Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FLAGYMET 400MG N14 PAKET

Məhsul Kodu : 111-25867
28,40 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FLAGİMET, 400 mq daxilə qəbul edilən məhlul hazırlamaq üçün qranullar

FLAGİMET tərkibi

Təsiredici maddə: 1 saşedə 400 mq metronidazol vardır.

İstifadəsinə göstərişlər

FLAGYMET anaerob bakteriyalarla törədilən infeksiyaların profilaktikası və müalicəsində istifadə olunur. FLAGYMET geniş spektr patogen mikroorqanizmlərə, xüsusən, Bacteroides, Fusobacteria, Clostridia, Eubacteria, anaerob koklar və Gardnerella vaginalis qarşı aktivdir. Həmçinin, Trichomonas, Entamoeba histolytica, Giardia lamblia və Balantidium coli qarşı aktivdir. FLAGYMET böyüklərdə və uşaqlarda aşağıdakı göstərişlərdə istifadə olunur: - Cərrahi əməliyyatların infeksiyalaşmasının profilaktikası, xüsusən Bacteroides və anaerob streptokoklarla törədilən.

- Anaerob mikroorqanizmlərlə törədilən septisemiya, bakteremiya, peritonit, beyin absesi, nekrotik pnevmoniya, osteomiyelit, doğuşdan sonra infeksiyalaşma, çanaq üzvlərinin absesi, çanaq üzvlərinin cərrahiyyə əməliyyatlarının infeksiyalaşmasının müalicəsi. - Qadınlarda (trixomonal vaginit) və kişilərdə urogenital trixomoniaz. - Bakterial vaginoz (yəni qeyri-spesifik vaginit, anaerob vaginoz və yaxud Gardnerella vaginitis). - Amebiaz (invaziv, qeyri-invaziv və simptomsuz kistlər).

- Lyamblioz. - Kəskin xoralı qinqivit. - Aşağı ətrafların anaerob xorası və yataq yaraları. - Kəskin diş infeksiyası (həmçinin, kəskin perikoronit və kəskin apikal infeksiyalar).

Əks göstərişlər

- İmidazollara və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq - MSS-in üzvi xəstəlikləri - qan xəstəliyi, həmçinin, anamnezdə leykopeniya - qaraciyər çatışmazlığı (yüksək dozada təyinat) - laktasiya dövrü - 6 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin II trimestrin əvvəlinə qədər Flagymet preparatının istifadəsi təxirə salınmalıdır, 1 trimestirdə təxirəsalınmaz vəziyyətdə (məs.trixomoniaz) həkimin təyinatı üzrə qəbul olunmalıdır. Laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat başgicəllənmə yaratdığı üçün qəbul zamanı avtomobil və mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

FLAGİMET istifadə qaydası və dozası

Ancaq ağız boşluğundan qəbul olunur. Saşenin içindəki qranulları ağzınıza boşaldın və dərman vasitəsinin udulmasını asanlaşdırmaq üçün dərhal sonra bir stəkan su için. Anaerob bakteriyalarla törədilmiş infeksiyaların profilaktikası: Əsasən, abdominal (xüsusən, kolorektal) və ginekoloji əməliyyatlar. Doza Böyüklər 400 mq, 8 saatdan bir, əməliyyatdan 24 saat əvvəl başlanılır, əməliyyatdan sonra isə xəstənin oral qəbul qabiliyyəti bərpa oldukda FLAGYMET-in qəbulu davam olunur.

Uşaqlar 12 yaşdan kiçik: 20-30 mq/kq birdəfəlik qəbul, əməliyyatdan 1-2 saat əvvəl Yenidoğulmuşlar, 40 həftədən aşağı hestasiya: əməliyyatdan əvvəl, 10 mq/kq birdəfəlik qəbul Anaerob infeksiya: FLAGYMET-in müalicə müddəti 7 gündür, amma bu xəstəliyin dərəcəsindən və qiymətləndirilən kliniki və bakterioloji vəziyyətdən asılıdır. Rezistent anaerob infeksiyaların müalicəsi: Böyüklər 800 mq başlanğıc doza, sonradan 400 mq hər 8 saatdan bir. Uşaqlar 8 həftədən 12 yaş arası: adətən gündəlik doza 20-30 mq/kq/gün tək doza qəbulu, yaxud bölünərək 7.5 mq/kq -dan hər 8 saatdan bir. İnfeksiyanın ağırlığından asılı olaraq gündəlik doza 40 mq/kq qədər artırıla bilər.

