Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Erius 0, 5 mq 60 ml sirop

Məhsul Kodu : 111-06270
İstehsalçı ölkə: Belçika
13,50 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ERİUS, 0,5 mq/ml şərbət

Erius tərkibi

Təsiredici maddə:1 ml şərbətin tərkibində 0,5 mq dezloratadin vardır. Köməkçi maddələr: propilenqlikol, duru sorbitol, limon turşusu, natrium-sitrat dihidrat, dinatriumedetat, natrium-benzoat, saxaroza, ətir (№ 15864), sarı boya № 6 (Е 110), təmizlənmiş su.

İstifadəsinə göstərişlər:

 Böyüklərdə, yeniyetmələrdə və 1 yaşa qədər uşaqlarda allergik rinitin simptomlarını (allergiya nəticəsində, məsələn, mövsümi rinokonyunktivit və ya toz gənəsinə olan allergiya  zamanı yaranan burun yollarının iltihabı) yüngülləşdirmək ücün. Bu simptomlara asqırma, qaşınma və burun axması, damağın qaşınması, gözlərin qaşınması və qızarması, gözyaşı axması aiddir. Övrə ilə bağlı simptomların yüngülləşdirilməsi üçün (allergiya səbəbindən yaranan dəri xəstəliyi). Bu simptomlara qaşınma və səpgi də aiddir. Erius bu simptomları bütün gün ərzində yüngülləşdirir, normal gündəlik fəaliyyəti və yuxunu bərpa etməyə kömək edir.

Əks göstərişlər:

 Dezloratadinə, loratadinə və ya preparatın köməkci maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Erius istifadə qaydası, dozası

Qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir: Uşaqlar: 1 yaşdan 5 yaşa qədər - gündə 1 dəfə 2,5 ml şərbət (1,25 mq dezloratadin); 6 yaşdan 11 yaşa qədər- gündə 1 dəfə 5 ml şərbət (2,5 mq dezloratadin); Вöyüklər və yeniyetmələr ( 12 yaş): gündə 1 dəfə 10 ml şərbət (5,0 mq dezloratadin). Fasiləli (intermittəedici) allergik rinitin (simptomların həftədə 4 gündən az olması və ya 4 həftədən az olması) müalicəsini anamnez məlumatlarını nəzərə almaqla həyata keçirmək: simptomlar aradan qalxandan sonra müalicəni dayandırmaq və simptomların təkrar meydana çıxmasından sonra bərpa etmək lazımdır. Davamlı (persistəedici) allergik rinit zamanı (simptomların həftədə 4 gündən çox olması və ya 4 həftədən çox olması) müalicəni allergenlə kontaktın bütün dövrü ərzində davam etdirmək lazımdır. Əgər dərmanın gəbulunu buraxmısınızsa, dərhal qəbul edin. Sonra Eriusun qəbulunu öz vaxtında davam etdirin. Buraxılmış dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Uşaqlar. 1 yaşına qədər uşaqlarda  təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Məlumatlar yoxdur. 1 yaşından 17 yaşa kimi dezloratadinin istifadəsinin effektivliyi haqqında klinik tədqiqatlarda məhdud təcrübə var. 2 yaşa qədər əksər rinitlər infeksion mənşəlidir və infeksion rinitlərin Erius preparatı ilə müalicəsi haqqında məlumat yoxdur. Yaşlı pasiyentlər. Yaşlı pasiyentlərdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Böyrəklərinin funksiyası pozulmuş pasiyentlər. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə Erius ehtiyatla istifadə olunmalıdır. Qaraciyərin funksional pozğunluğu olan pasiyentlər. Qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə Erius preparatının istifadəsinə dair məlumat yoxdur.

Prepared by  T-Soft E-Commerce.