Sevimlilərə əlavə edin
Paylaşın

Ferveks N8 Paket

Məhsul Kodu : 111-04604
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
9,80 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

FERVEKS, daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz, limonlu  şəkərli

Ferveks tərkibi

 Təsiredici maddə:  1 saşedə (13,10 q) 0,5 q  parasetamol, 0,2 q  askorbin  turşusu, 0,025 q  feniramin  maleat  vardır. Köməkçi maddələr:saxaroza, susuz  limon  turşusu, akasiya, natrium  saxarin (E954),  Antilles* aromatizatoru. *Antilles aromatizatorunun tərkibi: maltodekstrin, α-pinen, β-pinen,  limonen, γ-terpinen,  linalol, nerol, α-terpineol, geraniol, akasiya.

İstifadəsinə göstərişlər:

 Böyüklərdə (15 yaş  və  yuxarı) soyuqdəymə, rinit, rinofaringit  və  qrip  simptomlarının müalicəsi:  burundan  şəffaf  axıntı  və  gözyaşarma; asqırma; başarğısı  və/və  ya  qızdırma.

Əks göstərişlər:

  Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq;  hepatosellülyar  çatışmazlıq; bağlıbucaqlı  qlaukoma  riski; prostat  vəzi  funksiyasının  pozulması  ilə  əlaqədar  sidiyin  ləngiməsi  riski; fruktozaya qarşı  dözümsüzlük, qlükoza-qalaktoza  malabsorbsiya  sindromu  və  ya  tərkibində saxaroza  olduğu  üçün  saxaraza-izomaltaza  çatışmazlığından  əziyyət  çəkən  şəxslər; son 2 həftə ərzində MAO inhibitorları qəbul edən pasiyentlər;  15 yaşa  qədər  uşaqlar; hamiləlik və laktasiya  dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 İstifadəsinin  təhlükəsizliyi  barədə  kifayət  qədər  məlumat  olmadığı  üçün  hamiləlik  və laktasiya  dövründə  qəbulu  məsləhət  görülmür.

Ferveks istifadə qaydası, dozası

 Sutkada  2-3 dəfə  1 saşe  daxilə qəbul  edilir. Saşenin  möhtəviyyatı  müəyyən  miqdarda  isti və  ya  soyuq  suda  həll  edilir. Preparatın  qəbulu  arasında  interval  4 saatdan  az  olmamalıdır.  Müalicənin  maksimal  davametmə  müddəti  5 gün  təşkil  edir. Qripin  müalicəsi  üçün  preparatı  isti  suda  həll  etmək  və  axşam  qəbul  etmək  məsləhət  görülür. Ağır  böyrək  çatışmazlığı  zamanı (kreatinin  klirensi  10 ml/dəqiqədən  az) qəbullar  arasında interval  8 saatdan  az  olmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04604

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce