Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq, 25 mq və ya 50 mq xifenadin hidroxlorid vardır. Köməkçi maddələr:10 mq və 25 mq tabletlər: saxaroza, kartof nişastası, kalsium stearat. 50 mq tabletlər: saxaroza, kartof nişastası, modifikasiya olunmuş qarğıdalı nişastası, kalsium stearat.
İstifadəsinə göstərişlər:
Pollinoz, kəskin və xroniki övrə, allergik rinit, allergik konyunktivit, angionevrotik ödem, dermatozlar (ekzema, neyrodermit, dəri qaşınması və s.), dərman vasitələrinin və ya qida məhsullarının qəbulu ilə əlaqədar allergik reaksiyalar.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Hamiləliyin ilk 3 ayında istifadəsi əks göstərişdir, eləcə də hamiləliyin qalan dövrlərində də istifadə etmək məsləhət görülümr. Laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Ürək-qan damar sisteminin, mədə-bağırsaq traktının, qaraciyər və/və ya böyrəklərin ağır xəstəlikləri zamanı ehtiyatla istifadə etmək lazımdır. Tabletlərin tərkibində saxaroza vardır. Preparatı fruktozaya qarşı nadir irsi dözümsüzlüyü, qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı olan pasiyentlərdə istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin ilk 3 ayı və laktasiya dövründə istifadəsi əks göstərişdir. Eləcə də hamiləliyin qalan dövrlərində də istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Sürətli fiziki və ya psixi reaksiyalar tələb edən fəaliyyət növü ilə (nəqliyyat sürücüləri və s.) məşğul olan şəxslərə preparatın sedativ təsirinin olub-olmamasını yoxlamaq üçün qısa müddətli qəbulunu təyin etmək (qısamüddətli təyinat yolu ilə) lazımdır. Sedativ təsir təzahür edən şəxslərə nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.
Fenkarol yeməkdən dərhal sonra daxilə qəbul edilir. Fenkarol 25 mq tabletlər və Fenkarol 50 mq tabletlər Böyüklər 25-50 mq gündə 2-4 dəfə. Maksimal sutkalıq doza 200 mq-dır. Yeniyetmələr (12-18 yaş) 25 mq gündə 2-3 dəfə qəbul edilir. Müalicə kursunun müddəti 10-20 gün təşkil edir. Ehtiyac olduqda, kurs təkrarlanır. Fenkarol 10 mq tabletlər (uşaqlar üçün) 3 yaşa qədər uşaqlarda dərman vasitəsini, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. 2-3 yaşlı uşaqlara 5 mq (½ tablet) gündə 2-3 dəfə təyin edilir. 3-7 yaş uşaqlarda 10 mq (1 tablet) gündə 2 dəfə. 7-12 yaş uşaqlarda 10-15 mq (1-1 ½ tablet) gündə 2-3 dəfə. Yeniyetmələrə (12-18 yaş) 25 mq-lıq Fenkarol tabletlərini qəbul etmək məsləhət görüıür. Məsləhət görülən sutkalıq dozanı 4 qəbula bölmək olar. Müalicə kursunun müddəti 10-15 gün təşkil edir. Ehtiyac olduqda müalicə kursunu təkrar etmək olar. Fenkarol 2 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır. Preparatən qəbulu unudulduqda, bunu xatırlayan kimi tableti qəbul etmək lazımdır, lakin növbəti qəbulun vaxtı yaxınlaşdığı zaman qəbul etmək olmaz. Heç vaxt ikiqat doza qəbul etmək olmaz.