Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Denk-Eyr 5 mq N28 tablet

Məhsul Kodu : 111-25558
İstehsalçı ölkə: Almaniya
20,05 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Denk-Eyr Cunior, 5 mq çeynəmə tabletlər 

Denk-Eyr Cunior tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində 5 mq montelukast (montelukast natrium şəklində) vardır. 

Əks göstərişlər 

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik  
Hamiləlik kateqoriyası: B  
Heyvan üzərində aparılan  tədqiqatlar hamiləlik / embrion / fetal inkişafa zərərli təsir göstərmir. 
Mövcud məhdud məlumatlar hamiləlik dövründə yaranan malformasiyaların (məsələn, hər hansı 
üzv qüsuru) montelukast istifadəsi ilə əlaqəli olmadığını göstərir. 
Denk-Eyr, yalnız mütləq göstəriş olduğu təqdirdə istifadə oluna bilər. 
Laktasiya dövründə istifadəsi 
Siçanlar üzərində aparılan təcrübələr əsasında montelukastın südlə xaric olduğu müəyyən 
edilmişdir.  İnsan südü ilə xaric olması haqqında məlumat yoxdur. 
Denk-Eyr, yalnız mütləq zərurət yaranarsa laktasiya dövründə istifadə edilə bilər.

İstifadə qaydası və dozası 

Bu preparatı həmişə həkimin və ya əczaçının tövsiyə etdiyi kimi qəbul edin. Əmin olmadıqda, 
həkimin və ya əczaçıdan soruşun. 
Uşaqlarda və ya böyüklərdə Denk-Eyr Cunior 5 mq həkiminizin təyin etdiyi kimi gündə bir dəfə 
yalnız bir tablet qəbul edilməlidir. Əlavə simptomlar olmasa belə, preparatın istifadəsi davam 
etdirilməlidir.  Kəskin astma tutması halında müalicəni dayandırmayın. 
6 yaşdan 14 yaşa kimi uşaqlarda 
Gündə 1 dəfə 5 mq çeynəmə tablet axşam qəbul edilməlidir. Denk-Eyr Cunior 5 mq qəbul etdikdə, onunla eyni tərkibdə təsiredici maddə - montelukast olan hər hansı digər dərman qəbul 
edilməməlidir. Bu preparat yalnız oral istifadəyə uyğundur.  Tabletləri udmazdan əvvəl çeynəmək 
lazımdır.  Denk-Eyr Cunior 5 mq çeynəmə tabletlər qida ilə qəbul edilməməlidir. Çeynəmə tabletlər qida qəbulundan ən azı 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.  
Denk-Eyr Cunior 5 mq qəbul etməyi unutduqda  
Denk-Eyr Cunior 5 mq-ı təyin edildiyi kimi qəbul edin.  Preparatın hər hansı dozasının  qəbulu 
unudulduqda həmişəki  kimi gündə bir tabletlə davam edin. Unudulmuş dozanı əvəz etmək üçün 
ikiqat doza qəbul etməyin.  
Pasiyent Denk-Eyr Cunior 5 mq preparatını qəbul etməyi dayandırarsa 
Astma  Denk-Eyr Cunior 5 mq-ın qəbulu davam edərsə müalicə edilə bilər. Denk-Eyr Cunior 5 mq qəbulunun həkiminizin təyin etdiyi müddətdə davam etdirilməsi vacibdir. Bu, astma xəstəliyinə 
nəzarət etməyə kömək edəcək. 
Preparatın istifadəsi ilə bağlı əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək 
lazımdır.

Prepared by  T-Soft E-Commerce.