Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FIKSDUAL 5/10MG N30 TB

Məhsul Kodu : 111-19452
İstehsalçı ölkə: Türkiye
24,68 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FİKSDUAL, 5 mq/10 mq örtüklü tabletlər

FİKSDUAL tərkibi

Təsiredici maddə: 1 tabletinb tərkibində 5 mq levosetirizin dihidroxlorid, 10 mq montelukast (10,40 mq montelukast natriuma ekvivalent) vardır.

İstifadəsinə göstərişlər

Fiksdual, allergik rinit və allergik rinitlə əlaqəli astma simptomların ın aradan qaldırılması və müalicəsi üçün göstərişdir.

Əks göstərişlər

Təsiredici maddəyə, hər hansı piperazin törəmələrinə və ya tərkibindəki digər maddələrə qarşı hiperhəssaslıq; Kreatin klirensi 10 ml/dəq-dən az kəskin böyrək çatışmazlığı olan pasiyentlər. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza defisiti, qlükoza -qalaktoza malabsorbsiyası kimi nadir irsi pozğunluqları olan pasiyentlər bu dərman vasitəsini istifadə etməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyə Hamiləlik kateqoriyası: C Uşaq doğma potensialı olan qadınlar /Doğum kontrolu (Kontrasepsiya) Montelukastın uşaq doğma potensialı olan qadınlarda təsirinə dair kifayət qədər məlumat yoxdur. Hamiləlik Hamilə qadınlarda Fiksdual preparatının istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərmişdir. İnsanlar üçün potensial risk məlum deyil.

Laktasiya Montelukastın ana südü ilə xaric olub-olmadığı məlum deyil. Setirizin ana südünə ifraz olunur. Süd verən analarda Fiksdual preparatının istifadəsi tövsiyə edilmir. Reproduktivlik/Fertillik Dişi siçovullarda aparılan fertillik tədqiqatlarında, montelukastın 200 mq/ kq oral dozada qəbulu fertillik və reproduktivlik indekslərində azalmaya səbəb olmuşdur (dərman təsirinə təxmin edilən məruz qalma, gündəlik tövsiyə oluna n maksimum dozada böyüklərin AUC göstəricisinin təxminən, 70 qatını təşkil etmişdir).

Montelukastın 100 mq/kq oral dozada qəbulu zamanı qadınlarda fertillik və ya reproduktivliyə heç bir təsirinə rast gəlinməmişdir (dərman təsirinə təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksi mal dozada böyüklərin AUC göstəricisinin təxminən 20 qatını təşki l etdi). Montelukastın 800 mq/ kq-a qədər oral dozada qəbulu zamanı erkək siçovullarda fertilliyə heç bir təsiri olmamışdır (dərman təsirinə təxmin edilən məruz qalma, gündəlik tövsiyə olunan maksimum oral dozada böyüklərin AUC göstəricisinin təxminən 160 qatı idi). Heyvanlarda aparılan tədqiqatlar levosetirizinin fertilliyə təsir etmədiyini göstərmişdir. Fiksdual dərman vasitəsinin insan reproduktivliyinə təsiri barədə kifayət qədər məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərman vasitəsi nəqliyyat va sitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Amma çox nadir hallarda yuxululuq və başgicəllə nmə haqqında məlumat bildirilmişdir. Müqayisəli klinik tədqiqatlar da tövsiyə olunan dozada levosetirizinin diqqət, reflekslər və ya sürücülük qabiliyyətini zəiflətdiyinə dair heç bir dəlil aşkar edilməmişdir. Buna baxmayaraq, bəzi xəstələr levosetirizin ilə müalicə zamanı yuxululuq, yorğunluq və asteniya ilə qarşılaşa bilə r.

Bu səbəbdən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək niyyətində olan və buna məcbur qalan pasiyentlər dərman vasitəsinə qarşı yarana biləcək indvidual reaksiyalara qarşı diqqətli olmalıdır.

FİKSDUAL istifadə qaydası və dozası

15 yaş və yuxarı pasiyentlər üçün doza gündə bir tabletdir (5 mq levosetirizin dihidroxlorid və 10 mq montelukast). Ayrı-ayrı tabletlər şəklində levosetirizin və montelukast istifadə edən xəstələr onların kombinas iyası olan Fiksdual dərman vasitəsini qəbul edə bilər. Fiksdual preparatının allergik rinit və allergik mənşəli astmada müalicəvi təsiri bir gün ərzində başlayır. Xəstələrə allergik təmas dövründə də Fiksdual qəbuluna davam etmələri tövsiyə edilməlidir.

