Sevimlilərə əlavə edin
Paylaşın

Ferveks Malina N8 Paket

Məhsul Kodu : 111-07732
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
9,80 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

FERVEKS, daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz, şəkərli moruqlu

FERVEKS tərkibi

Təsiredici maddə: 1 saşedə (12,7 5q) 0,5 q parasetamol, 0,2 q askorbin turşusu, 0,025 q feniramin maleat vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə (15 yaş və yuxarı) soyuqdəymə, rinit, rinofaringit və qrip simptomlarının müalicəsi: burundan şəffaf axıntı və gözyaşarma; asqırma; başarğısı və/və ya qızdırma.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; hepatosellülyar çatışmazlıq; bağlıbucaqlı qlaukoma riski; prostat vəzin funksiyasının pozulması ilə əlaqədar sidiyin ləngiməsi riski; fruktoza keçirməzliyi, qlükoza, qalaktoza malabsorbsiya sindromu və ya tərkibində saxaroza olduğu üçün saxaraza-izomaltaza çatışmazlığından əziyyət çəkən şəxslər; son 2 həftə ərzində MAO inhibitorları qəbul edən pasiyentlər; 15 yaşa qədər uşaqlar;

Hamiləlik və laktasiya dövründə istifadəsi

Xüsusi göstərişlər və ehtiyat tədbirləri Ehtiyatla Böyrək çatışmazlığı, kəskin hepatit, qlükoza-6-fosfat dehidrogenazanın defisiti, hemolitik anemiya. İfadə olunmuş və ya davamlı qızdırma olduqda, superinfeksiya əlamətləri yarandıqda və ya 5 gün ərzində simptomlar davamlı olduqda müalicəni yenidən nəzərdən keçirmək lazımdır. Psixi asılılıq riski, yalnız məsləhət görülən dozadan artıq istifadə və uzunmüddətli müalicə zamanı yarana bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Yuxululuğun yaranma riski olduğu üçün pasiyentlər yüksək diqqət, sürətli psixi və hərəki reaksiyalar tələb edən bütün fəaliyyət növlərindən çəkinməlidirlər.

FERVEKS istifadə qaydası və dozası

Daxilə sutkada 2-3 dəfə 1 saşe qəbul edilir. Saşenin möhtəviyyatı müəyyən miqdarda isti və ya soyuq suda həll edilir. Preparatın qəbulu arasında interval 4 saatdan az olmamalıdır. Müalicənin maksimal davametmə müddəti 5 gün təşkil edir. Qripin müalicəsi üçün preparatı isti suda həll etmək və axşam qəbul etmək məsləhət görülür. Ağır böyrək çatışmazlığı zamanı (kreatinin klirensi 10 ml/dəqiqədən az) qəbullar arasında interval 8 saatdan az olmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-07732

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
Strepsils 6+ Uşaq üçün N16 Pastil
6,62 AZN -%0
6,62AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce