Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ESLORAT NORMON 5MG N20 TB

Məhsul Kodu : 111-23363
İstehsalçı ölkə: Ispaniya
5,47 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ESLORAT NORMON, 5 mq örtüklü tabletlər

ESLORAT NORMON tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq dezloratadin vardır.

İstifadəsinə göstərişlər

Allergik rinitin, dərinin allergik reaksiyalarının simptomatik müalicəsi.

Əks göstərişlər

Eslorat NORMON preparatını aşağıdakı hallarda qəbul etməyin. Desloratadinə, Loratadin ə, yaxud Eslorat NORMON preparatının h ər hansı bir inqrediyentin ə qarşı yüks ək h əssaslıq. 12 yaşa q ədər uşaqlar (Eslorat NORMON 12 yaşdan yuxarı uşaq v ə yeniyetmələrdə və böyüklərdə istifadə olunur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamil əsinizsə, yaxud körp ənizi əmizdirirsinizsə və ya hamil ə olmağınıza şübhəlisinizsə, el əcə də hamiləliyi planlaşdırırsınızsa, bu preparatı q əbul etm əzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə Eslorat NORMON preparatının qəbulu məsləhət görülmür. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri Məsləhət görülmüş dozalarda Eslorat NORMON preparatının sayıqlığın z əifləməsinə, yaxud yuxululuğa səbəb olması gözlənilmir. Ancaq nadir hallarda b əzi insanlarda mürgüləmə ola bilər ki, bu da onların sürücülük və mexanizmləri idarəetmə qabiliyətinə təsir edə bilər.

ESLORAT NORMON istifadə qaydası və dozası

Bu preparatı həmişə həkiminiz dediyi kimi qəbul edin. Əgər Sizdə əminlik yoxdursa, həkiminizdən və ya əczaçıdan soruşun. Böyüklər və yeniyetmələr (12 yaş və yuxarı): gündə bir dəfə bir tablet. Tableti bütöv halda su ilə, qida qəbulu zamanı və yaxud onsuz qəbul edin.

Sizin əziyyət çəkdiyiniz allergik rinitin tipini müəyyənləşdirməklə, həkiminiz Eslorat NORMON preparatı ilə müalicə müddətini təyin edəcək. Əgər Sizdə allergik rinit fasil ələrlə davam edirsə (simptomları h əftədə azı 4 d əfə, yaxud 4 h əftədə bir d əfə baş verirs ə), həkiminiz x əstəliyin gedişinə müvafiq müalic ə rejimi təyin ed əcək. Əgər Sizd ə allergik rinit dayanıqlıdırsa (simptomları h əftədə 4 d əfədən çox, yaxud 4 h əftədə bir d əfədən çox baş verirs ə), həkiminiz müalicənin uzun müddət davam etdirilməsini məsləhət görəcək. Köpüşüklər olan halda müalic ə müddəti xəstələrdə fərdi olduğundan həkimin təlimatlarına əməl edin.

Eslorat NORMON preparatının qida və maye ilə qəbulu Eslorat NORMON qida ilə və yaxud onsuz qəbul edilə bilər. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz dozanı vaxtında q əbul etməyi unutmusunuzsa, o halda xatırlayan kimi dozanı mümkün qədər tez q əbul edin v ə sonra doza c ədvəlinə əməl edin. Yaddan çıxmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər Siz Eslorat NORMON preparatını qəbul etməyi dayandırırsınızsa Əgər Sizin bu preparatla əlaqəli h ər hansı bir sualınız varsa h əkiminizdən, yaxud əczaçıdan soruşun.

Əəlavə təsirləri Bütün dig ər d ərman preparatları il ə baş ver ə bildiyi kimi, Eslorat NORMON preparatının istifadəsi zaman əlavə təsirlər baş ver ə bilər, baxmayaraq ki, bunlara h ər bir adamda rast gəlinməyə bilər. Böyüklərdə Eslorat NORMON preparatının əlavə təsirləri plasebo ilə aparılan əlavə təsirlərlə eyni olmuşdur. Amma ən çox rast g ələn əlavə təsirlərin yorğunluq, ağızda quruluq və başağrısı olması haqda m əlumatlar vardır ki, bu da plasebodan fərqlidir. Yeniyetmələrdə əlavə təsir kimi başağrısının ən çox baş verməsi haqda məlumatlar vardır.

Eslorat NORMON preparatının satışı müddətində kəskin allergik reaksiyalar (tənəffüsdə çətinlik, səsli t ənəffüs, qaşınma, köpüşük və şişkinlik) və səpginin nadir hallarda olması m əlumatları vardır. Ürək ritmind ə səyrimə, ürəkdöyünmə, mədə ağrısı, ürəkbulanma, qusma, mədədə diskomfort, ishal, başgicəllənmə, yuxululuq, çətin yuxuya getm ə, əzələ ağrısı, hal üsinasiyalar, qıcolmalar, narahatçılıq ilə yanaşı bədən hərəkətlərinin artması, qara ciyərin iltihabı və qara ciyər testlərinin qeyri-normal olması haqda nadir hallarda məlumatlar vardır. Əgər Sizdə hər hansı əlavə təsir baş verərsə, lütfən, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Bu əlavə təsirlərə bu içlik vərəqəsində qeyd olunmayan mümkün əlavə təsirlər də aiddir.

Prepared by  T-Soft E-Commerce.