Sevimlilərə əlavə edin
Paylaşın

Essensial N 50 Mq 5 ml N5 Ampul

Məhsul Kodu : 111-06040
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
20,17 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

ESSENSİALE  N, venadaxili yeridilmə üçün məhlul

Essensiale N tərkibi

 Təsiredici maddə: 5 ml məhlulun tərkibində vardır: 93% (3-sn-fosfotidil) xolin olan soya  paxlalarının qurudulmuş substansiyasından əldə edilmiş fosfatidilxolin:  sinonimlər – essensial fosfolipidlər, EPL  250 mq. Köməkçi maddələr:dezoksixol turşusu, natrium hidroksid, benzil spirti, natrium xlorid, riboflavin, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Qaraciyərin piy degenerasiyası (həmçinin, şəkərli diabet zamanı); kəskin və xroniki hepatitlər, qaraciyər sirrozu, qaraciyər hüceyrələrinin nekrozu, qaraciyər koması və prekoma, qaraciyərin toksiki zədələnmələri; gestoz; əməliyyatdan əvvəlki və sonrakı müalicə, xüsusilə də hepatobiliar sahə tərəfində aparılan cərrahi əməliyyatlar; psoriaz; radiasion sindrom.

Əks göstərişlər:

 - Fosfatidilxolinə, soyaya, araxisə, soya paxlalarına və ya preparatın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq (ağır allergik reaksiyaların inkişafı riski ilə bağlı). 3 yaşa qədər uşaqlar (vaxtında və ya vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda tərkibində etil spirti olan preparatların istifadəsi onlarda fatal asfiksiya sindromunun inkişafı ilə əlaqəli olmuşdur).

Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Essensiale N preparatı hamiləlik zamanı yalnız həkim nəzarəti altında istifadə olunmalıdır (hamilə qadınlarda sübutlu və nəzarətli tədqiqatların nəticələri mövcud deyil). Preparatın tərkibində plasentar baryerdən nüfuz edə bilən benzil spirti olduğu üçün hamiləlik zamanı həmin preparat ehtiyat ilə istifadə olunmalıdır.  Laktasiya dövrü Bu günə qədər tərkibində soya olan preparatların laktasiya dövründə istifadəsi zamanı hər hansı bir risk aşkarlanmamışdır. Buna baxmayaraq, laktasiya dövründə olan qadınlarda müvafiq tədqiqatlar aparılmadığı üçün Essensiale N preparatının ana südü ilə qidalandırma dövründə istifadəsi tövsiyə olunmur. 

Essensiale N istifadə qaydası, dozası

 Preparat venadaxili yeridilmə üçün nəzərdə tutulmuşdur, yerli reaksiyaların inkişafı riski ilə bağlı preparatın əzələdaxili yeridilməsi tövsiyə edilmir. Digər tövsiyələr olmadığı halda, preparat ləng venadaxili gündə 1-2 ampul (5-10 ml) və ya ağır hallarda 2-4 ampul (10-20 ml) dozada yeridilməlidir. İki ampulun tərkibindəki məhlul bir dəfəyə yeridilə bilər. Digər dərman vasitələri bir şprisdə qarışdırılması yolverilməzdir. Məhlul pasientin qanı ilə 1:1 nisbətdə durulaşdırılmalıdır. Preparatın durulaşdırılması tələb olunduğu halda yalnız infuzion yeridilmə üçün nəzərdə tutulmuş 5% və ya 10%-li dekstroza məhlulu istifadə olunur, preparatın durulaşdırılmış məhlulu isə yeridilmə müddətində şəffaflığını saxlamalıdır. Preparatın elektrolit məhlulları (izitonik məhlul, Ringer məhlulu) ilə durulaşdırılması yolverilməzdir!  Parenteral yeridilmə preparatın, olduqca tez bir zamanda, peroral qəbulu ilə əlavə olunması tövsiyə edilir. 

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06040

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce