Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml oral məhlulun tərkibində 0,5 mq (0,5 mq/ml) dezloratadin vardır. Köməkçi maddələr: natrium benzoat, natrium saxarin, sorbitol, propilenqlikol, susuz limon turşusu, hidroksietilsellüloza, susuz natrium sitrat,portağal aromatizatoru, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Allergik rinitin, dərinin allergik reaksiyalarının simptomatik müalicəsi.
Əks göstərişlər:
Eslorat NORMON preparatını aşağıdakı hallarda qəbul etməyin. Desloratadinə, Loratadinə, yaxud Eslorat NORMON preparatının hər hansı bir inqrediyentinə qarşı yüksək həssaslıq. 1 yaşından aşağı uşaqlara istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Əgər Siz hamiləsinizsə, yaxud körpənizi əmizdirirsinizsə və ya hamilə olmağınıza şübhəlisinizsə, eləcə də hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Eslorat NORMON preparatının qəbulu məsləhət görülmür. Fertillik Kişi və ya qadın fertilliyinə təsiri barədə məlumat mövcud deyil.
Bu preparatı həmişə həkiminiz və yaxud əczaçının dediyi kimi qəbul edin. Əgər əmin deyilsinizsə, həkiminiz və yaxud əczaçıdan soruşun. Uşaqlar 1-5 yaşlı uşaqlar: Məsləhət görülən doza 2,5 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. 6-11 yaşlı uşaqlar Məsləhət görülən doza 5 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. Böyüklər və yeniyetmələr (12 yaş və bu yaşdan yuxarı) Məsləhət görülən doza 10 ml gündə bir dəfə ölçü qaşığı ilə qəbul olunmuş oral məhlul. Oral ölçü şprisi oral məhlul flakonu ilə təmin olunduğu hallarda, Siz alternativ olaraq uyğun oral məhlulun qəbulu üçün istifadə edə bilərsiz. Bu dərman oral qəbul üçündür. Oral məhlulu qəbul edin və sonra üstündən bir az su için. Siz bu preparatı qida ilə və yaxud onsuz qəbul edə bilərsiniz. Sizin əziyyət çəkdiyiniz allergik rinitin tipini müəyyənləşdirməklə, həkiminiz Eslorat NORMON preparatı ilə müalicə müddətini təyin edəcək. Əgər Sizdə allergik rinit fasilələrlə davam edirsə, (simptomları həftədə azı 4 dəfə, yaxud 4 həftədə bir dəfə baş verirsə) həkiminiz xəstəliyin gedişatına müvafiq müalicə cədvəli təyin edəcək. Əgər Sizdə allergik rinit dayanıqlıdırsa (simptomları həftədə 4 dəfədən çox, yaxud 4 həftədə bir dəfədən çox baş verirsə), həkiminiz müalicənin uzun müddət davam etdirilməsini məsləhət görəcək. Köpüşüklər olan halda müalicə müddəti xəstələrdə fərdi olduğundan həkimin təlimatlarına əməl edin. Eslorat NORMON preparatının qida və maye ilə qəbulu Eslorat NORMON qida ilə və yaxud onsuz qəbul edilə bilər. Eslorat NORMON alkoqol ilə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz dozanı vaxtında qəbul etməyi unudmusunuzsa, o halda xatırlayan kimi dozanı mümkün qədər tez qəbul edin və sonra doza cədvəlinə əməl edin. Yaddan çıxmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi dayandırırsınızsa Əgər Sizin bu preparatla əlaqəli hər hansı bir sualınız varsa həkiminizdən, yaxud əczaçıdan soruşun.