Sevimlilərə əlavə edin
Paylaşın

Espumizan 40 Mg N25 Cap

Məhsul Kodu : 111-05940
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
5,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Espumizan, 40mq yumşaq kapsullar

Espumizan, beynəlxalq patentləşdirilməmiş adı: Simeticone

Espumizan tərkibi

Təsiredici maddə: 1 yumşaq kapsulun tərkibində 40 mq simetikon vardır.

İstifadəsinə göstərişlər

Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər zamanı, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda simptomatik müalicə üçün. Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması. Espumizan kapsullar 6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.

Əks göstərişlər

Simetikona, "günəş qürubu" sarısına FCF (E110), metilparahidroksibenzoata (E218) və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməməzliyi, 6 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Simetikonun təsir mexanizmi və mədə-bağırsaq traktından orqanizmə əhəmiyyətsiz dərəcədə sorulması ilə əlaqədar olaraq hamiləlik və laktasiya dövründə Espumizan kapsullarının istifadəsi nəticəsində negativ təsirlərin yaranmasından qorxmaq lazım deyil. Espumizan kapsullarının hamilələrdə istifadəsi haqqında heç bir klinik məlumat mövcud deyil.

Pediatriyada istifadəsi

Espumizan kapsullarının 6 yaşdan kiçik uşaqlarda və körpələrdə istifadəsi tövsiyə edilmir. Satışda bunun üçün digər dərman formaları var.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Espumizan kapsulları nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir göstərir.

Espumizan istifadə qaydası

Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda müalicə üçün: 6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər – 2 kapsul (80 mq simetikona müvafiqdir) gündə 3-4 dəfə. Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması üçün: Müayinənin aparılmasından 1 gün əvvəl 2 kapsul gündə 3 dəfə (240 mq simetikona müvafiqdir), Müayinə günü səhər saatlarında 2 kapsul (80 mq simetikona müvafiqdir). Espumizan kapsulları yemək zamanı və ya yeməkdən sonra, ehtiyac yarandıqda yuxuya getməzdən əvvəl qəbul edin. Qeyd: Espumizan kapsulları əməliyyatdan sonra da qəbul etmək olar. Preparat şikayətlər aradan qaldırılana qədər qəbul edilməlidir. Ehtiyac olduğu halda uzun müddət ərzində qəbul edilə bilər. Əgər müalicə effektinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, bu barədə müalicə həkiminizə və ya əczaçıya məlumat verin. Əgər Siz Espumizan kapsulunun qəbulunu unutmuşsunuzsa, buraxılmış dozanı istənilən vaxt qəbul edə bilərsiniz. Əgər preparatın istifadəsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05940

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce