Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FENKAROL 10MG N10 TB

Məhsul Kodu : 111-25704
İstehsalçı ölkə: Latviya
4,86 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FENKAROL, 10 mq; 25 mq; 50 mq tabletlər

FENKAROL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 25 mq və ya 50 mq xifenadin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem, dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Hamiləliyin ilk 3 ayında istifadəsi əks göstərişdir, eləcə də hamiləliyin qalan dövrlərində də istifadə etmək məsləhət görülümr. Laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Eləcə də hamiləliyin qalan dövrlərində də istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sürətli fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu təyin etmək (qısamüddətli təyinat yolu ilə) lazımdır. Sedativ təsir təzahür edən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.

FENKAROL istifadə qaydası və dozası

Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir. Fenkarol 25 mq tabletlər və Fenkarol 50 mq tabletlər Böyüklər 25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq-dır. Yeniyetmələr (12-18 yaş) 25 mq gündə 2-3 dəfə qəbul edilir.

Müalicə kursunun müddəti 10-20 gün təşkil edir. Ehtiyac olduqda, kurs təkrarlanır. Fenkarol 10 mq tabletlər (uşaqlar üçün) 3 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. 2-3 yaşlı uşaqlara 5 mq (½ tablet) gündə 2-3 dəfə təyin edilir.

3-7 yaş uşaqlarda 10 mq (1 tablet) gündə 2 dəfə. 7-12 yaş uşaqlarda 10-15 mq (1-1 ½ tablet) gündə 2-3 dəfə. Yeniyetmələrə (12-18 yaş) 25 mq-lıq Fenkarol tabletlərini qəbul etmək məsləhət görüıür. Məsləhət görülən sutkalıq dozanı 4 qəbula bölmək olar.

Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda müalicə kursunu təkrar etmək olar. Fenkarol 2 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır. Preparatən qəbulu unudulduqda, bunu xatırlayan kimi tableti qəbul etmək lazımdır, lakin növbəti qəbulun vaxtı yaxınlaşdığı zaman qəbul etmək olmaz.

Heç vaxt ikiqat doza qəbul etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.