Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 40 mq esomeprazol ekvivalent esomeprazol maqnezium trihidrat vardır.
Esomeprazol maqnezium gecikmiş -sərbəst buraxılan tabletlər böyüklərdə aşağıdakı xəstəliklərin müalicəsində istifadə üçün göstərişdir: Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) • Eroziv reflüks ezofagitin müalicəsi • Sağalmış ezofaqitin residivinin qarşısının alınması üçün xəstələrin uzunmüddətli nəzarət altında saxlanılması məqsədi ilə • Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi Helicobacter Pylori-nin eradikasiyası üçün müvafiq antibakterial terpiya ilə kombinasiya şəklində − Helicobacter Pylori ilə əlaqəli duodenal xoranın müalicəsi. − Helicobacter Pylori ilə əlaqəli xoradan əziyyət çəkən pasiyentlərdə peptik xoraların residivinin qarşısının alınması üçün. Qeyri-steroid iltihab əleyhinə terapiyanın davam etdirilməsinin göstəriş olduğu pasiyentlər − Qeyri-steroid iltihab əleyhinə terapiya nəticəsində yaranmış mədə xoralarının müalicəsi − Qeyri-steroid iltihab əleyhinə preparatlarla müalicə ilə əlaqəli xora riski olan pasiyentlərdə mədə və onikibarmaq bağırsaq xoralarının profilaktikası məqsədi ilə. Zollinger-Ellison sindromunun müalicəsi Esomeprazol maqnezium gecikmiş -sərbəst buraxılan tabletlər 12 yaşdan yuxarı olan yeniyetmələrdə aşağıdakı xəstəliklərin müalicəsində istifadə üçün göstərişdir: Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) • Eroziv reflüks ezofagitin müalicəsi • Sağalmış ezofaqitin residivinin qarşısının alınması üçün xəstələrin uzunmüddətli nəzarət altında saxlanılması məqsədi ilə • Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi Helicobacter pylori -nin səbəb olduğu onikibarmaq bağırsaq xorasının müalicəsində ant ibiotiklərlə kombinasiya şəklində.
Esomeprazola, əvəz olunan benzimidazollara və ya bu dərman vasitəsinin hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq göstərilən hallarda istifadə edilməməlidir. Esomeprazol nelfinavirlə eyni vaxtda istifadə edilməməlidir.
Hamiləlik Hamiləlik zamanı esomeprazol kalsium gecikmiş-sərbəst buraxılan tabletlərin təsiri haqqında klinik məlumatlar kifayət qədər deyil. Omeprazolun rasemik qarışığının təsirinə məruz qalmış çoxsaylı hamiləliklərlə bağlı aparılan epidemioloji tədqiqatlarda anadangəlmə inkişaf qüsurları və ya fetotoksiklik aşkar olunmamışdır. Heyvanlar üzərində Esomeprazol ilə aparılan tədqiqatlarda, embrional/fetal inkişafa birbaşa və ya dolayı zərərli təsirlər göstərilməmişdir. Rasemik qarışıqla aparılan heyvan tədqiqatları hamiləlik, doğuş və doğuşdan sonrakı inkişafa birbaşa və ya dolayı zə rərli təsir göstərmir.
Hamilə qadınlara dərman preparatı ehtiyatla təyin edilməlidir. Orta hesabla 300 -dən 1000 -dək hamiləlik hallarının tədqiqatında hamilə qadınlarda ezomeprazolun istifadəsi zamanı dölün anadangəlmə inkişaf qüsurları və ya neonatal toksiklik qeyd olunmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda, reproduktiv toksikliyə birbaşa və ya dolayı zərərli təsir göstərilməmişdir. Laktsiya dövrü Esomeprazolun ana südünün tərkibinə keçib -keçmədiyi məlum deyil.
Yenidoğulmuşlarda/körpələrdə esomeprazolun effektlərinə dair kifayət qədər məlumat yoxdur. Esomeprazol südvermə zamanı istifadə edilməməlidir. Fertillik Heyvanlarda omeprazolun rasemik qarışığının tədqiqatlarının nəticələri dərmanın oral qəbulu zamanı omeprazolun məhsuldarlığa təsirinin olmadığını göstərir.
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
Böyüklər Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) − Eroziv reflüks ezofagitin müalicəsi gündə 1 dəfə 40 mq, 4 həftə. Tam sağalmamış ezofaqiti olan və davamlı simptomlara malik olan xəstələr üçün əlavə 4 həftə mualicə məsləhət görülür. − Sağalmış ezofaqitin residivinin qarşısının alınması üçün xəstələrin uzunmüddətli nəzarət altında saxlanılması məqsədi ilə 20 mq gündə bir dəfə. − Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi Ezofagiti olmayan xəstələrdə 20 mq gündə 1 dəfə.
Əgər 4 həftə sonra simptomlara nəzarət əldə olunmazsa, pasiyent yenidən müayinədən və müalicə təkrar olaraq nəzərdən keçirilməlidir. Simptomların aradan qalxmasından sonra simptomlara nəzarət üçün preparatı gündə 1 dəfə 20 mq qəbul etmək kifayət edir. Böyüklərdə, ehtiyac olduqda, gündə 20 mq doza Esomeprazol da istifadə etmək olar. QSİƏP-lərlə müalicə almış mədə və onikibarmaq bağırsaq xorası riski olan pasiyentlərdə simptomlara nəzarət üçün ehtiyaca görə qəbul edilməsi məsləhət görülmür.