Müalicə müddəti 7 gündür. 8 həftədən balaca uşaqlar 15 mq/kq tək doza qəbulu təyin olunur və yaxud 7.5 mq/kq hər 12 saatdan bir. 40 həftədən aşağı hestasiya dövrü olan yenidoğulmuşlarda metronidazolun kumulyasiyası 1-ci həftədə baş verir, bu səbəbdən müalicənin başlanmasından bir necə gün sonra qanda metronidazolun konsetrasiyası təyin olunmalıdır. Metronidazolun qəbul dozaları Gün sayı Böyüklər və 10 yaşdan yuxarı uşaqlar Uşaqlar 7 -10 yaş 3 - 7 yaş 1 - 3 yaş Urogenital trixomoniaz Əgər reinfeksiya riski varsa, cinsi partnyora analoji müalicə təyin olunmalıdır 7 və ya 5-7 2000 mq birdəfəlik doza yaxud 200 mq gündə 3 dəfə və yaxud 400 mq qündə 2 dəfə birdəfəlik doza 40 mq/kq qəbul edilir yaxud 15-30 mq/kq/gün hesabı ilə doza 2-3 qəbula bölünür; doza 2000 mq-ı keçməməlidir.

Bakterial vaginoz 5-7 və ya 400 mq gündə 2 dəfə 1 2000 mq birdəfəlik doza Amebiaz (a) invaziv bağırsaq forması 5 800 mq gündə 3 dəfə 400 mq gündə 3 dəfə 200 mq gündə 4 dəfə 200 mq gündə 3 dəfə (b) bağırsaq forması və xroniki amebioz hepatit 5-10 400 mq gündə 3 dəfə 200 mq gündə 3 dəfə 100 mq gündə 4 dəfə 100 mq gündə 3 dəfə (c) qaraciyər absesi və qeyribağırsaq forması 5 400 mq gündə 3 dəfə 200 mq gündə 3 dəfə 100 mq gündə 4 dəfə 100 mq gündə 3 dəfə (d) Simptomsuz daşıyıcı 5-10 400-800 mq gündə 3 dəfə 200-400 mq gündə 3 dəfə 100-200 mq gündə 4 dəfə 100-200 mq gündə 3 dəfə Alternativ dozalar çəkiyə görə təyin olunur. 35 - 50 mq/kq/gün hesabı ilə doza 3 qəbula bölünür, 5 -10 gün, 2400 mq/gün doza həddini keçməməlidir. Lyamblioz 3 2000 mq gündə 1 dəfə yaxud 1000 mq gündə 1 dəfə 600-800 mq gündə 1 dəfə 500 mq gündə 1 dəfə 5 400mq gündə 3 dəfə yaxud 7-10 500mq gündə 2 dəfə Alternativ dozalar çəkiyə görə təyin olunur: 15-40mq/kq/gün hesabı ilə doza 2-3 qəbula bölünür. Kəskin xoralı qinqivit 3 200 mq gündə 3 dəfə 100 mq gündə 3 dəfə 100 mq gündə 2 dəfə 50 mq gündə 3 dəfə Kəskin diş infeksiyası 3-7 200 mq gündə 3 dəfə Aşağı ətrafların xorası və yataq yarası 7 400 mq gündə 3 dəfə Uşaqlar və çəkisi 10 kq-dan az olan körpələrə proporsional azadılmış doza təyin olunmalıdır.

Böyüklər: Metronidazol qəbulunu xəstələr yaxşı keçirirlər, lakin ahıllarda yüksək dozaların istifadəsi diqqət tələb edir. Uşaqlarda Helicobacter pylori eradikasiyası üçün Kompleks müalicədə 20 mq/kq/gün hesabı ilə, 500 mq gündə 2 dəfə, 7-14 gün. Dializ müalicəsində olan xəstələr Dializ müalicəsində olan xəstələr preparatı dializdən sonra qəbul edirlər. Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığı olan xəstələrdə qəbul dozası azaldılır.

Prepared by  T-Soft E-Commerce.