Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DESLORADIN 0,5MG 150ML SRP

Məhsul Kodu : 111-21279
7,56 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DESLORADİN, 2,5 mq / 5 ml daxilə qəbul üçün şərbət

DESLORADİN tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 2,5 mq dezloratadin vardır.

İstifadəsinə göstərişlər

Dezloradin yuxugətirici təsirə malik olmayan allergiyaəleyhinə preparatdır. O, allergi k reaksiyalara və onların simptomlarına nəzarət etməyə kömək edir. Dezloradin allergik rinitlərin asqırma, burun axması, qaşınma, ödem və bur un tutulması, damağın qaşınması, həmçinin gözlərin qaşınması, qızarması və sulanması kimi simptomları aradan qaldırır. Dezloradin həmçinin dəridə övrə ilə bağlı qaşınm anı, ödem və qızartı kimi simptomları aradan qaldırmaq üçün istifadə olunur.

Bu simptomların yaxşılaşması bütün gün boyu davam edir və sizin gündəlik fəaliyyətinizin və yuxunuzun normal olmasına kömək edir.

Əks göstərişlər

- Dezloratadinə, loratadin ə və ya xüsusilə “günəş qürubu” sarısı E110 kimi, komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). - 1 yaşa qədər uşaqlarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı hamiləlik zamanı və laktasiya dövründə istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dezloradin tövsiyə olunan dozalarda yuxuyameyillilik yaratmır və diqqətin yayınmasına səbəb olmur. Lakin, Dezloradin çox nadir hallarda olsa da, bəzi pasiyentlərdə yuxuya meyllik törədə bilər. Bu vəziyyət sürücülük qabiliyyətinə və maşınlardan istifadəyə mənfi təsir göstərə bilər.

DESLORADİN istifadə qaydası və dozası

Daxilə qəbul edilir 1-5 yaşlı uşaqlar: gündə 1 dəfə 2,5 ml şərbət. 6-11 yaşlı uşaqlar: gündə 1 dəfə 5 ml şərbət. Böyüklər və yeniyetmələr (12 yaşdan yuxarı): gündə 1 dəfə 10 ml şərbət. Şərbəti udmaq və sonra müəyyən qədər su içmək lazımdır.

Dezloradin qida ilə və ya onsuz qəbul edilə bilər. Müalicə edən həkim bilməlidir ki, 2 yaşa qədər rinit əksər hallarda infeksion mənşəli olur və dezloratadinlə infeksion rinitin müalicəsini dəstəkləyən dəlil yoxdur. Müalicə dövründə allergik rinitin tipini müəyyən etməklə, həkiminiz Dezloradini hansı müddətə qəbul etməli olduğunuz barədə qərar verəcəkdir. Əgər sizin allergik rinit fasiləli rinitdirsə (simptomlar ən azı həftədə 4 gün və ya 4 həftədən qısa müddət ərzində davam edir), həkiminiz sizin xəstəlik tarixinizdən asılı olaraq sizə müalicə planı tövsiyə edəcəkdir.

Əgər sizin allergik rinitiniz persistəedici daimi/davamlı tipdirsə (simptomlar həftədə 4 gün və daha çox və ya 4 həftədən artıq müddət ərzində davam edir), həkiminiz sizə uzunmüddətli müalicə tövsiyə edə bilər. Övrə üçün müalicə müddəti pasiyentdən asılı olaraq dəyişkən ola bilər və ona görə də həkimin izin göstərişlərinə əməl etməlisiniz.

Prepared by  T-Soft E-Commerce.