İstifadə müddəti şikayətlərin növü, müddəti və gedişatına bağlıdır. Aller gik rinitdə 3-6 həftə, qısamüddətli çiçək tozcuqlarına məruz qaldıqda 1 həftə kifayətdir. Aralıq allergik rinit (həftədə dörd gündən az və ya ildə dörd həftədən az müddət ərzində görülən simptomlar) xəstəliyə və anamnezə görə müalicə edilməlidir. S imptomlar yox olarsa, bu preparatın istifadəsi dayandırıla bilər və simptomlar yenidən meydana gələrsə preparatın qəbuluna yenidən başlana bilər.

Davamlı allergik rinit (simptomlar həftədə dörd gündən çox və ya ildə dörd həftədən çox olur) zamanı, allergenlərə məruz qaldığı müddətcə xəstəyə davamlı müalicə tövsiyə edilir. Qəbul qaydası Fiksdual tabletləri oral, bir miqdar su ilə, bölünmədən və qida qəbulundan asılı olmayaraq qəbul edilir. Xüsusi populyasiya haqqında əlavə məlumat Böyrək /Qaraciyər çatışmazlığı Doza intervalları böyrək funksiyasına uyğun, fərdi olaraq təyin edil məlidir. D ozanı cədvəldə göstərildiyi kimi tənzimləyin.

Bu doza cədvəlindən istifadə etmək üçün xəstənin kr eatinin klirensi (C Lcr) ml/dəq ilə hesablanmalıdır. C Lcr (ml/ dəq) aşağıdakı formuldan istifadə edərək zərdab kreatininin (mq/dl) təyini ilə qiymətləndirilə bilər: C Lcr = [40-yaş (il)] x bədən çəkisi (kq) (x 0,85 (qadınlar üçün)) 72 x zərdab kreatinini (mq/d L) Böyrək çatışmazlığı olan pasiyentlər üçün dozanın tənzimlənməsi Qrup Kreatinin klirensi (ml/dəq) Doza və tezlik Normal ≥ 80 1 tablet gündə 1 dəfə Yüngül 50-79 1 tablet gündə 1 dəfə Orta 30-49 2 gündə 1 dəfə 1 tablet Ağır < 30 3 gündə bir dəfə 1 tablet Böyrək xəstəliyinin son mərhələsi və < 10 Əks göstərişdir. dializdə olan pasiyentlər Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. Yüngüldən orta dərəcəyə qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur.

Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə bu preparatın istifadəsi barədə məlumat yoxdur. Pediatrik populyasiya 15 yaşdan kiçik uşaqlarda Fiksdual tabletlərin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Yaşlılar Orta ağır böyrək çatışmazlığı olan yaşlı xəstələrdə dozanın tənzimlənməsi tövsiyə olunur. Digər astma müalicələri ilə birlikdə Fiksdual ilə müalicə Fiksdual xəstənin mövcud müalicəsinə əlavə edilə bilər.

Birlikdə istifadə olunduğu müalicələrdə dozanın azaldılması Bronxodilatatorlarla müalicə Tək bronxodilatatorların istifadəsi ilə kifayət qədər nəzarət altına alına bilməyən pasiyentlərin müalicə rejiminə Fiksdual əlavə edilə bilər. Klinik cavab alındığında (adətən, ilk dozadan sonra) xəstənin bronxodilatator müalicəsi tolerə edildiyi miqdarda azaldıla bilər. İnhalyasion kortikosteroidlər İnhalyasion kortikosteroidlərlə müalicə olunan pasiyentlərdə Fiksdual is tifadəsi əlavə klinik fayda verir. Kortikosteroidin dozası tolerə edildiyi miqdarda azaldıla bilər.

Doza həkim nəzarəti altında tədricən azaldılmalıdır. Bəzi xəstələrdə, inhalyasion kortikosteroidlərin dozası tədricən tamamilə dayandırıla bilər. Bəzi xəstələrdə, inhalyasion kortikosteroidlərin əvəzinə dərhal Fiksdual ilə müalicəyə başlanmamalıdır.

Prepared by  T-Soft E-Commerce.