Bitib
Stokda olanda mənə xəbər verin.DAKTAZOL ORAL GEL Kosmetik vasitənin istifadəsi üzrə təlimat vərəqəsi Maltodekstrin, sarağan ekstraktı, şirin biyan kökü ekstraktı, murdarçayabənzər çaytikanı ekstraktı, hialuron natrium, xlorheksidin biqlükonat Köməkçi maddələr: Aloe barbadensis ekstraktı, kalium sorbat, natrium benzoat, qliserin, akrilatlar /C 10-30 alkil akrilat çarpaz polimer, PEG-40 hidrogenləşdirilmiş gənəgərçək yağı, natrium saxarin, aromatizator, PVP, su. DAKTAZOL oral gel ağız boşluğunun selikli qişasının gigiyenasını qorumaq, diskomfort və qıcıqlanma hissini azaltmaq, selikli qişanın bərpasına kömək etmək məqsədilə hazırlanmış bitki mənşəli kosmetik vasitədir. Gel selikli qişa üzərində nazik qoruyucu təbəqə əmələ gətirərək mexaniki, termiki və kimyəvi qıcıqlandırıcı amillərin təsirini azaldır, ağızda xoş rahatlıq hissi yaradır.
Ağız boşluğunda yaranan diskomfort hissini azaldır • Səthdə qoruyucu təbəqə yaradaraq qıcıqlandırıcı amillərdən müdafiə edir
Fərdi komponentlərə qarşı həssaslıq hallarında istifadə dayandırılmalıdır.
Təmiz barmaq və ya steril pambıq çubuq vasitəsilə az miqdarda gel ağız boşluğuna çəkilir. Tətbiqdən sonra geli 2-3 dəqiqə ərzində ağızdan xaric etməmək və ağızı yaxalamamaq tövsiyə olunur. Gündə 3-4 dəfə, ehtiyac olduqda daha tez-tez istifadə edilə bilər.