Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 örtüklü tabletin tərkibində 5 mq dezloratadin vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, talk, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat, krospovidon. Örtük: göy opadri 85F20400 (polivinil spirti, makroqol, titan dioksid, talk, indiqokarmin alüminium lakı).
İstifadəsinə göstərişlər:
- Mövsüm pollinoz və bütün ilboyu davam edən allergik rinit (asqırmanın, burundan selik ifrazının aradan qalxması və ya yüngülləşməsi, burunun qaşınması və ya tutulması, gözlərin qaşınması və qızarması, gözlərin sulanması, damaq qaşınması);
- xroniki idiopatik övrə (dəri qaşınmasının və səpgisinin azalması və aradan qalxması).
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı preparatın istifadəsinə dair klinik məlumatlar olmadığı üçün bu dövrdə onun istifadəsi əks göstərişdir. Dezloratadin ana südünə nüfuz etdiyi üçün laktasiya dövründə preparatdan istifadə etmək olmaz.
Eslotin qida qəbulundan asılı olmayaraq sutkada 1 dəfə 5 mq dozada daxilə qəbul edilir. Tableti çeynəmədən, bütöv halda və su ilə udmaq lazımdır.