Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DONORMIL 15MG N30 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06812
İstehsalçı ölkə: Fransa
10,30 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DONORMİL, 15 mq fışıldayan tabletlər

DONORMİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq doksilamin suksinat vardır.

İstifadəsinə göstərişlər

Dövri/tranzitor yuxusuzluq.

Əks göstərişlər

- Preparatın tərkibində olan hər hansı komponentə və antihistamin dərman vasitələrinə qarşı yüksək həssaslıq;

- pasiyentin anamnezində və ya irsiyyətində bağlıbucaqlı qlaukomanın mövcud olması;

- sidik ifrazının ləngiməsi riski olan uretro-prostatik pozğunluqlar;

- laktasiya dövrü;

- 15 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Əldə olunan məlumatlara əsasən, Doksilamin müddətindən asılı olmayaraq, hamiləlik dövründə istifadə oluna bilər. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləliyin son aylarında dərman vasitəsindən istifadə edildikdə yenidoğulmuş körpəyə qulluq zamanı, istifadə olunan preparatın atropinəbənzər və sedativ xassələrini nəzərə almaq lazımdır. Laktasiya Preparatın ana südünı nüfuz etməsi barədə məlumatlar yoxdur. Yenidogulmuşlarda sedasiya vəziyyətinin və ya paradoksal oyanıqlığın yüksəlməsinin baş verə biləcəyini nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən şəxsləri gündüz vaxtı yuxuya meyllili olmaları barədə xəbərdar etmək lazımdır. Pasiyentlər preparatın təsirindən baş verən gündüz yuxuya meylliliyi, diqqətin zəifləməsini və psixomotor funksi- yaların dəyişməsini nəzərə almalıdırlar. Donormil tabletlərini digər sedativ dərman vasitələri ilə, natrium oksibutiratla, alkoqol və tərkibində alkoqol olan dərman vasitələri ilə birgə qəbul etmək olmaz – antihistamin vasitələrin sedativ təsiri güclənir Yuxunun müddəti az olduqda diqqətin zəifləməsi riski artır.

DONORMİL istifadə qaydası və dozası

Məsləhət görülən doza sutkada 7,5-15 mq təşkil edir, daha doğrusu, sutkada 1⁄2 -1 tablet. Tablet 1 stəkan suda həll edilərək, daxilə yatmazdan 15-30 dəqiqə əvvəl qəbul edilir. Ehtiyac olduqda, həkim məsləhətilə doza, sutkada 30 mq-a qədər . daha doğrusu sutkada 2 tabletə qədər artırıla bilər. Yaşlı pasiyentlərdə, böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanı azaltmaq məsləhət görülür. Müalicə müddəti 2-5 gün təşkil edir. Yuxusuzluq 5 gündən sonra aradan qalxmadığı halda, müalicəyə yenidən baxılmalıdır.

Prepared by  T-Soft E-Commerce.