Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Dufalak 667 mq 500 ml sirop

Məhsul Kodu : 111-01744
İstehsalçı ölkə: Niderland
15,00 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DUFALAK, şərbət

Dufalak tərkibi

 Təsiredici maddə:   1 ml məhlulun tərkibində 667 mq laktuloza vardır. Köməkçi maddələr: təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

  Qəbizlik: yoğun bağırsağın fizioloji ritminin tənzimlənməsi üçün; − tibbi məqsədlər üçün nəcisin yumşaldılması (babasil, yoğun bağırsaqda və anal dəlik nahiyəsində apalılan cərrahi əməliyyatdan sonrakı vəziyyət); − qaraciyər ensefalopatiyası: qaraciyər komasının və ya prekomasının müalicə və profilaktikası. Böyüklərdə kolonoskopiyaya hazırlayarkən bağırsaqların təmizlənməsi. Böyüklərdə bağırsaq mikroflorasının sağlam tarazlığını yaratmağa və qorumağa kömək edən və bağırsaqdakı kalsium və maqneziumun udulmasını stimullaşdıran bir prebiotik kimi.

Əks göstərişlər:

  Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər hansı qeyri-aktiv komponentə qarşı yüksək həssaslıq; − qalaktozemiya; − bağırsaq keçməzliyi, bağırsağın perforasiyası və ya bağırsağın perforasiya təhlükəsi. Duphalac® məhlulu şüursuz və ya zəif olan xəstələrdə və ya aspirasiya və ya regurgitasiya meyilli, ümumi zəiflik, ağır dehidrasiya və ya udma refleksi pozulmuş xəstələrdə bağırsaqları təmizləmək üçün istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Laktulozanın hamilə və ya uşaq əmizdirən qadınlara sistem təsiri əhəmiyyətsiz dərəcədə olduğu üçün, preparatın dölə və ya südəmər körpəyə hər hansı təsiri ehtimal edilmir. Dufalak® preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək olar. Fertilliyi Laktulozanın sistem təsiri əhəmiyyətsiz dərəcədə olduğu üçün, preparatın fertilliyə hər hansı təsiri ehtimal edilmir.

Dufalak istifadə qaydası, dozası

 Laktuloza məhlulunu həm durulaşdırılmış, həm də durulaşdırılmamış şəkildə istifadə etmək olar. Preparatın dozalanması, pasiyentin vəziyyətindən asılı olaraq fərdi yolla seçilir. Birdəfəlik dozanı qəbul etdikdən sonra dərhal, ağız boşluğunda saxlamadan, udmaq lazımdır. Sutkalıq doza birdəfəlik qəbul şəklində təyin olunduqda, onu günün eyni vaxtı qəbul etmək lazımdır, məsələn, səhər yeməyi vaxtı. İşlədici preparatlarla müalicə müddətində, gün ərzində kifayət qədər maye (1,5-2 litr, bu da 6-8 stəkana bərabərdir) qəbul etmək lazımdır. Flakonlarda dozalanan preparat üçün ölçülü stəkandan istifadə etmək olar. 15 ml-lik paketlərdə olan preparatın istifadəsi üçün, paketin küncünü kəsmək və dərhal preparatı daxilə qəbul etmək lazımdır. Qəbizlik və tibbi məqsədlər üçün nəcisin yumşaldılması zamanı dozalanması Laktulozanın sutkalıq dozasını birdəfəyə qəbul etmək və ya ölçülü stəkandan istifadə edərək, dozanı iki hissəyə bölüb qəbul etmək lazımdır. Bir neçə gündən sonra, müalicəyə alınan cavabdan asılı olaraq, başlanğıc dozanı dəstəkləyici dozaya qədər korreksiya etmək olar. Bəzi hallarda, müalicəvi effektin inkişaf etməsi üçün, bir neçə gün (2-3 gün) lazım ola bilər.

Prepared by  T-Soft E-Commerce.