Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır.
Desloradın® allergik rinitlə əlaqədar yaranan asqırma, burun axması və qaşınması, burun tutulması, həmçinin gözlərdə qaşınma, yaş və qızartı, damaqda qaşınma və öskürək kimi simptomların azalması üçün göstərişdir. Desloradın ® həmçinin övrə ilə əlaqədar yaranan qaşınmanın azalması, dəridəki qabarıq və qırmızı suluqların aradan qaldırılması üçün göstərişdir.
Təsiredici maddəyə və ya hər hansı köməkçi maddəyə, yaxud loratadinə qarşı yüksək həssaslıq.
Hamiləlik Dezloratadinin hamilə qadınlarda istifadəsinə dair məhdud sayda məlumat mövcuddur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliklə bağlı birbaşa və dolayı zərərli təsiri göstərməmişdir. İnsanlar üçün potensial risk məlum deyil. Ehtiyac olmadıqda hamiləlik zamanı Desloradın istifadə olunmamalıdır.
Laktasiya dövrü Müalicə alan qadınların ana südü ilə qidalanan yenidoğulmuş körpələrində dezloratadin aşkar olunmuşdur. Dezloratadinin yenidoğulmuşlara təsiri məlum deyil. Ana südü ilə qidalandırmanın uşaq üçün faydası və müalicənin qadın üçün faydasını nəzərə alaraq, ana südü ilə qidalandırmanın dayandırılması və ya dezloratadinlə mülicənin dayandırılması barədə qərar qəbul edilməlidir. Reproduktiv potensialı olan qadınlar/kontrasepsiya Reproduktiv potensalı olan qadınlarda fertilliyə təsir haqqında məlumat mövcud deyil.
Fertillik Qadın və kişilərdə fertilliklə bağlı məlumat mövcud deyil.
Klinik tədqiqatlara əsasən, dezloratadinin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri yoxdur, yaxud çox cüzidir. Müalicə alan şəxslərin çoxunda başgicəllənmə hiss olunmadığı haqqında xəstəyə məlumat verilməlidir. Buna baxmayaraq, bütün dərman vasitələrinə qarşı fərdi reaksiyanın olduğunu nəzərə alaraq, xəstələrə dərman vasitəsinə qarşı reaksiyanı tam anlayana qədər nəqliyyatın və digər mexanizmlərin idarə olunması kimi zehni oyanıqlıq tələb edən fəaliyyətlə məşğul olmamaq tövsiyə olunur.
Peroral istifadə olunur. Qida ilə və qidasız qəbul edilə bilər. Böyüklər və yeniyetmələr (12 yaş və daha yuxarı): Desloradınin tövsiyə olunan dozası 1 tablet (5 mq) gündə bir dəfədir. Keçici allergik rinit zamanı (simptomlar həftədə 4 gündən az və ya 4 həftədən az davam etdikdə) xəstənin anamnezinin qiymətləndirilməsinə əsasən idarə olunmalıdır və simptomlar keçdikdən sonra müalicə dayandırılmalı, yenidən əmələ gəldikdə isə təkrar başlanmalıdır.
Davamlı allergik rinit zamanı (simptomlar həftədə 4 gün və ya daha çox, yaxud 4 həftədən çox davam etdikdə) allergenin təsir müddəti ərzində müalicəni davam etdirmək tövsiyə olunur. Pediatrik populyasiya Dezloratadinin 12-17 yaşlı yeniyetmlərdə istifadəsinin effektivliyinə dair klinik sınaqlar məhduddur. Desloradınin 12 yaşdan aşağı uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumat mövcud deyil.
Xüsusi populyasiya Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumat yoxdur. Böyrək çatışmazlığı Desloradın® kəskin böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır. Pediatrik populyasiya Desloradınin 12 yaşdan aşağı uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumat mövcud deyil.
Dezloratadinin 12-17 yaşlı yeniyetmlərdə istifadəsinin effektivliyinə dair klinik sınaqlar məhduddur. Heriatrik populyasiya Heriatrik populyasiya üzərində aparılan spesifik tədqiqatlar mövcud deyil.