Sevimlilərə əlavə edin
Paylaşın

Diflukan 150 Mg N1 Cap

Məhsul Kodu : 111-00299
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
8,15 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Diflukan, kapsullar

Diflukan tərkibi

Diflukan tərkibi, 1 kapsulda 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, kolloidal silisium susuz, stearat, natrium laurilsulfat. Kapsulun örtüyü: titan dioksid (E171), patentləşdirilmiş göy rəngləyici (E131), jelatin. 50 mq, 150 mq kapsulların üzərinə yazı yazmaq üçün mürəkkəb: maqneziummaqneziumşellak şirəsi, qara dəmir oksidi (E172), N-butil spirti, dehidralizə olunmuş spirt, təmizlənmiş su, propilenqlikol, sənaye metil spirti, izopropil spirti, güclü ammonyak məhlulu, kalium hidroksid.

Diflukan, istifadəsinə göstərişlər

Diflukanın istifadəsi aşağıdakı göbələk infeksiyaları üçün göstərişdir: kriptokok meningiti, koksidioidomikoz, invaziv kandidoz, selikli qişanın kandidozu (orofarinqeal, qida borusunun kandidozu, kandiduriya, xroniki dəri və selikli qişa kandidozu), ağız boşluğunun xroniki atrofik kandidozu, vaginal kandidoz, kandidozlu balanit, sistemli müalicə tələb edən dermatomikozlar (ayaq, bədən, qasıq, kəpəklənən dəmrov və dəri kandidozu), tinea unguium (onixomikoz). Profilaktik göstərişlər: kriptokok meningitinin residivləri, İİV-li pasiyentlərdə orofarinqeal və qida borusu kandidozunun residivləri, vaginal kandidozun residivlərinin qarşısının alınması, uzunmüddətli neytropeniyalı pasiyentlərdə kandidoz infeksiyalarının profilaktikası. Flukonazol 0–17 yaş arası uşaqlarda selikli qişanın kandidozu, invaziv kandidoz, kriptokok meningitinin müalicəsi və profilaktikası üçün də istifadə olunur.

Əks göstərişlər

Flukonazol və ya onun analoqlarına, köməkçi maddələrə qarşı yüksək həssaslıq; 400 mq və daha yüksək dozada terfenadinlə eyni vaxtda istifadə; QT intervalını uzadan və CYP3A4 ilə metabolizə olunan preparatlarla birgə qəbul: sisaprid, astemizol, pimozid, xinidin, eritromisin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Flukonazolun ilk trimestrdə istifadəsi spontan abort riskini artıra bilər. ≤150 mq flukonazolun istifadəsi qüsur riskini artırmır, lakin 450 mq-dan çox dozalarda dayaq-hərəkət sistemində qüsur riski arta bilər. Heyvanlarda reproduktiv toksiklik müşahidə edilmişdir. Qısamüddətli müalicədən sonra təxminən 1 həftə gözlənməsi tövsiyə olunur. Flukonazol yalnız həyati zərurət olduqda hamiləlik dövründə istifadə olunmalıdır. Laktasiya: Flukonazol ana südünə keçir. 150 mq birdəfəlik dozadan sonra südverməyə davam etmək olar, lakin çoxdəfəli və yüksək dozalarda istifadədən sonra südvermə tövsiyə olunmur.

Diflukan, istifadə qaydası

Diflukan daxilə və ya venadaxili tətbiq oluna bilər. Tətbiq üsulu xəstənin vəziyyətindən asılıdır. Oral və venadaxili formalar eyni sutkalıq dozada istifadə oluna bilər. Kapsullar yeməkdən asılı olmayaraq, bütöv şəkildə qəbul edilməlidir. Doza göbələk infeksiyasının xarakteri və ağırlığına görə təyin olunur. Müalicə klinik və laborator əlamətlər aradan qalxana qədər davam etdirilməlidir. Kapsullar yenidoğulmuşlar və kiçik uşaqlar üçün uyğun deyil, bu yaş qrupları üçün flukonazolun maye formaları istifadə olunmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00299

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce