Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Emelin 10 mq n30 tablet

Məhsul Kodu : 111-20625
İstehsalçı ölkə: Kipr
6,54 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

EMELİN, 10 mq örtüklü tabletlər

Emelin tərkibi 

Təsiredici maddələr:1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza monohidrat, povidon, maqnezium stearat. Örtük: hipromelloza, propilenqlikol, titan dioksid (E171), talk.

İstifadəsinə göstərişlər:

 Böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda:

 - Setirizin mövsümi və ilbоyu davam edən allergik rinitin burun və göz simptomlarının aradan qaldırılması üçün istifadə edilir.

 - Setirizin xroniki idiopatik övrənin simptomlarının aradan qaldırılması üçün istifadə edilir.

Əks göstərişlər:

 - Dərman vasitəsinin təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə, hidroksizinə və ya hər hansı bir piperazin törəməsinə qarşı yüksək həssaslıq.

 - Ağır böyrək çatışmazlığı olan xəstələr (kreatinin klirensi<10 ml/dəq).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Hamiləlik dövründə setirizinin təsiri barəsində çox az klinik məlumatlar mövcuddur. Heyvanlar üzərində aparılan tədqiqatlarda setirizinin hamiləlik dövrünə, embrional/fetal inkişafa, doğum prosesinə və ya postnatal inkişafa birbaşa və ya dolayı xoşagəlməz təsirləri qeyd edilməmişdir. Hamilələrə təyin edərkən ehtiyatlı olmaq lazımdır. Laktasiya dövrü Setirizin tətbiq edildikdən sonra nümunənin götürülmə vaxtından asılı olaraq plazmada qeyd edilən konsentrasiyalarda (0,25-0,90) ana südü ilə xaric edilir. Buna görə, laktasiya dövründə təyin edərkən ehtiyatlı olmaq lazımdır.

Emelin istifadə qaydası, dozası

 İstifadə qaydası Daxilə istifadə üçündür. Tableti bir stəkan su ilə udmaq lazımdır. Dozaları Böyüklər Gündə 1 dəfə 10 mq (gündə 1 dəfə 1 tablet). Uşaqlar 6-12 yaş uşaqlar: gündə 2 dəfə 5 mq (gündə 2 dəfə 1/2 tablet). 12 yaşdan yuxarı yeniyetmələr: gündə 1 dəfə 10 mq (gündə 1 dəfə 1 tablet). Yaşlı xəstələr Əldə olan məlumatlarda, normal böyrək funksiyası olan yaşlı subyektlərdə dozanın azaldılması təklif olunmur. Orta və ağır böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan xəstələrdə effektivlik/təhlükəsizlik nisbətini sənədləşdirmək üçün məlumat yoxdur. Setirizin əsasən böyrəklər vasitəsilə xaric olduğundan, alternativ müalicədən istifadə olunmadığı hallarda doza intervalları böyrək funksiyasına müvafiq, fərdi şəkildə təyin edilməlidir. Aşağıdakı cədvələ baxın və dozanı göstərildiyi kimi tənzimləyin. Bu dozalanma cədvəlini istifadə etmək üçün xəstənin kreatinin klirensini (CLcr) ml/dəq-də qiymətləndirmək lazımdır. CLcr (ml/dəq)-i zərdab kreatininin (mq/dl) göstəricisi ilə aşağıdakı düsturla təyin etmək olar: Böyrək funksiyası pozulmuş yetkin xəstələrdə doza tənzimlənməsi Qrup Kreatinin klirensi (ml/dəq) Doza və istifadə etmə tezliyi Normal ≥ 80 gündə 1 dəfə 10 mq Mülayim 50 – 79 gündə 1 dəfə 10 mq Orta 30 – 49 gündə 1 dəfə 5 mq Ağır < 30 hər iki gündən bir 5 mq Böyrək xəstəliyinin son mərhələsi - Dializdə olan xəstələr < 10 Əks göstərişdir Böyrək çatışmazlığı olan uşaqlarda doza xəstənin böyrək klirensi, yaşı və bədən kütləsi nəzərə alınmaqla fərdi qaydada tənzimlənməlidir. Qaraciyər çatışmazlığı Yalnız qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Qaraciyər və böyrək çatışmazlığı Dozanın tənzimlənməsi tövsiyə olunur (yuxarıda “Orta və ağır böyrək çatışmazlığı” bölməsinə baxın).

 

Prepared by  T-Soft E-Commerce.