Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Eufillin 150 mq N30 tablet

Məhsul Kodu : 111-06330
İstehsalçı ölkə: Belarus
0,90 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

EUFİLLİN, 150 mq tabletlər

Eufillin Tərkibi

Təsiredici maddə:1 tabletin tərkibində 150 mq aminofillin vardır. Köməkçi maddələr:povidon, maqnezium stearat, kartof nişastası.

İstifadəsinə göstərişlər:

Xroniki obstruktiv bronxit;

 bronxial astma (bronxospazmın profilaktikası, fiziki gərginliklə bağlı astma zamanı seçim preparatı, astmanın digər formalarında əlavə vasitə kimi);

 ağciyərlərin emfizeması;

 paroksizmal gecə apnoesi (Pikvik sindromu);

 xroniki ağciyər  ürəyi

Əks göstərişlər:

 -Eufillinə, eləcə də, digər  metilksantin törəmələrinə qarşı  yüksək həssaslıq;

 kəskin fazada miokard infarktı;

 taxiaritmiya;

 hipertrofik obstruktiv kardiomiopatiya;

 kəskinləşmə fazasında mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;

 qaraciyər və/və ya böyrək funksiyalarının ağır pozulmaları;

 hipertireoz;

 epilepsiya;

 efedrinin qəbulu (uşaqlarda);

 6 yaşa qədər uşaqlar;

 yüksək turşuluqla müşayiət olunan qastrit;

 ağır arterial hiper- və hipotenziya; hemorragik insult;

gözün torlu qişasında qansızma.

Hamiləlik və laktasiya dövründə istifadəsi :

Hamiləlik zamanı eufillinin istifadəsi yenidoğulmuşun və dölün orqanizmində teofillin və kofeinin potensial təhlükəli konsentrasiyalarına səbəb ola bilər. Hamiləlik zamanı (xüsusən III trimestr) eufillin qəbul etmiş anaların yenidoğulmuşların metilksantinlərlə ehtimal edilən intoksikasiya simptomlarını nəzarət etmək üçün tibbi müşahidə olunmalarına ehtiyac vardır. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, uşaq üçün potensial riskin qiymətləndirilməsini tələb edir, preparatı yalnız ekstremal  həyati göstərişlər üzrə təyin etmək olar.

Eufillin istifadə qaydası, dozası

 Tabletlər yeməkdən sonra çoxlu miqdarda su ilə daxilə qəbul edilir. Dozanı klinik cavab və  qan zərdabında eufillinin stabil konsentrasiyasını nəzərə almaqla hər pasiyentin fərdi xüsusiyyətlərinə müvafiq seçmək lazımdır.  Doza ideal bədən çəkisinə əsaslanaraq hesablanır (belə ki, preparat piy toxumasında yayılmır). Böyüklərdə daxilə 150 mq gündə 3-4 dəfə istifadə edilir. 6 yaşdan yuxarı uşaqlara 7-10 mq/kq hesabı ilə sutkada 4 qəbul üçün təyin edilir. Böyüklər üçün eufillinin yüksək dozası 500 mq; sutkalıq dozası 1500 mq-dır. 6 yaşdan yuxarı uşaqlara ən yüksək dozaları: birdəfəlik 7 mq/kq; sutkalıq 15 mq/kq-dır. Müalicə kursunun müddəti xəstəliyin gedişatından və preparatın mənimsənilməsindən asılı olaraq, bir neçə gündən bir neçə aya qədər ola bilər. Eufillinin toksiki effektinin azaldılması məqsədilə minimal effektiv dozanı təyin etmək lazımdır.

 

Prepared by  T-Soft E-Commerce.