Sevimlilərə əlavə edin
Paylaşın

Esom 40 Mq N28 Kapsul

Məhsul Kodu : 111-53407
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
12,07 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Esom, 40 mq enterik örtüklü mikropellet kapsullar

Esom tərkibi

Təsiredici maddə: 1 kapsulda 40 mq ezomeprazola ekvivalent miqdarda 43,4 mq ezomeprazol maqnezium dihidrat vardır.

Əks göstərişlər 

Təsiredici maddəyə, benzimidazol törəmələrinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.  
Ezomeprazol atazanavir və nelfinavirlə birlikdə istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi  

Hamiləlik  
Preparatı hamilə qadınlara təyin edərkən ehtiyatlı olmaq lazımdır. Hamilə qadınlarda preparatın istifadəsinə dair məlumatlar məhduddur. 
Hamilə qadınlara aid az miqdarda məlumatlarda (300-1000 hamiləliklə nəticələnən) ezomeprazolun döldə heç bir qüsur törətmədiyi və ya dölə və ya yenidoğulmuşa toksik təsir göstərmədiyi qeyd olunur.  
Laktasiya dövrü 
Ezomeprazol laktasiya dövründə istifadə edilməməlidir.  
Fertillik  
Heyvanlar üzərində omeprazolun rasemik qarışığının oral istifadəsi ilə aparılan tədqiqatlar zamanı fertilliyə heç bir təsir aşkar edilməmişdir.

İstifadə qaydası və dozası 

Böyüklər  
Qastroezofageal reflüks xəstəliyi (QERX)  
Eroziv reflüks ezofagitin müalicəsi  
4 həftə müddətində gündə 1 dəfə 40 mq.  
Ezofagiti sağalmayan və ya daimi simptomları olan xəstələr üçün əlavə 4 həftəlik müalicə tövsiyə olunur.  
Peptik xoraların təkrar qanaxmasının v/d induksiyalaşdırılmış profilaktikasından sonra uzunmüddətli müalicəsi  
Peptik xoraların təkrar qanaxmasının venadaxili induksiyalaşdırılmış profilaktikasından sonra 4 həftə ərzində gündə 1 dəfə 40 mq.  
Zollinger-Ellison sindromunun müalicəsi  
Tövsiyə olunan başlanğıc doza gündə 2 dəfə 40 mq Esom təşkil edir. Sonra fərdi olaraq, dozaya düzəliş etmək və müalicəni klinik göstərişə müvafiq müddət ərzində davam etdirmək lazımdır. Mövcud klinik məlumatlara əsasən əksər xəstələrə gündə 80-160 mq ezomeprazolla nəzarət etmək olar. Gündə 80 mq-dan yüksək dozaların istifadəsi zamanı dozanı bölərək gündə 2 dəfəyə qəbul etmək lazımdır.  
Xüsusi xəstə qrupları  
Böyrəklərin funksiyası pozulmuş xəstələr  
Böyrəklərin funksiyası pozulmuş xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur.  
Ağır böyrək çatışmazlığı olan xəstələrdə preparatın istifadə təcrübəsi məhdud olduğundan belə xəstələri ehtiyatla müalicə etmək lazımdır. 
Qaraciyərin funksiyası pozulmuş xəstələr  
Qaraciyərin yüngül və orta dərəcəli çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur.  Ağır qaraciyər çatışmazlığı olan xəstələr üçün Esom 20 mq maksimal dozası aşılmamalıdır.  
Yaşlı xəstələr 
Yaşlı xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur.  
Pediatrik xəstələr  
12 yaşdan etibarən yeniyetmələr 
Qastroezofageal reflüks xəstəliyi (QERX)  
Eroziv reflüks ezofagitin müalicəsi  
4 həftə müddətində gündə 1 dəfə 40 mq.  
Ezofagiti sağalmayan və ya daimi simptomları olan xəstələr üçün əlavə 4 həftəlik müalicə tövsiyə olunur.  
İstifadə qaydası 
Kapsulları bütöv halda maye ilə içərək qəbul etmək lazımdır. Kapsulları əzmək və çeynəmək olmaz. Udma ilə bağlı çətinliyi olan xəstələr üçün kapsullar yarım stəkan karbonatlaşdırılmamış su ilə qarışdırılaraq qəbul edilə bilər. Digər mayelər istifadə edilməməlidir, belə ki, enterik örtük həll ola bilər. O vaxta qədər qarışdırmaq 
lazımdır ki, kapsullar dağılsın və qranullu mayeni dərhal və ya 30 dəqiqə ərzində içmək lazımdır. Stəkanı yarım stəkan su ilə yaxalamaq və suyu içmək lazımdır. Qranullar əzilməməli və çeynənilməməlidir.     

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-53407

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce