Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: 1 kapsulda 50 mq flukonazol vardır.
Diflukanın istifadəsi sadalanan göbələk infeksiyaları üçün göstərişdir (“Farmakodinamikası” bölməsinə bax). Flukonazol böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsi üçün göstərişdir: − kriptokok meningiti (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); − koksidioidomikoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); − invaziv kandidoz; − selikli qişanın kandidozu, o cümlədən orofarinqeal kandidoz, qida borusunun kandidozu, kandiduriya və xroniki dəri və selikli qişa kandidozu; − ağız boşluğunun gigiyenasına riayət etməsinin və ya yerli müalicənin kifayət olmaması zamanı ağız boşluğunun xroniki atrofik kandidozu (diş protezlərinin istifadəsi ilə əlaqədar); − yerli terapiya tətbiq oluna bilmədikdə kəskin və ya residivləşən vaginal kandidoz; − yerli terapiya tətbiq oluna bilmədikdə kandidozlu balanit; − sistemli müalicə göstəriş olduğu zamanı dermatomikozlar, o cümlədən ayaqların dermatofitiyası, bədənin dermatofitiyası, qasıq nahiyəsinin dermatofitiyası, kəpəklənən dəmrov və dəri kandidozu; − digər preparatlarla müalicə mümkün olmadığı zamanı tinea unguium (onixomikoz). Flukonazol böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikası üçün göstərişdir: − residivin yüksək riski olan pasiyentlərdə kriptokok meningitinin residivləri; − residivin yüksək riski olan İİV -li pasiyentlərdə orofarinqeal kandidozun və qida borusunun kandidozunun residivləri; − vaginal kandidozun residivlərinin tezliyinin (ildə 4 və ya daha çox epizodlar) azaldılması üçün; − uzun müddət davam edən neytropeniyalı pasiyentlərdə kandidoz infeksiyalarının profilaktikası üçün (kimyəvi terapiya qəbul edən hemoblastozl u pasiyentlər və ya hemopoetik gövdə hüceyrələrinin transplantasiyasını keçirən pasiyentlər) (“Farmakodinamikası” bölməsinə bax). Flukonazol vaxtında olan yeni doğulmuşların, körpələrin, uşaq bağçası və ibtidai məktəb yaşlı uşaqlarının, həmçinin 0-dan 17 yaşa qədər yeniyetmələrin müalicəsi üçün göstərişdir.
Flukonazol selikli qişanın kandidozu (orofarinqeal kandidoz və qida borusunun kandidozu), invaziv kandidoz, kriptokok meningitinin müalicəsində və immun sistemi zəif olan pasiyentlərdə kandidoz infeksiyalarının profilaktikası üçün istifadə olunur. Flukonazolu residivin yüksə k riski olan uşaqlarda kriptoko k meningitinin residivinin qarşısının alınması üçün dəstəkləyici terapiya kimi istifadə etmək olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Müalicə kultura metodunun və digər laboratoriya tədqiqat üsullarının nəticələri məlum olana qədər başlanıla bilər. Lakin bu nəticələr məlum olduqdan sonra antiinfeksiya terapiyasına müvafiq düzəliş aparılmalıdır.
Göbələkəleyhinə preparatların düzgün istifadəsi üçün rəsmi təlimatlar nəzərə alınmalıdır.
Təsiredici maddəyə, kimyəvi quruluşuna görə ona yaxın olan azol maddələrinə və ya preparatı təşkil edən hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq. Preparatların bir neçə dəfə qəbulu ilə dərmanın qarşılıqlı təsirlərinin öyrənilməsi əsasında flukonazolun gündə 400 mq və daha yüksək dozada çoxdəfəli qəbulu zamanı terfenadinin eyni vaxtda istifadəsi əks göstərişdir. Flukonazol qəbul edən pasiyentlərdə QT intervalını uzadan və sisaprid, astemizol, pimozid, xinidin və eritromisin kimi P450 sitoxromunun CYP3A4 izofermenti ilə metabolizə olunan preparatların eyni vaxtda qəbulu əks göstərişdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).
Hamiləlik Nəzarət tədqiqatı ilk trimestrdə flukonazol qəbul edən qadınlarda spontan abort riskinin artdığını göstərdi. Birinci trimestrdə ≤ 150 mq flukonazolun ümumi dozasını qəbul edən bir neçə min hamilə qadından əldə olunan məlumatlar dölün inkişafında ümumi qüsur riskinin artmasını göstərmir. Böyük nəzarət xarakterli kohort tədqiqatda, birinci trimestrdə peroral flukonazolun təsiri yerli azol qəbul edən qadınlarla müqayisədə ≤ 450 mq ümumi doza ilə müalicə olunan hər 1000 qadına təxminən 1 əlavə hal, 450 mq-dan çox məcmu doza qəbul edən hər 1000 qadına 4 əlavə halda dayaq -hərəkət sistemi riskinin cüzi artması ilə əlaqələndirilmişdir. Düzəliş edilmiş nisbi risk 150 mq peroral flukonazol üçün 1,29 (95% Eİ 1,05 - 1,58) və 450 mq-dan çox flukonazol üçün 1,98 (95% Eİ 1,23 - 3,17) təşkil etmişdir.
Koksidioidomikozun müalicəsi üçün anaları birinci trimestrin əksər hissəsində və ya bütün trimestr ərzində yüksək dozada flukonazol terapiyası (gündə 400 -800 mq) alan yenidoğulmuşlarda çoxsaylı anadangəlmə qüsurlar (o cümlədən braxisefaliya, qulaq displaziyası, nəhəng ön əmgək, bud sümüyünün əyilməsi və bazu -mil sinostozu) halları bildirilmişdir, lakin bu halların flukonazolun qəbulu ilə səbəb-nəticə əlaqəsi aydın deyil. Heyvanlar üzərində aparılan eksperimental tədqiqatlar preparatın reproduktiv toksikliyini nümayiş etdirdi. Hamiləlik dövründə flukonazol standart dozalarda istifadə edilməməlidir və flukonazolla qısamüddətli müalicə kursları çox zəruri olmadıqda istifadə edilməməlidir. Flukonazol yüksək dozalarda istifadə edilməməlidir və/və ya uzunmüddətli flukonazolla müalicə kursları hamiləlik dövründə həyati təhlükəsi olan infeksiyaların müalicəsi istisna olmaqla, istifadə edilməməlidir.
Ana südü ilə qidalandırma Flukonazol ana südündə plazmadakına yaxın konsentrasiyalarda aşkar edilir (“Farmakokinetika sı” bölməsinə bax). Flukonazolun 150 mq olan birdəfəlik dozasının qəbulundan sonra ana südü ilə qidalandırmanı davam etdirmək olar. Flukonazolun çoxdəfəli yaxud yüksək doza lı qəbulundan sonra ana südü ilə qidalandırma tövsiyə edilmir. Körpənin inkişafı və sağlamlığı üçün ana südü ilə qidalanmanın faydaları, ananın Diflukana olan klinik ehtiyacı və Diflukan preparatından ana südü ilə qidalanan körpədə və ya ananın ilkin vəziyyəti ilə bağlı hər hansı mümkün əlavə təsirlər qiymətləndirilməlidir.
Fertillik Flukonazol dişi və erkək siçovulların fertilliyinə təsir göstərməmişdir.
Flukonazolun nəqliyyat vasitələri ni və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar aparılmamışdır. Preparatdan istifadə zamanı pasiyentlərdə başgicəllənmə və ya qıcolma tutmaları ola bilər, buna görə də bu simptomlardan hər hansı biri baş verərsə, nəqliyyat vasitələri və mexanizmləri idarə etməkdən çəkinməlisiniz (“Əlavə təsirləri” bölməsinə bax).
Flukonazol daxilə (kapsullar, suspenziya və şərbət hazırlamaq üçün toz) v ə ya venadaxili (infuziya üçün m əhlul) t ətbiq oluna bil ər, t ətbiq üsulu x əstənin klinik v əziyyətindən asılıdır. Venadaxili yeridilmədən sonra oral q əbula v ə ya əksinə keçdikdə, d ərmanın günd əlik dozasını d əyişdirmək tələb olunmur. Yaş, bədən çəkisi v ə dozadan asılı olaraq, h əkim d ərmanın ən uyğun formasını v ə dozasını təyin etməlidir. Kapsul ş əklində olan preparat yenidoğulmuşlarda v ə kiçik uşaqlarda istifad ə üçün münasib deyil.
Bu yaş qrupunda olan pasiyentl ərə uyğun olan flukonazolun maye dərman formaları var. Kapsullar yeməkdən asılı olmayaraq, açılmadan və çeynəmədən daxilə qəbul edilir. Diflukan preparatının sutkalıq dozası göb ələk infeksiyasının xarakteri v ə ağırlıq d ərəcəsindən asılıdır. Preparatın t əkrar q əbul edilm əsinin tələb olun duğu infeksiyalar zamanı, müalic əni aktiv göbələk infeksiyasının klinik v ə ya laborator əlamətləri yox olana q ədər davam etdirm ək lazımdır.
Müalicənin müddətinin yetərincə olmaması göbələk infeksiyasının residivinə gətirib çıxara bilər. Böyüklərdə istifadəsi Göstəriş Dozalanma rejimi Müalicə müddəti Kriptokokoz – Kriptokok meningitin müalicəsi Yükləmə dozası: ilk sutkalarda 400 mq Dəstəkləyici doza: sutkada bir dəfə 200–400 mq Adətən minimum 6-8 həftə. Həyat üçün təhlükəli olan infeksiyaların müalicəsi hallarında sutkalıq dozanı 800 mq-a qədər artırmaq olar. – Residiv riski yüksək olan xəstələrdə kriptokkok meningitin residivinin profilaktikası üçün dəstəkləyici müalicə Sutkada bir dəfə 200 mq Sutkada 200 mq dozada qeyriməhdud müddətə.
Koksidioidomikoz Sutkada bir dəfə 200-400 mq Pasiyentin preparata qarşı reaksiyasından asılı olaraq 11-24 ay və ya daha çox. Bəzi infeksiya formalarının, xüsusən də beyin qişasının zədələnməsinin müalicəsi zamanı preparatı sutkada 800 mq dozada istifadə etmək məqsədəuyğun ola bilər. İnvaziv kandidoz Yükləmə dozası: 1- ci sutkada gün 800 mq. Dəstəkləyici doza: sutkada bir dəfə 400 mq Ümumilikdə kandidemiya üçün tövsiyə olunan müalicə müddəti qan kulturasının ilk mənfi nəticəsi və kandidemiya əlamətləri və simptomlarının yox olmasından sonra 2 həftədir.
Selikli qişanın kandidozunun müalicəsi – Orofaringeal kandidoz Yükləmə dozası: 1- ci sutkada 200- 400 mq. Dəstəkləyici doza: sutkada bir dəfə 100-200 mq. 7-21 gün (orofaringeal kandidozun remissiyasına nail olunana qədər). İmmun sistemi ciddi şəkildə pozulmuş pasiyentlərdə daha uzun müalicə nəzərdə tutula bilər.
– Qida borusunun kandidozu Dəstəkləyici doza: 1-ci sutkada 200- 400 mq. Dəstəkləyici doza: sutkada 1 dəfə 100-200 mq. 14-30 gün (qida borusu kandidozunun remissiyasına nail olunana qədər). İmmun sistemi ciddi şəkildə pozulmuş pasiyentlərdə daha uzun müalicə nəzərdə tutula bilər.
– Kandiduriya Sutkada bir dəfə 200-400 mq 7–21 gün. İmmun sistemi ciddi şəkildə pozulmuş pasiyentlərdə daha uzun müalicə nəzərdə tutula bilər. – Xroniki atrofik kandidoz Sutkada bir dəfə 50 mq 14 gün – Dəri və selikli qişanın xroniki kandidozu Sutkada bir dəfə 50-100 mq 28 günə qədər, lakin, infeksiyanın ağırlığından və növündən asılı olaraq və ya immun sisteminin funksiyasının pozulması zamanı müalicə müddəti artırıla bilər. İİV-ə yoluxmuş, residivlərin yüksək inkişaf riski olan pasiyentlərdə selikli qişa kandidozu residivinin profilaktikası – Orofaringeal kandidoz Sutkada bir dəfə 100-200 mq və ya həftədə 3 dəfə 200 mq Xroniki immunitet zəifliyi olan pasiyentlərdə qeyri-məhdud müddətə.
– Qida borusunun kandidozu Sutkada bir dəfə 100-200 mq və ya həftədə 3 dəfə 200 mq Xroniki immunitet zəifliyi olan pasiyentlərdə qeyri-məhdud müddətə. Genital kandidoz – Kəskin vaginal kandidoz – Kandidozlu balanit 150 mq Bir dəfə – Vaginal kandidozun residivinin müalicəsi və profilaktikası (ildə 4 və ya daha çox hal). Üç gündə bir dəfə 150 mq – yalnız 3 doza (1-ci, 4-cü və 7-ci günlərdə), sonra həftədə bir dəfə 150 mq dəstəkləyici dozada preparatı qəbul etmək. Dəstəkləyici doza: 6 ay.
Dermatomikoz - tinea pedis, - tinea corporis, - tinea cruris, - kandidoz infeksiyası Həftədə bir dəfə 150 mq və ya gündə bir dəfə 50 mq 2-4 həftə, lakin tinea pedis xəstəliyinin müalicəsi zamanı 6 həftəyə qədər daha uzunmüddətli terapiyanın aparılması tələb oluna bilər - tinea versicolor Həftədə bir dəfə 300-400 mq 1-3 həftə Gündə bir dəfə 50 mq 2-4 həftə – tinea unguium (onixomikoz) Həftədə bir dəfə 150 mq Müalicə yoluxmuş dırnağın əvəz olunmasına qədər (sağlam dırnaq çıxana qədər) davam etdirilməlidir. Əl və ayaq barmaqlarında dırnaqların təkrar olaraq böyüməsi üçün adətən müvafiq olaraq 3-6 ay və 6-12 ay tələb olunur. Lakin böyümə sürəti müxtəlif insanlarda, həmçinin yaşdan asılı olaraq geniş hüdudlarda dəyişilə bilər. Uzunmüddətli saxlanılan xroniki infeksiyaların müvəffəqiyyətli müalicəsindən sonra bəzən dırnaqların formasının dəyişilməsi müşahidə olunur.
Uzun müddət davam edən neytropeniyası olan xəstələrdə kandidoz infeksiyalarının profilaktikası Sutkada bir dəfə 200-400 mq. Müalicə neytropeniyanın gözlənilən inkişafından bir neçə gün əvvəl başlanılmalı və neytrofillərin sayı mm3-da 1000 hüceyrədən çox olduqdan sonra 7 gün davam etdirilməlidir. Uşaqlarda istifadəsi Pediatrik pasiyentlərdə maksimum 400 mq/sut doza keçilməməlidir. Böyüklərdə müvafiq infeksiyaların müalicəsində olduğu kimi, müalicənin müddəti klinik effektdən və mikoloji tədqiqatların nəticələrindən asılıdır.
Diflukan hər gün, gündə bir dəfə istifadə olunur. Böyrək çatışmazlığı olan uşaqlar haqqında m əlumat üçün "Böyrək funksiyalarının pozulması" alt bölməsinə baxın. Böyr ək çatışmazlığı olan uşaqlarda flukonazolun farmakokinetik t ədqiqatları aparılmamışdır (böyr ək çatışmazlığının tez -tez aşkar edildiyi "vaxtında doğulmuş körp ələr" haqqında məlumat üçün aşağıya baxın). 28 gündən 11 yaşına qədər olan uşaqlar: Göstəriş Dozalanma rejimi Tövsiyələr – Selikli qişanın kandidozu Yükləmə dozası: 6 mq/kq Dəstəkləyici doza: sutkada bir dəfə 3 mq/kq İlk gündə dərmanın tarazlıq konsentrasiyasına daha sürətli nail olmaq üçün bir yükləmə dozası istifadə edilə bilər.
