Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Diazolin 0.05 Qr N10 Draje

Comment
Ratings & Reviews (1)
5.0 Average ratings
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Product Code : 111-04117
İstehsalçı ölkə: Ukrayna
1.15 AZN
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

DİAZOLİN, drajelər

DİAZOLİN tərkibi

DİAZOLİN tərkibi, 1 drajenin tərkibində 100% quru maddə hesabı ilə 50 mq və ya 100 mq mebhidrolin vardır

Diazolin, istifadəsinə göstərişlər

Mövsümi və allergik rinitin, pollinozun, övrənin, qida və dərmanlar ilə bağlı allergiyanın, dəri qaşınması ilə müşayiət edilən dermatozların (ekzema, neyrodermit) müalicə və profilaktikası.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə mərhələsi, mədə-bağırsaq traktın iltihabı xəstəlikləri, pilorostenoz, prostat vəzisinin hiperplaziyası, qapalıbucaqlı qlaukoma, epilepsiya, ürək ritminin pozulması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

İstifadə qaydası və dozası

Diazolin böyüklərə və uşaqlara 12 yaşdan başlayaraq gündə 1–2 dəfə 100–200 mq dozada yeməkdən sonra daxilə təyin edilir. Böyüklər üçün maksimal dozalar: birdəfəlik – 300 mq, sutkalıq – 600 mq. 5–12 yaş uşaqlara gündə 1–3 dəfə 50 mq, 3–5 yaş uşaqlara – gündə 1–2 dəfə 50 mq təyin edilir. Müalicənin davametmə müddətini həkim xəstəliyin xarakterindən, preparatın klinik effektindən və xəstənin preparata qarşı dözümlülüyündən asılı olaraq təyin edir.

Prepared by  T-Soft E-Commerce.