Bitib
Stokda olanda mənə xəbər verin.ENTEROL 250 tərkibi, 1 paketdə 250 mq Saccharomyces boulardii CNCM I-745 (liofilozə olunmuş hüceyrələr) vardır.
Uşaqlarda və böyüklərdə kəskin infeksion diareya. Antibiotiklərdən asılı diareyanın müalicəsi və profilaktikası. Clostridium difficile-nin törətdiyi xəstəliklərin residivləşməsinin qarşısını almaq məqsədi ilə vankomisin/metronidazol müalicəsinə əlavə olaraq. Bağırsağın disbakteriozu. Qıcıqlanmış bağırsaq sindromu. Uzunmüddətli enteral (zondla) qidalanma nəticəsində yaranan diareya.
Saccharomyces boulardii CNCM I-745 maya göbələyinə və ya preparatın hər hansı inqredientinə qarşı allergiya. Mərkəzi venoz kateter mövcudluğu. İmmun sistemi zəifləmiş və ya xəstəxanaya yerləşdirilmiş xəstələr. Anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiya sindromu, laktaza çatışmazlığı olan xəstələr.
Hamiləlik dövründə istifadəsinə dair kifayət qədər məlumat olmadığından, istifadəsi məsləhət deyil. Laktasiya dövründə isə yalnız fayda/risk nisbətinə əsaslanaraq istifadə olunmalıdır. Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, dərmanı qəbul etməzdən əvvəl həkiminizə müraciət edin.
Daxilə qəbul olunur. Yeni doğulmuşlarda: gün ərzində 1 paketdən çox olmamaqla. 6 yaşından kiçik uşaqlar: gündə 1 dəfə 1 paket. Böyüklər və 6 yaşdan böyük uşaqlar: gündə 1-2 dəfə 1-2 paket. Kəskin diareya: 3–5 gün. Disbakterioz və digər hallarda: 10–14 gün. Antibiotiklərlə birlikdə: gündə 2 dəfə 2 paket, antibiotikoterapiya boyu. İstifadə zamanı tozu az miqdarda suya və ya kəmşirin içkiyə qarışdırın, isti və ya alkoqollu içki ilə qarışdırmaq olmaz.