Sevimlilərə əlavə edin
Paylaşın

Festal N20 Draje

Məhsul Kodu : 111-11789
İstehsalçı ölkə : Hindistan
1 Şərh Şərh
4,80 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Festal, bağırsaqda həll olan drajelər

Festal, beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

Festal tərkibi

Təsiredici maddə: 1 drajenin tərkibində 192 mq pankreatin (4500 TV FİP amilaza, 6000 TV FİP lipaza, 300 TV FİP proteazaya ekvivalentdir), 50 mq hemisellüloza, 25 mq öd komponentləri vardır.

İstifadəsinə göstərişlər

Həzm prosesinin pozulması, qaz əmələgəlmə, qəbizliyə meyillilik kimi hallarla göstərən aşağıdakı müxtəlif patoloji vəziyyətlər nəticəsində yaranan və öd çatışmazlığı ilə müşayiət olunan mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığı zamanı kombinə olunmuş müalicənin tərkibində:
- qaraciyərin diffuz xəstəlikləri – alkoqol və toksik mənşəli qaraciyər zədələnmələri, qaraciyər sirrozu;
- çox miqdarda öd turşularının itirilməsi (xolesistektomiya keçirmiş pasiyentlərdə);
- ödçıxarıcı yolların diskineziyası, disbakterioz və malabsorbsiya zamanı müşahidə olunan öd turşularının dövranının pozulmaları;
- xroniki qastrit, xroniki duodenit, xroniki xolesistit kimi xroniki mədə-bağırsaq traktı xəstəlikləri zamanı öd əmələgəlmə və öd ifrazı proseslərinin neyrohumoral tənziminin pozulması;
Mədə-bağırsaq funksiyası normal olan pasiyentlərdə səhv qidalanma zamanı, eyni zamanda çeynəmə funksiyası pozuntuları, uzunmüddətli məcburi immobilizasiya, oturaq həyat tərzi kimi hallarda həzmi yaxşılaşdırmaq məqsədi ilə.
Qarın boşluğu orqanlarının rentgen və ultrasəs müayinəsinə hazırlanması üçün.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, qaraciyər çatışmazlığı, qaraciyər koması və ya komaönü vəziyyət, hepatit, hiperbilirubinemiya, mexaniki sarılıq, öd daşı xəstəliyi, öd kisəsinin empieması, bağırsaq keçməzliyi, ishala meyillilik, həmçinin 3 yaşdan kiçik uşaqlar, hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pankreatinin hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi təyin olunmayıb. Festal preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.

Pediatriyada istifadəsi

3 yaşdan kiçik uşaqlarda istifadəsi əks göstərişdir. Digər hallarda uşaqlar üçün dozanı və qəbul rejimini həkim təyin etməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Festal preparatı nəqliyyat vasitələrini idarə etməyə və digər mexanizmlərlə işləməyə təsir etmir.

Festal istifadə qaydası

Preparat daxilə, çeynənmədən, yeməkdən öncə və ya dərhal sonra, az miqdarda su ilə qəbul olunur. Gündə 3 dəfə 1-2 draje təyin olunur. Daha yüksək dozalar həkim tərəfindən təyin edilir.
Uşaqların dozası və qəbul rejimi həkim tərəfindən təyin edilir.
Müalicə müddəti bir neçə gündən (səhv qidalanma zamanı həzm prosesinin pozulması) bir neçə aya və ya ilə qədər (daimi əvəzedici müalicəyə ehtiyac olduqda) dəyişə bilər.
Rentgenoloji və ya ultrasəs müayinəsindən əvvəl – müayinədən 2-3 gün öncə gündə 2-3 dəfə 2 draje.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-11789

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce