Sevimlilərə əlavə edin
Paylaşın

Dentinoks H 10 Qr Gel

Məhsul Kodu : 111-01086
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
8,72 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

DENTİNOKS Gel, uşaqlarda dişlərin çıxması zamanı ağız boşluğunda istifadə üçün gel. 

Dentinoks Gel tərkibi

 Təsiredici maddələr: 10 q gelin tərkibində 1500 mq çobanyastığı çiçəklərinin tinkturası, 34 mq  lidokain hidroxlorid  monohidrat, 32 mq polidokanol 600 vardır.  Köməkçi maddələr:    sorbitol, ksilitol, propilenqlikol, karbomer (974 P), natrium hidroksidin  10%-li məhlulu, polisorbat 20, natrium edetat, natrium saxarin, levomentol,  təmizlənmiş su.  Preparatın tərkibində şəkər, konservant yoxdur. 

İstifadəsinə göstərişlər:

 Dentinoks-gel N aşağıdakı hallarda ağız boşluğunda istifadə olunur: Ənənəvi olaraq ilk dişlərin çıxması zamanı yüngül təsiredici dərman vasitəsi kimi, ağrıların qısamüddətli yüngülləşdirilməsi üçün istifadə olunur. 

Əks göstərişlər:

 Aşağıdakı hallarda Dentinoks-gel N preparatını istifadə etmək olmaz: çobanyastığı çiçəklərinə, digər mürəkkəbçiçəklilərə, lidokain h/x-ə və ya oxşar yerli ağrıkəsici vasitələrə və ya dərman vasitəsinin digər təsiredici maddələrinə və ya digər komponentlərinə qarşı yüksək həssaslıq, həmçinin fruktozaya qarşı dözümsüzlük (fruktozaya qarşı anadangəlmə dözümsüzlük). 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Bu dərman vasitəsi müstəsna olaraq uşaqlarda dişlərin ilk çıxışı zamanı ağrını yüngülləşdirmək məqsədi ilə istifadə olunduğu üçün, onun hamiləlik və laktasiya dövründə istifadəsinə dair məlumat yoxdur. 

Dentinoks Gel istifadə qaydası, dozası

 Dentinoks-gel N preparatını həmişə dəqiq olaraq içlik-vərəqədəki göstərişlərə müvafiq olaraq istifadə edin. Əgər nəyəsə əmin deyilsinizsə, həkimlə dəqiqləşdirin.  Əgər digər təyinat yoxdursa, dişlərin çıxması zamanı baş verən ağrılarda istifadə olunur.  Dentinoks-gel N preparatından 1 damcını (noxud böyüklükdə)  təmiz barmaqla və ya təmiz pambıq çubuqla dişin çıxdığı yerdə diş ətinin iltihablaşmış yerinə yaxın və yüngülcə sürtün. Proseduru gündə 23 dəfə, xüsusilə yeməkdən sonra və yatmazdan qabaq təkrar edin. Lazım gələrsə, preparatı süd dişlərinin bütün çıxma dövründə, sonra isə köklü dişlərin çıxması dövründə istifadə etmək olar.  Gelin gözə düşməsinə yol verməyin! Əgər Siz lazım olduğundan artıq miqdarda Dentinoks-gel N preparatı yaxmısınızsa, əlavə təsirlər daha böyük intensivliklə meydana çıxa bilər (bax: «Əlavə təsirləri»). Əgər bu baş verərsə, Dentinoks-gel N preparatının istifadəsini dayandırın və həkimə müraciət edin.  Əgər Dentinoks-gel N preparatından istifadə etməyi unutmusunuzsa Əgər Siz onun bir dəfə istifadəsini buraxmısınızsa, geli ikiqat dozada istifadə etməyin. Dərman preparatının istifadəsinə dair əlavə suallarınız yaranarsa, həkimlə məsləhətləşin.   Dentinoks-gel N preparatının qida məhsulları və içkilərlə birlikdə istifadəsi  Hər hansı xüsusi göstərişlərə ehtiyac yoxdur. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01086

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce