsulu birdən qəbul etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25624

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce