Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DETRAZOL 2MG 50ML MEHLUL

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-15097
İstehsalçı ölkə: Yunanistan
14,21 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DETRAZOL, infuziya üçün məhlul

DETRAZOL tərkibi

Təsiredici maddə: 1ml infuziya üçün məhlulun tərkibində 2mq (2mq/ml) flukonazol vardır. 25 ml flakonda 50 mq; 50 ml flakonda 100 mq; 100 ml flakonda 200 mq; 200 ml flakonda 400 mq flukonazol vardır.

İstifadəsinə göstərişlər

- İnvaziv kandidoz - Kandidomikoz - Yetkin insanlarda kriptokokk meningiti - Selikli qişaların kandidozu (orofarinqeal kandidoz, qida borusu kandidozu, kandiduriya və xronik mukokutan kandidoz) - İmmun sistemin zəifləməsi nəticəsində (vərəm, onkoloji xəstəliklərin kompleks müalicəsi, şəkərli diabet və s.) selikli qişaların kandidozu - Yerli müalicə gözlənilən nəticəni verməzsə, xronik oral atrofik kandidoz.

Əks göstərişlər

- Flukonazola və ya preparatın tərkibindəki köməkçi komponentlərin hər hansı birinə qarşı yüksək həssaslıq - Əgər flukonazolun sutkalıq dozası ≥400 mq olarsa, bu zaman onun terfenadinlə birgə istifadəsi - QT intervalının uzanmasına səbəb ola biləcək, sitoxrom P450 (CYP) 3A4 fermet sistemi vasitəsilə metabolizmə uğrayan preparatlarla (məsələn: sizaprid, astemizol, pimozid, xinidin, eritromisin) birgə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Yüzlərlə hamilə qadının müşahidəsinə görə ilk trimestrdə sutkalıq ≤ 200 mq dozda flukonazolla müalicə alan qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda heç bir anomaliyalar qeydə alınmamışdır. 400-800 mq sutkalıq dozada 3 ay və daha çox müalicə almış hamilə qadınların dünyaya gətirdiyi yenidoğulmuşlarda müxtəlif anadangəlmə qüsurlar qeydə alınmışdır. Bu qüsurların yaranması ilə flukonazol qəbulu arasında əlaqə aydınlaşdırılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlar flukonazol molekulunun hamiləlik zamanı toksikliyini nümayiş etdirir.

Hamiləlik zamanı flukonazol molekulunun təyinatı tövsiyyə olunmur. Flukonazol ana südünə plazmadan daha az konsentrasiyalarda nüfuz edir. Birdəfəlik ≤ 200 mq flukonazol infuziyasından sonra laktasiya davam etdirilə bilər. Daha yüksək və uzunmüddətli flukonazol infuziyaları istifadə olunarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı başgicəllənmə kimi yan təsiri müşahidə oluna bilər. Xəstələr bu barədə məlumatlandırılmalı və bu zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetməyə fasilə verilməlidir.

DETRAZOL istifadə qaydası və dozası

Yetkin şəxslər Xəstəlik Doza Cryptococc mənşəli meningitin müalicəsi Müalicənin ilk günü 400 mq, növbəti günlər 200 - 400 mq gündə 1 dəfə 6 - 8 həftə (ehtiyac olarsa müalicə kursu daha uzun müddət ola bilər) ərzində. Lazım olarsa gündəlik doza 800 mq-a çatdırıla bilər. Cryptococc mənşəli meningitin residivl ərinin profilaktikası 200 mq gündə 1 dəfə Coccidioidomycos-un müalicəsi 11 aydan 24 ayadək gündəlik 200 - 400 mq dozada. Ehtiyac yaranarsa müalicə kursu uzana və gündəlik doza 800 mq-dək artırıla bilər Daxili orqanların Candida mənşəli zədələnmərinin müalicəsi Müalicənin ilk günü 800 mq, növbəti günlər gündə 400 mq olmaqla Ağız boşluğu, udlaq və boğazın selikli qişalarının göbələk mənşəli zədələnmələri Müalicənin ilk günü 200 - 400 mq, növbəti günlərdə 100 – 200 mq Müxtəlif selikli qişaların göb ələk m ənşəli zədələnmələrinin müalic əsi z ədələnmənin lokalizasiyasından asılıdır Gündəlik 50 – 400 mq olmaqla 7-30 gün Ağız boşluğu, boğazın selikli qişalarının göbələk mənşəli z ədələnmələrinin residevlərinin profilaktikası Yoluxma ehtimalı olan müdd ət ərzində gündəlik 100 mq və ya 200 mq hə ftədə 3 dəfə olmaqla İmmun sistemi çat ışmazlığı zamanı pro - filaktik olaraq Candida mənşəli z ədələnmələrin qarşısını almaq üçün Yoluxma ehtimalı olan müddət ərzində gündəlik 200 - 400 mq 12-17 yaşlı yeniyetmələr Təyin edilmiş standart dozalarda.

11 yaşadək uşaqlar Maksimal sutkalıq doza 400 mq-dır. Doza seçimi uşağın bədən kütləsindən asılı olmalıdır. Xəstəlik Sutkalıq doza Selikli qişaların Candida – mənşəli (boğaz, udlaq və s.) zədələnməsi zamanı. Müalicə kursu zədələnmənin lokalizasiyasından və infeksiyanın ağırlıq dərəcəsindən asılıdır.

3 mq/kq (müalicənin 1-ci günü 6 mq/kq da ola bilər) Cryptococc mənşəli meningit və ya daxili orqanların Candida mənşəli zədələnmələri 6-12 mq/kq İmmun sistemi çatışmazlığı zamanı profilaktik olaraq Candida mənşəli zədələnmələrin qarşısını almaq üçün 3-12 mq/kq 0-4 həftə arası uşaqlarda istifadəsi standart dozalarda 2 gündən bir təyin edilməlidir. Bu yaş kateqoriyasında maksimal sutkalıq doza 12 mq/kq 48 saatdan birdir. 2 yaşdan aşağı uşaqlarda istifadəsi standart dozalarda 3 gündən bir istifadə edilməli. Bu yaş kateqoriyası üçün maksimal doza 12mq/kq 72 saatdan birdir.

Ahıl yaşlı xəstələrdə: böyrək çatışmazlığı olmazsa, adi qaydada dozalanma aparılmalıdır. Böyrək çatmazlığı olan xəstələrdə: doza azaldılmasın ehtiyac var. Kreatinin klirensi (ml/dəq.) Tövsiyyə olunan doza >50 100% ≤50 (dializə ehtiyacı olmayan xəstələr) 50% Mütəmade olaraq dializ olunan xəstələr Hər növbəti dializdən sonra 100%

Prepared by  T-Soft E-Commerce.