Helicobacter pylori-nin eradikasiyası üçün antibakterial müalicə ilə kombinasiyada − Helicobacter pylori-nin səbəb olduğu duodenal xoranın müalicəsi və − Helicobacter pylori-nin səbəb olduğu xoralardan əziyyət çəkən pasiyentlərdə peptik xoraların residiv verməsinin qarşısını almaq məqsədi ilə 20 mq Esomeprazol maqnesium gecikmiş -sərbəst buraxılan tabletlər, 1 q amoksisillin və 500 mq klaritromisin, hər biri gündə 2 dəfə 7 gün ərzində təyin edilir. Qeyri-steroid iltihab əleyhinə terapiyanın davam etdirilməsinin göstəriş olduğu pasiyentlər − Qeyri-steroid iltihab əleyhinə terapiya nəticəsində yaranmış mədə xoralarının müalicəsi Adi doza gündə 1 dəfə 20 mq dozada Esomeprazol təşkil edir. Müalicə müddəti 4-8 həftə təşkil edir. Qeyri-steroid iltihab əleyhinə preparatlarla müalicə ilə əlaqəli xora riski olan pasiyentlərdə mədə və onikibarmaq bağırsaq xoralarının profilaktikası məqsədi ilə: Gündə 1 dəfə 20 mq doza Esomeprazol.
Zollinger-Ellison sindromunun müalicəsi Məsləhət görülən başlanğıc doza gündə iki dəfə esomeprazol maqnezium 40 mq gecikmiş-sərbəst buraxılan tablet təşkil edir. Doza sonradan fərdi olaraq uyğunlaşdırılır və müalicə klinik göstəriş olduqca davam etdirilməlidir. Klinik göstəricilərə əsaslanaraq, əksər pasiyentlərə gündəlik 80-160 mqa qədər esomep razol ilə nəzarət oluna bilər. Gündəlik doza 80 mq -dan artıq olarsa, doza bölünərək gündə iki dəfə qəbul edilməlidir.
Xüsusi qrup pasiyentlərdə istifadəsi Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə itifadəsi barədə məhdud təcrübə olduğu üçün belə pasiyentlərə preparat ehtiyatla təyin olunmalıdır. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər funksiyasının yüngül və orta dərəcəli pozulması olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı olan xəstələrə esomeprazol maqnezium gecikmiş sərbəst buraxılan tabletlərin maksimal sutkalıq dozası 20 mq-dan artıq olmamalıdır.
Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Pediatrik qrup pasiyentlər 12 yaşdan yuxarı yeniyetmələr Qastroezofaqeal reflüks xəstəliyi (QERX) -Eroziv reflüks-ezofaqitin müalicəsi zamanı: gündə 1 dəfə 40 mq esomeprazol, 4 həftə. Tam sağalmamış ezofaqiti olan və davamlı simptomlara malik olan xəstələr üçün əlavə 4 həftə mualicə məsləhət görülür. Sağalmış ezofaqitin residivinin qarşısının alınması üçün xəstələrin uzunmüddətli nəzarət altında saxlanılması məqsədi ilə Gündə bir dəfə 20 mq esomeprazol -Qastro-ezofageal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi Ezofaqiti olmayan pasiyentlərdə 20 mq gündə 1 dəfə.
Əgər 4 həftə sonra simptomlara nəzarət əldə olunmazsa, pasiyent yenidən müayinə olunmalı və müalicə təkrar olaraq nəzərdən keçirilməlidir. Simptomların aradan qalxmasından sonra simptomlara nəzarət ü çün preparatı gündə bir dəfə 20 mq qəbul etmək kifayət edir. Helicobacter pylori-nin eradikasiyası üçün antibakterial müalicə ilə kombinasiyada − Helicobacter pylori-nin səbəb olduğu duodenal xoranın müalicəsi və − Helicobacter pylori-nin səbəb olduğu xoralardan əziyyət çəkən pasiyentlərdə peptik xoraların residiv verməsinin qarşısını almaq məqsədi ilə 20 mq Esomeprazol maqnesium gecikmiş -sərbəst buraxılan tabletlər, 1 q amoksisillin və 500 mq klaritromisin, hər biri gündə 2 dəfə 7 gün ərzində təyin edilir. Helicobacter pylori-nin səbəb olduğu onikibarmaq bağırsaq xorasının müalicəsində Müvafiq kombinəolunmuş müalicə seçərkən bakterial rezistentlik, müalicə müddəti (adətən 7 gün, bəzi hallarda 14 günə qədər ola bilər) üzrə rəsmi milli, regional və lokal təlimat, uyğun olan antibakterial dərmanların müvafiq şəkildə istifadə edilməsi kimi amillər nəzərə alınmalıdır.
Müalicə təcrübəli mütəxəssis tərəfindən nəzarət altında saxlanılmalıdır. Tövsiyə olunan dozalanma rejimi Çəki Dozalanma rejimi 30-40 kq İki antibiotiklə kombinasiya: bədən kütləsinin hər kq-na 7,5 mq (7,5 mq/kq) klaritromisin, 20 mq Esomeprazol maqnesium gecikmiş-sərbəst buraxılan tablet və 750 mq amoksisillin bir həftə ərzində gündə iki dəfə eyni zamanda qəbul edilir. > 40 kq İki antibiotiklə kombinasiya: 500 mq klaritromisin, 20 mq Esomeprazol maqnesium gecikmiş-sərbəst buraxılan tablet və 1 q amoksisillin bir həftə ərzində gündə iki dəfə eyni zamanda qəbul edilir.