Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Desduo 5/10 N90 tablet

Məhsul Kodu : 111-26164
İstehsalçı ölkə: Türkiye
28,80 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Desduo, 5/10 örtüklü tabletlər  

Desduo tərkibi

Təsiredici maddə:    1 tabletin tərkibində 10 mq montelukasta ekvivalent 10,40 mq montelukast natrium  duzu, 5 mq dezloratadin vardır. 

Əks-göstərişlər  

Əgər,  
Dərmanın tərkibindəki maddələrdən hər hansı  birinə qarşı allergiyanız varsa, 
Ciddi qaraciyər çatışmazlığınız  varsa, bu dərmanı istifadə etməyin. 
Fenilketonuriya.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləlik  
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. 
DESDUO-nun hamilə qadınlarda istifadəsi məsləhət deyil. 
Müalicə sırasında hamilə olduğunuzu hiss etsəniz tez bir zamanda həkiminizə müraciət edin.. 
Laktasiya 
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. 
Əgər süd verirsinizsə həkiminizə məlumat verin. Süd verən qadınların  DESDUO istifadə etməsi 
məsləhət deyil. 

İstifadə qaydası və dozası 

Tövsiyə edilən doza  15 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 1tabletdir (5 mq dezloratadin və 10 mq montelukast).   
Əmin olmasanız həkiminizlə məsləhətləşin. 
DESDUO -nu axşamlar qəbul etmək məsləhətdir. 
Müalicə müddəti haqda həkiminiz sizə sizdəki allergik rinitin tipini  müəyyənləşdirdikdən sonra 
DESDUO-nu nə qədər müddətə qəbul etməniz haqda məlumat verəcəkdir. 
Əgər sizdə ağac tozu, ev tozuna qarşı allergiya və.s (allergik rinit) aralıqlı tip (intermittəedici) 
(simptomların  həftədə 4 gündən daha az ya da 4 həftədən daha qısa müddətdə olması) varsa, həkiminiz xəstəlik anamnezini dəyərləndirəcək və sizə bu istiqamətdə bir müalicə proqramı tövsiyə edəcəkdir. 
Əgər sizdə ağac tozu, ev tozuna qarşı allergiya və.s (allergik rinit) davamlı tip(persistəedici) 
(simptomların həftədə 4 gün və daha çox və ya 4 həftədən daha uzun müddətli olması) varsa, həkiminiz sizə daha uzun müddətli  bir müalicə proqramı tövsiyə edə bilər. DESDUO  ağızdan bir miqdar su ilə qəbul edilir. DESDUO nun ac  və ya toxqarına qəbulunda hər hansı bir qanunauyğunluq yoxdur.  
Əgər xəstə  DESDUO istifadə edirsə,eyni tərkibli maddə olan  Montelukast və ya Dezloratadin tərkibli başqa bir dərman qəbul etməməlidir.  

Böyrək və qaraciyər çatışmazlığı 
Dezloratadin 
Ağır dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Qaraciyər 
çatışmazlığı olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur. 
Montelukast 
Böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Ağır dərəcəli qaraciyər 
çatışmazlığı olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur. 

Prepared by  T-Soft E-Commerce.