– İnvaziv kandidoz – Kriptokok meningit Doza: sutkada bir dəfə 6- 12 mq/kq Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq – Residiv riski yüksək olan uşaqlarda kriptokkok meningitin residivinin profilaktikası üçün dəstəkləyici müalicə Doza: sutkada bir dəfə 6 mq/kq Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq – İmmun çatışmazlığı olan pasiyentlərdə kandidoz infeksiyalarının profilaktikası Doza: sutkada bir dəfə 3- 12 mq/kq İnduksiya edilmiş neytropeniyanın şiddətindən və müddətindən asılı olaraq (“Böyüklər” bölməsində dozalanma ilə bağlı tövsiyələrə baxın) Yeniyetmələr (12-dən 17 yaşa qədə): Bədən ç əkisi v ə yetkinlik dövründ ən asılı olaraq, h əkim hansı dozanın (böyükl ər v ə ya uşaqlar üçün) pasiyent üçün ən optimal olduğunu qiymətləndirməlidir. Klinik m əlumatlar göst ərir ki, uşaqlarda flukonazolun klirensi böyükl ərə nisbətən daha yüks əkdir. Yetkinl ərdə 100, 200 v ə 400 mq, uşaqlarda is ə 3, 6 v ə 12 mq/kq dozaların q əbulu müqayis ə olunan sistemli t əsirə nail olmağa səbəb olur. Uşaqlarda genital kandidozun müalic əsi üçün flukonazolun t əhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Dərman vasitəsinin uşaqlarda digər göstərişlər üçün istifadəsinin təhlükəsizliyinə dair hazırda mövcud m əlumatlar “Əlavə təsirlər” bölməsində verilmişdir. D ərman vasit əsini yeniyetmələrdə (12 yaşdan 17 yaşa q ədər) genital kandidozun müalic əsi üçün istifad ə etmək lazımdırsa, doza böyüklər üçün olduğu kimi olmalıdır. Vaxtında doğulmuş körpələr (0-dan 27 günə qədər): Körpələrdə flukonazol yavaş -yavaş xaric olunur. Yenidoğulmuşlarda bu dozanı təsdiqləyən farmakokinetik məlumatlar azdır (“Farmakokinetikası” bölməsinə bax).
Yaş qrupu Dozalanma rejimi Tövsiyələr Yeni doğulmuşlar (0-dan 14 günə qədər) Yenidoğulmuşlar, körpələr və uşaqlara eyni dozada mq/kq hər 72 saatdan bir verilməlidir. Hər 72 saatdan bir 12 mq/kq maksimal dozanı aşmayın. Yeni doğulmuşlar (15-dən 27 günə qədər) Yenidoğulmuşlar, körpələr və uşaqlara eyni dozada mq/kq hər 48 saatdan bir verilməlidir. Hər 48 saatdan bir 12 mq/kq maksimal dozanı aşmayın.
Yaşlı insanlarda istifadəsi Böyrəklərin funksiyasından asılı olaraq preparatın dozasına düz əliş edilir (“Böyr ək çatışmazlığı olan pasiyentlərdə istifadəsi” alt bölməsinə baxın) Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi Diflukan dəyişməmiş təsiredici maddə şəklində əsasən sidiklə xaric olunur. Birdəfəlik qəbul zamanı dozanı d əyişmək t ələb olunmur. D ərmanın t əkrar istifad əsi il ə böyrək funksiyası pozulmuş pasiyentlərdə (uşaqlar da daxil olmaqla) bu göst əriş üçün tövsiy ə olunan günd əlik dozadan asılı olaraq, ilkin olaraq 50 mq -dan 400 mq -a q ədər yükl əmə dozası t əyin edilm əlidir, sonra günd əlik doza (göstərişdən asılı olaraq) aşağıdakı cədvələ uyğun olaraq təyin edilir: Kreatininin klirensi (ml/dəq) Tövsiyə olunan dozanın faizi 50 ≤ 50 (hemodializsiz) Hemodializ 100% 50% 100% hər hemodializdən sonra Hemodializdə olan pasiyentlər hər hemodializ seansından sonra tövsiyə olunan dozanın 100% -ni qəbul etməlidirlər. Dializ aparılmayan gün pasiyentlər preparatın azaldılmış (kreatininin klirensindən asılı olaraq) dozasını qəbul etməlidirlər.
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə flukonazolun istifadəsi ilə bağlı kifayət qədər məlumat olmadığından, bu kateqoriyalı pasiyentlərdə flukonazol ehtiyatla istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Əlavə təsirləri” bölmələrinə bax).