Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 200 mq nifuroksazid vardır. Köməkçi maddələr: saxaroza, natrium hidroksid, metilparahidroksibenzoat, etanol 96%, karbomer, susuz limon turşusu, banan ətirləndiricisi, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Kəskin bakterial diareya (ümumi vəziyyətin pisləşməsi, hərarət, intoksikasiya əlamətləri olmayan vəziyyətlərdə).
Əks göstərişlər:
• Nitrofuran törəmələrinə və ya dərmanın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq. • Fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxarozaizomaltaza çatışmazlığı. • 1 aylığa qədər yenidoğulmuşlar, yarımçıq doğulmuşlar. Alkohol asılılığı, baş beyin və qaraciyər xəstəlikləri varsa preparatın istifadəsi yalnız həkim ilə məsləhətləşdikdən sonra mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu dərman vasitəsi uşaqlar üçün nəzərdə tutulub. Lakin, müstəsna hallarda reproduktiv yaşda olan qadınlar tərəfindən qəbul edilərsə, bunları nəzərə almaq lazımdır: Heyvanlar üzərində tədqiqatlar zamanı teratogen effekt müşahidə olunmamışdır. Klinik tədqiqatlar nifuroksazidin hamilələrdə istifadəsi zamanı inkişaf qüsurları və ya fetotoksik effekt verməsi barədə göstəricilər təqdim etməyiblər. Ona görə də ehtiyat tədbiri olaraq nifuroksazidin hamilələrdə istifadəsindən çəkinmək lazımdır. Laktasiya dövründə qısamüddətli istifadəsi mümkündür. Həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.
ENTEROFURİL® 200 mq/5 ml oral suspenziya oral istifadə üçün nəzərdə tutulmuşdur. Dozalanma üçün 2,5 ml bölgüsü işarə olunmuş 5,0 ml-lik ölçü qaşığından istifadə olunur. İstifadədən əvvəl suspenziya çalxalanmalıdır. 1-6 aylıq körpələr: gündə 2-3 dəfə 8-12 saatlıq fasilə ilə 100 mq nifuroksazid (2,5 ml suspenziya). Ümumi sutkalıq doza 200-300 mq nifuroksazid təşkil edir. 6 aylıq-3 yaş arası uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 100 mq nifuroksazid (2,5 ml suspenziya). Ümumi sutkalıq doza 300 mq nifuroksazid təşkil edir. 3-6 yaşlı uşaqlar: gündə 3 dəfə 8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 600 mq nifuroksazid təşkil edir. 6-18 yaşlı uşaqlar: gündə 3-4 dəfə 6-8 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 600-800 mq nifuroksazid təşkil edir. Böyüklər: gündə 4 dəfə 6 saatlıq fasilə ilə 200 mq nifuroksazid (5,0 ml suspenziya). Ümumi sutkalıq doza 800 mq nifuroksazid təşkil edir. Müalicə müddəti 5-7 gündür, 7 gündən artıq davam etməməlidir. Əgər müalicənin ilk 3 günü ərzində yaxşılaşma müşahidə olunmazsa, həkiminiz ilə məsləhətləşin. Dərman vasitəsini təlimata uyğun qəbul edin. Ehtiyac olarsa, dərman vasitəsini qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.