Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FEKSOFEN-SANOVEL 180MG N20 TB

Məhsul Kodu : 111-01237
7,42 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FEKSOFEN-SANOVEL, 180 mq örtüklü tabletlər

FEKSOFEN-SANOVEL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 180 mq Feksofenadin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda xroniki idiopatik övrənin qızartı və dəri qaşınması kimi simptomlarının müalicəsi.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. 12 yaşa qədər uşaqlarda istifadəsi (effektivliyi və təhlükəsizliyi müəyyən edilmədiyi üçün).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Feksofenadinin hamilə və süd verən analar arasında effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar yoxdur. Feksofenadin hamiləlik zamanı yalnız o halda təyin olunur ki ana üçün potensial fayda döl üçün mümkün riski ötsün. Laktasiya dövründə istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Məlum olan əlavə təsirlərin farmakodinamik profilinə əsasən güman etmək olar ki, feksofenadin hidroxloridinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri az ehtimal edilir. Obyektiv sınaqların keçirilməsi zamanı göstərilmişdir ki, feksofenadin MSS funksiyasına əhəmiyyətli təsir göstərmir. Bununla belə, dərman vasitəsinə qeyri-standart reaksiyaya malik olan həssas xəstələri aşkar etmək üçün diqqətin konsentrasiyasını tələb edən işə başlamazdan əvvəl fərdi reaksiyanı yoxlamaq tövsiyə edilir.

FEKSOFEN-SANOVEL istifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda feksofenadinin məsləhət görülən dozası gündə 1 dəfə yeməkdən əvvəl 180 mq təşkil edir. İstifadə qaydası Tabletlər daxilə qəbul edilir. Feksofenadinin qəbuluna 15 dəqiqə qalmış tərkibində alüminium və maqnezium hidroksid olan antasid preparatların qəbulu onun biomənimsənilməsinin azalmasına səbəb olur (ehtimal edilir ki, mədə-bağırsaq sistemində birləşməsinin nəticəsində). Feksofenadinlə antasidlər arasındakı məsləhət görülən interval 2 saatdan az olmamalıdır.

Risk qrupuna aid olan pasiyentlər Qaraciyər funksiyasının pozulması zamanı istifadəsi Xroniki qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə etmək lazımdır. Dozalanma rejiminin korreksiyası tələb olunmur. Böyrək funksiyasının pozulması zamanı istifadəsi Xroniki böyrək çatışmazlığı zamanı ehtiyatla istifadə etmək lazımdır. Dozalanma rejiminin korreksiyası tələb olunmur.

Uşaqlarda istifadəsi 12 yaşdan aşağı uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməyib. Yaşlı pasiyentlər istifadəsi Yaşlı pasiyentlərdə preparat ehtiyatla təyin edilməlidir (bu kateqoriyadan olan pasiyentlərdə istifadəsinin klinik təcrübəsi kifayət qədər deyil). Dozalanma rejiminin korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.